Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Yakup Deli Ömeroğlu Türk dünyasına həsr olunmuş ömür

Yakup Deli Ömeroğlu Türk dünyasına həsr olunmuş ömür

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yakup Dəli Öməroğlunu ilk dəfə 2000-ci ildə Türk Dünyası Gəncləri Birliyinin Azərbaycanda keçirilən Qurultayında görmüşdüm. Xaricən Çingiz xana oxşayan bu insan hər kəsin diqqətini cəlb edirdi. Sanki Türklərin qədim tarixindən çıxıb gəlmişdi... O qədər doğma insan təsiri bağışlayırdı ki, heç tərəddüd etmədən yaxın dostum Aygün Həsənoğluyla birlikdə Yakup bəyə yaxınlaşıb tanış olduq və onunla bir şəkil çəkdirdik. Beləcə Yakup hocayla, dəyərli abimizlə tanışlığımız başladı.

Türk Dünyası Gəncləri Birliyi (DTGB) bizim ortaq nöqtələrimizdən biri idi. Bu Birliyin tərkibində biz – yaradıcı gənclər Dünya Gənc Türk Yazarlar Birliyini (DGTYB) qurduq və əzmlə fəaliyyətə başladıq. Sonradan DTGB və DGTYB fəaliyyətləri çərçivəsində müxtəlif tədbirlərdə görüşürdük, ortaq fəaliyyətlərimiz oldurdu.

Məlum olduğu kimi, illər əvvəl - sosial şəbəkələrin olmadığı vaxtlarda əlaqə saxlamaq indiki qədər asan deyildi. Yadımdadır, mən Yaqub bəylə daha çox e-mail vasitəsilə əlaqə saxlayırdım. Bir gün ondan məktub aldım. Məktubda məni Krımda Türkcənin VI Şeir şöləninə dəvət edirdi. Bu dəvətə çox sevinmişdim. Gənc bir şair olaraq ölkəmi təmsil edəcəkdim, yeni yazarlar tanıyacaqdım, ədəbi əlaqələr quracaqdım, bir sözlə Türk dünyası ədəbi əlaqələrinin gücləndirilməsinə töhfəmi verəcəkdim...

Səfərimiz başladı. Öncə Türkiyəyə, oradan da Krıma getdik. Gözlədiyim kimi yeni yazarlarla, Türk dünyasının dörd bir tərəfindən gələn dəyərli insanlarla, ziyalılarla tanış oldum. Sonradan bu şeir festivalında tanış olduğum insanların çoxu ilə sıx ədəbi əlaqələrimiz də yarandı. Təəssüf ki, o insanların bəziləri artıq bu fani dünyadan əbədi dünyaya köç ediblər. Dünyasını dəyişənlərin hamısını sevgi və sayqı ilə anırıq! Nə etmək olar?... Dədə Qorqud demiş: “Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya”...

2004-cü ildə mən onun “Türküstan – Yesevî’nin Şehri Yesi’ye Dair” adlı kitabını DGTYB-nin layihəsi olaraq dostumuz Əkbər Qoşalının tövsiyəsi ilə Azərbaycan türkcəsinə uyğunlaşdırdım. Bu işi sevə-sevə etdim. Kitabı Azərbaycan türkcəsinə uyğunlaşdırarkən həm də Yakup hocanın zəngin ömür yoluna bir daha nəzər salmış oldum. Onu da qeyd edim ki, Yakup hocanı fərqləndirən əsas cəhətlərdən biri Türk dünyasına olan sonsuz bağlılığı idi. O, Türk birliyinin reallığa çevrilməsi üçün çalışan, bu ideyanı gənclərə aşılayan bir ziyalı idi. Yazıları ilə, gündəlik həyatındakı davranışları ilə türkçülüyü yaşadırdı. Hər bir fikri, hər bir kəlməsi adamın qəlbinə sirayət edirdi.

Bir az da Yakup hocanın şəxsi keyfiyyətlərindən yazmaq istəyirəm. Yakup hoca insanlara layiq olduğu dəyəri verməyi bacaran insanlardan idi. Hər insanda olmur bu cür böyükürəklilik... Sözün həqiqi mənasında böyükqəlbli biriydi Yakup hoca. Üzündən-gözündən əsalət yağırdı.

Təqribən iki il əvvəl olardı. Yakup hocayla telofonla danışdıq. O, Bakıya gəlmişdi və Azərbaycan Milli Elmlər Akademiyasında Yakup bəylə görüş olmuşdu. Bu görüşdən sosial şəbəkələr vasitəsilə xəbər tutduğum üçün ona səs yazısı göndərdim. Nə zamana kimi Bakıda olacağını soruşdum və onu ziyarət etmək istədiyimi bildirdim. “Rəsmiyyə, mən artıq Türkiyəyə qayıtdım. Təəssüf ki, bu dəfəki səfərim qısa müddətli idi və proqramımız da çox gərgin oldu. Odur ki, dostları görə bilmədik. İnşallah Türkiyədə görüşərik” - dedi.

-“Eybi yoxdur, Yakup hoca. İnşallah” - dedim.

Növbəti görüşümüz isə sən demə sonuncu olacaqmış... Biz – mən, Şəmsəttin Kuzəçi, Əkbər Qoşalı, İntiqam Yaşar birlikdə Ankarada DGTYB-nin 25 illik yubiley tədbirində Yakup hocayla görüşdük. Bizim üçün əlamətdar bir gündə yanımızda olmaq istəmişdi və tədbirə qatılmışdı. Ertəsi gün biz onu Avrasya Yazarlar Birliyində ziyarət etmək istədik. Telefonda danışıb görüşün vaxtını dəqiqləşdirdik və razılaşdırdığımız vaxtda Avrasya Yazarlar Birliyinə getdik. Yakup hoca hər zamankı kimi bizi gülər üzlə, sevgi ilə qarşıladı. O sıralarda Yakup hoca ağır xəstə imiş. Biz bunu sonradan öyrəndik. İçindəki ağrıları ətrafdakılardan gizlətməyi necə də bacarırmış... Bu böyükürəkli insan içində ağrıya-ağrıya heç nə olmamış kimi köhnə dostlarını yenə də böyük qonaqpərvərliklə qəbul etdi. Sonra Ali Akbaş hocamız gəldi. Söhbət etdik, köhnə günləri, Türkçənin Şeir şölənlərini xatırladıq... Nə biləydik ki, bu bizim Yakup hoca ilə sonuncu görüşümüzdür...
İtiririk dəyərli aydınılarımızı, qələm dostlarımızı bir-bir itiririrk... Amansız fələk... Onları bizdən almağa necə də həvəslidir... Belə ağır itkini Türk dünyasının məşhur aydını Qənirə Paşayeva dünyasını dəyişəndə yaşamışdıq. Ard-arda oldu bu ağır itkilər. Hələ də barışa bilmirik onların yoxluğu ilə...
Yakup hoca Türk kimliyinin məsuliyyətini ömrünün sonuna qədər layiqincə daşıdı. O, Türk dünyasına, elmə, təhsilə həsr olunmuş zəngin bir ömür yaşadı. O, bu dünyadan köçsə də, lakin fikirləri, amal və arzuları yaşayır və yaşayacaqdır. Biz, onun dostları, onunla eyni idealları bölüşənlər – bu dəyəri yaşatmaq üçün çalışacağıq. Dəyərli Yakup hocamızın ruhu şad, məkanı cənnət olsun!

Yakup Deli Ömeroğlu
hocamızın anısına sevgi ve sayğılarımla
Prof. Rəsmiyyə Sabir

seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Fevral 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri