Icma.az
close
up
RU
Türk dünyasını birləşdirən güc: Azərbaycan

Türk dünyasını birləşdirən güc: Azərbaycan

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı
Azərbaycanın yüksələn xətt üzrə inkişaf tempi, yerləşdiyi region başda olmaqla bir sıra digər regionlarda aparıcı aktorlardan birinə çevrilməsi onu xüsusi tərəfdaşa çevirir. Böyük dövlətlərlə qurulan qarşılıqlı əməkdaşlıqlar, regionda əsas söz sahibi olması, bir çox strateji və iqtisadi layihələrin mərkəzində yerləşməsi Azərbaycanın da maraqlarının genişlənməsinə gətirib çıxarır. Artıq regional aktordan qlobal aktora keçid prosesi sürətlənir ki, bununla da müxtəlif regionlara, xüsusən də Mərkəzi Asiya, Yaxın Şərq kimi strateji və yüksək əhəmiyyətli ərazilərdə maraqların təmin edilməsi prosesi baş verir.
Azərbaycanın artan siyasi gücü onu türk dünyasının yeni lokomotivinə çevirməkdə davam edir. Son dönəmlər, əsas etibarı ilə son iki illik müddətdə Azərbaycan türk dünyasının mərkəzinə çevrilməkdədir. Türk dövlətlərini birləşdirən tədbirlərin keçirilməsi, bir sıra tədbir və görüşlərə məhz Azərbaycanın rəhbərlik etməsi, türk dövlətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi tez-tez dəvət etməsi və xüsusi ehtiramla, qonaqpərvərliklə qarşılaması onlar üçün Azərbaycanın xüsusi əhəmiyyətini bir daha vurğulayır.
Özbəkistanda baş tutan Mərkəzi Asiya ölkələrinin məşvərət görüşündə Azərbaycanın həmin formata tam hüquqlu üzv kimi qəbul olunması sadəcə, Azərbaycanın maraqlarına deyil, eyni zamanda Mərkəzi Asiya dövlətlərinin də maraqlarına xidmət etmiş oldu. TDT və digər əməkdaşlıq platformalarına daha biri əlavə olundu. Bu da öz növbəsində, həm beynəlxalq arenada Azərbaycanın gücünü və nüfuzunu daha da artırdı, həm də türk dövlətləri üçün yeni bir imkan formalaşdırdı.
Ümumiyyətlə, türk dövlətlərinin Azərbaycanla sıx əməkdaşlıq və əlaqələr qurmasında bir sıra vacib məqamlar var ki, bunlardan bir neçəsini vurğulamaq yerində düşər:
1. İlk növbədə Azərbaycanın yerləşdiyi regionun yüksək strateji və iqtisadi əhəmiyyətə malik olması bir çox dövlət üçün yeni imkanlar, yollar açır. Mərkəzi Asiya dövlətlərinin Avropaya çıxışı, neft-qaz və digər təbii sərvətlərini və məhsullarını Avropa bazarına çıxarması üçün etibarlı tərəfdaş və dövlət lazımdır. Bu yerdə Azərbaycanın potensialı ön plana çıxır.
2. Azərbaycanın bir sıra vacib layihə və dəhlizlərin üzərində yerləşməsi. Bu amillər birinci sıradakı proseslə sıx bağlı olub müxtəlif regionların maraqlarını təmin edir. Bu regionlardan biri də məhz Mərkəzi Asiya və orada yerləşən türk dövlətləridir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri başda olmaqla, yaxın gələcəkdə Zəngəzur dəhlizi də bu sıraya qoşulacaq ki, bu da həmin dövlətlərin iqtisadi potensialını, müxtəlif regionlara sərbəst çıxışını və ticarətini təmin edəcək. Eyni zamanda Azərbaycan üzərindən keçən müxtəlif təyinatlı və istiqamətli dəmir və nəqliyyat yolları, işğaldan azad olunmuş ərazilərdə inşa edilən hava limanları ticarət dövriyyəsini və istiqamətlərini artırmaqda davam edəcək.
3. Azərbaycanın Qarabağ münaqişəsini tarixi qələbə ilə həll etməsi və regionda sülhün bərqərar olmasında atdığı inamlı addımlar. Məlumdur ki, bir dövlət hər nə qədər yüksək potensiala və imkanlara malik olsa da, əgər o dövlət daxilində və ya yerləşdiyi regionda sabitlik və təhlükəsizlik yoxdursa, bu tərəfdaşlıq məsələlərində ciddi narahatlıqlar yaradır.
Sözsüz ki, uzun illər Qarabağ münaqişəsinin mövcud olması regionda bir çox böyük layihələrin baş tutmasına çətinlik yaratmışdır. Yolların və infrastrukturların təhdid altında olması həm can güvənliyinə, həm də maddi təhlükəsizliyə böyük xələl gətirir. Belə hallar bir neçə dəfə baş verib. Ən son hadisələrdən biri də 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə olub. Erməni Silahlı Qüvvələrinin neft-qaz boru kəmərlərini hədəf almaq istəməsi, infrastruktura vurmaq istədiyi zərər region və əməkdaşlıqlar üçün təhdid idi. Münaqişənin həll olunması bu problemin də aradan qalxmasına gətirib çıxardı ki, nəticə etibarı ilə Azərbaycan və digər dövlətlər üçün yeni tərəfdaşlıq imkanları formalaşdı.

4.
Azərbaycan və Mərkəzi Asiyada yerləşən türk dövlətlərinin Sovet dövründən qarşılıqlı əməkdaşlıqlarının mövcud olması. Sovet dövründə mövcud olmuş əməkdaşlıqlar tərəflər arasında bir-birinə qarşı güvən və etibarlılıq aşılamışdır ki, bu da yeni əlaqələrin qurulmasında, təməllərin atılmasında mühüm rola malikdir. Həmin dövrdən mövcud olan əlaqələr tərəflər arasında ortaq dəyərlərin formalaşmasına, toplumların yaxınlaşmasına və yaxın bağların qurulmasına gətirib çıxarıb.
5. Azərbaycanın mövcud gərginlikləri danışıqlar yolu ilə həll etmə bacarığının güclü olması. Dövlətlər arasında hər nə qədər güclü bağlar və əməkdaşlıqlar olsa da, zaman-zaman anlaşmazlıqlar və gərginliklər baş verir ki, bu da həmin dövlətlərin verəcəyi reaksiyadan çox asılıdır. Bir sıra dövlətlər yaranan gərginlik fonunda illərin düşməni kimi çıxış etsə də, Azərbaycan bunun əksinə olaraq diplomatiya və danışıqları hər zaman üstün tutur.
İstər Qarabağ münaqişəsi olsun, istərsə də digər məsələlərdə Azərbaycan əsas olaraq dinc yolla və danışıqlar üsulu ilə mövcud problemləri həll etməyə cəhd göstərib. Bunun ən bariz nümunələrindən biri də Türkmənistanla mövcud olan neft yatağı problemi idi. Bu problem uzun illər iki tərəf arasında soyuqluğa səbəb olsa da, Azərbaycanın həyata keçirdiyi siyasət məsələnin dinc yolla həllinə töhfə verdi. Problemin həllindən sonra Türkmənistan və Azərbaycan arasında yüksələn əlaqələr, son dönəmlərdə baş tutan mehriban görüşlər diplomatiyanın daha bir uğurudur.
6. Azərbaycanın türk dövlətləri arasında körpü rolunu oynaması. Azərbaycan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, həm Mərkəzi Asiyadakı türk dövlətləri, həm də digər regionlarda yerləşən dövlətlər üçün bağlayıcı, birləşdirici rolunu oynayır. Sovet dövründə Türkiyənin Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqədə ola bilməməsi tərəflər arasında yaxın münasibətlərin, bağların qurulmasında maneə olaraq qalırdı. Azərbaycanın isə həm Türkiyə, həm də digər türk dövlətləri ilə möhkəm əlaqələrinin olması, həmin ölkələrin bir-biri ilə əlaqə qurmasına şərait yaradır. Beləliklə, türk dünyasının bir-biri ilə sıx əlaqədə olmasını, inteqrasiyanın sürətlənməsini təmin edir.
Yuxarıda qeyd edilən amillər başda olmaqla türk dövlətləri üçün Azərbaycanın əhəmiyyəti həddindən artıq çoxdur. Bütün bunlar tərəflər arasında gələcək perspektivlərin daha da artmasına və güclənməsinə gətirib çıxaracaqdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:376
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri