Icma.az
close
up
RU
Türk dünyasına həsr olunmuş ömür

Türk dünyasına həsr olunmuş ömür

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri, "Birlik" jurnalının təsisçisi, Türk Dünyasının sevilən, sayılan simalarından birı, türkçülük ideologiyasının həyata keçirilməsində xüsusi xidmətləri olan dəyərli İham İsmayılovun 65 yaşı tamam olur.

İlham İsmayılov Türk xalqları və onların diaspora təşkilatları arasında əlaqələrin yaranmasında, Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, təbliğ olunmasında böyük əməyi olan, Türk Dünyasının birliyi, həmrəyliyi uğrunda, Türk milli mücadiləsində cəsarətli addımlar atmış bir Vətən fədaisidir.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İlham İsmayılovun rəhbərliyi altında artıq 20 ilə yaxındir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasi kursuna uyğun olaraq, onlarla yerli və beynəlxalq layihələr həyata keçirmişdir. ATXƏM Azərbaycan və Türkiyə həqiqətlərinin Türkdilli ölkələrlə, eləcə də dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan,Türkiyə və digər ölkələrin diaspor təşkilatları ilə əməkdaşlıq şəraitində dünya ictimaiyyətinə çatdırılmasına çalışmışdır.

Dağlıq Qarabağ problemlərinin, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımların, "20 Yanvar" hadisələrinin dünya ictimayyətinə çatdırılması ATXƏM-in əsas prioritet istiqamətlərindən biri olmuşdur.

ATXƏM-in geniş ictimaiyyət qarşisinda təsis təqdimatından sonra ilk layihəsi Türk Dünyasının böyük yazıçısı Çingiz Aytmatovun Bakıya səfəri zamanı ATXƏM-in ofisinin açılışını etməsi, təşkilatımızın 1 saylı üzvlük vəsiqəsinin ona təqdim olunması, məşhur yazıçının 80 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirilməsini təşkil etməsi olmuşdur.

İlham İsmayılovun rəhbərliyi altında ATXƏM İB uzun illər "Heydər Əliyev" Fondunun təşəbbüsü ilə "Xocalıya Ədalət!" kampaniyasına qoşularaq Xocalı Soyqırımı ilə bağlı Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirmişdir. Belə ki, Avropanın siyasi mərkəzlərindən olan Strasburq, Brüssel, Haaqa şəhərlərində yürüş-mitinqlər təşkil etmiş, foto-sərgilər, konfranslar keçirmişdir. Avropa Parlamentində, Avropa Şurası, Avropa Komissiyasının, Avropa İnsan Hüquqları Məhkəməsi önündə geniş miqyasda aksiyalar keçirməklə bütün dünyanın diqqətini Xocalı Soyqırımına və Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın beynəlxalq hüquq normaları çərçivəsində təbii yaşam haqqlarının təmin olunmasına yönəltməyə çalışmışdlr.

Həmçinin Macarıstan-Turan Vakfı tərəfindən təşkil olunmuş Turan qurultaylarında Azərbaycan nümayəndə heyətinin iştirak etməsində dəstək göstərmişdir.

Bu layihələrin həyata keçirilməsində bizə verdikləri dəstəyə görə Azərbaycanın Respublikası Prezident Administrasiyasına, Azərbaycanın Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Milli QHT Forumuna, Azərbaycan Mətbuat Şurasına və bizimlə əməkdaşlıq edən dövlət və hökumət qurumlarının səlahiyyətli şəxslərinə, AR Prezident Administrasiyasının diaspora ilə iş üzrə sektor müdiri Qafar Əliyevə, millət vəkillərinə, elm və mədəniyyət xadimlərinə, Vətəndaş Cəmiyyətinin nümayəndələrinə, ziyalılarımıza və media qurumlarına təşəkkürümüzü bildiririk.

Eyni zamanda bu layihələrin reallaşmasında ATXƏM-lə birgə olan başda Sinan Oğan olmaqla "TÜRKSAM" təşkilatına, "Eko-Avrasiya"nın ("Avrasiya İqtisadi Əlaqələr" İB-nin) Başqanı Dr. Hikmət Ərənə, başda Səfər Karakoyunlu olmaqla İSTAD təşkilatına, başda Prof.Dr. Əli Özdəm olmaqla "Türk Qastroenteroloji Vakfı"na, Avropada fəaliyyət göstərən Türk Ailələri Federasiyasının Başkanı Namiq Şahinbeyə, Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Əlincəyə, Strasburq Türk Ailələr Dərnəyinin Başkanı Nacı Olcaya, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçiyə, Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına, Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımova, Belinuks Azərbaycanlıları Konqresinin (BAK) prezidenti Elsevər Məmmədova, Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxtiyə, Belçika Gent Türk Ocaqlarının sədri Recep Tuncer Sarıya, Belçika-Türkcə Media Birliyinin sədri Hüseyn Dönməzə, Macar Turan Fondunun sədri Andras Biroya, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyeva, "Azərbaycanlı və Ukraynalı Ziyalılar Assambleyasının" rəhbəri Prof.Dr. Fərhad Turanlıya və digər dostlarımıza təşəkkürümüzü bildiririk.

Beynəlxalq layihələrlə yanaşı, ATXƏM fəaliyyət göstərdiyi illərdə Azərbaycanın bir çox tanınmış şəxsiyyətləri barədə, Azərbaycanın tarixi haqqında həqiqətlərin təbliği ilə bağlı layihələr həyata keçirmişdir. O cümlədən, Ulu Öndər Heydər Əliyevin yubileylərində "Türk Dünyası və Heydər Əliyev" mövzusu ilə, Qafqaz İslam Ordusunun Azərbaycanı bolşevik-daşnak quldur birləşmələrindən azad etməsi ilə, "Əlibəy Hüseynzadə və Türk Dünyası" mövzuları ilə, Türk Dünyasında geniş qeyd olunan

3 May-Türkçülük Günü ilə bağlı, Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev haqqında yazi-müsabiqələr təşkil etmiş, filmlər çəkdirmiş və bir çox jurnalistləri, ictimai təşkilat rəhbərlərini mukafatlandırmışdır.

Fransa Parlamentində əsassız erməni soyqırımını tanımayanlara qarşı qərar qəbul edildikdən sonra ATXƏM Fransanın Azərbaycandakı Səfirliyi önündə və Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması üçün İranın Azərbaycandakı Səfirliyi qarşisinda etiraz mitinqlərinin əsas təşkilatçılarından olmuşdur.

ATXƏM Moldova Ombudsmanı Aueriliya Qriqoriunun Ermənistan Parlamentində erməniləri ifşa edən çəsarətli çixişından sonra, onun ölkəmizə dəvət olunaraq ictimaiyyətlə və mətbuat qurumları ilə geniş görüşlərini təşkil etmişdir.

ATXƏM Bakı şəhərində və bölgələrdə milli bayramlarımızda geniş ictimaiyyət qarşisinda ölkəmizin tanınmış sənət ustalarının iştirakı ilə bir çox mədəni-kütləvi tədbirlər, konsertlər təşkil etmişdir.

ATXƏM və "Türk Qastroenteroloji Vakfı"nın birgə təşkilatçılığı ilə Bakı şəhərində, Gəncədə, Naxçıvanda, Xocavənddə, Qubada Beynəlxalq Tibb və Tarix Konfransları keçirilmişdir.

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə bu ilin mart ayında ATXƏM İraq və Suriya Türkmənlərinin tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumunun uğurla həyata keçirilməsində layihə rəhbəri kimi fəal iştirak etmişdir.

Həmçinin ATXƏM ölkəmizdə gənc nəsil arasında idmanın inkişafı ilə bağli bir sıra layihələrə öz imzasını atmışdlr, yarışlar, turnirlər təşkil etmişdir.

İlham İsmayılov geniş və hərtərəfli fəaliyyətinə görə müxtəlif zamanlarda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü seçilmişdir. Azərbaycanın ictimai-siyasi həyatında, Vətəndaş Cəmiyyətinin inkişafında və diaspora fəaliyyətində göstərdiyi xidmətlərinə görə hörmətli Prezidentimiz tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

İlham İsmayılov fəal ictimayyətçi və təşkilat rəhbəri olmaqla yanaşı, eyni zamanda uzun illərdir ki, Azərbaycan və Türk xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən “Birlik” jurnalının təsisçisidir.

İlham İsmayılova göstərdiyi bütün bu xidmətlərinə görə bir daha təşəkkür edir, can sağlığı, Vətəndaş Cəmiyyətinin inkişafı, çoxsahəli və məhsuldar fəaliyyətində uğurlar arzu edirik!

ATXƏM İB-nin

Mətbuat Xidməti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see330

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see257

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see246

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see226

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see223

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see209

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see208

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see207

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see206

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see203

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see192

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see173

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see172

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see171

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see167

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see166

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see166

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see162

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see162

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri