Icma.az
close
up
RU
TÜRK DÜNYASININ BÖYÜK ZƏFƏRİ VƏ... Əsrin QİSASI

TÜRK DÜNYASININ BÖYÜK ZƏFƏRİ VƏ... Əsrin QİSASI

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün – 8 noyabr – Azərbaycan xalqının tarixi qürur günü, Zəfər Günüdür!

Beş il öncə bu gün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixində misilsiz qəhrəmanlıq dastanı yazdı.

44 gündə qazanılan bu ZƏFƏR yalnız son 30 ildə düşmənin törətdiyi işğalın, vəhşiliklərin deyil, 300 illik ədalətsizliyin, əsarətin, qan və göz yaşının QİSASI idi!

Qarabağ torpaqları azad oldu – qanla, canla, imanla!

Bu azadlıq  Vətən uğrunda canından keçən igid sərkərdə general-mayor Polad Həşimov kimi zabitlərimizin CƏSARƏTİ, təkbaşına belə düşmən ordusunu qorxuya salan, qəhrəmanlıq anlayışının canlı təcəssümü oan Milli Qəhrəmanlarımız Mübariz İbrahimov, Pəncəli Teymurov kimi igid əsgərlərimizinn QÜDRƏTİ ilə qazanıldı.


Bu gün azad Şuşanın, Füzulinin, Zəngilanın hər daşı, hər ağacı, hər küləyi şəhidlərimizin ruhu ilə danışır. Onlar öz canlarını Vətən üçün qurban verdilər ki, Vətənin başı UCA olsun, millət QÜRURUNU bərpa etsin, Vətən torpağı azad nəfəs alsın!

O torpaq ki, 100 illərdi düşmənin murdar çəkməsinin tapdağı altında inləyirdi, spzün həqi mənasında əsarətdə idi. 

Bəli, 100 illərdir...  Ona görə deyirik ki, bu ZƏFƏR həm də son iki əsrdə bu millətə çəkdirilən zülmün, bu torpaqlarda axıdılan qanların QİSASI oldu!

Tarix boyu Azərbaycan torpaqları Rusiya imperiyasının planlı siyasəti nəticəsində parçalandı. 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə xalqımız iki yerə bölündü, Erməni köçləri Cənubi Qafqaza – Qarabağa, Zəngəzura, İrəvana yerləşdirildi. Borçalı, Dərbənd  Vətəndən qopardılıdı...

Məqsəd bir idi – türk varlığını sarsıtmaq, milli kimliyi silmək, bu torpaqlara yad ünsürləri yerləşdirərək işğalı əbədi etmək, bu torpaqların əzəli sahiblərinin kim olduğunu yaddaşlardan belə silmək... 

Məhz buna görə 100 ildən artıqdır ki Ruuiya imperiyasını himayəsi və birbaşa iştitakı ilə erməni silahlı dəstələri bu torpaqlarda böyük qırğınlar, soyqrımlar törətdilər

1905-1907-ci illərdə Bakı, Naxçıvan, Şuşa, İrəvanda soyqırımlar törədildi, şəhər və kəndlərimiz yandırıldı... 

1918-ci ildə erməni daşnakları və rus "bolşevikləıri" Azərbaycanın şəhərlərinə qan içində boğdu – Bakı, Şamaxı, Quba və Azərbaycanın başqa bölgələrində onlarla kənd viran edildi... Təkcə Şamaxıda 7 mindən çox azərbaycanlı, onların arasında 1650 qadın və 965 uşaq amansızlıqla qətlə yetirildi.

Qubada uşaq sümükləri bu gün də kütləvi məzarlıqlardan tapılır.

1918-ci ildə Bakıda mart soyqırımı zamanı minlərlə günahsız müsəlman yandırıldı, parçalandı, şəhər qan dənizinə çevrildi. 

1948 və 1988-ci illərdə xalqımıza qarşı erməni faşizmi amansız soyqırımlar törətdi. Qocalar, qadınlar, körpələr qətlə yetirildi, kəndlər yandırıldı, məscidlər təhqir olundu.

Bu dəhşətər yaddaşlardan silinməmiş 1992-ci ilin fevralında Xocalıda əsrin soyqrımı törədildfi. Yenə rusların himayəsi ilə, yenə ermənilər tərəfindən... 613 insan – 106 qadın, 63 uşaq, 70 qoca – bir gecənin içində erməni vəhşiliyinin qurbanı oldu. 

Dünya susdu. Amma Azərbaycan xalıq, ordusu unutmadı!

Bu ağrı nəsillərin yaddaşına yanar damğa kimi həkk olundu.

Və bir gün – 2020-ci ilin sentyabrında – Azərbaycan Ordusu ayağa qalxdı.

Əsrlərin göz yaşını, nənələrin dualarını, şəhid analarının ahını siləcək QİSAS GÜNÜ yetişdi.

Mübariz İbrahimov kimi igid əsgərllərimizin qisası Ağdərədə, Polad Həşimov kimi cəsatət simvolu zabitlərimizin qisası Şuşada, Xocalı körpələrinin qisası, elə Xocalıda, 100 illərdir öz torpağında qətlə yetirilən insanımızın qisası Qarabağın işğaldan azad olunan hər qarışında alındı!

Odiur ki, bu Zəfər  həm də Bakı, Şamaxı. Quba, Zəngəzur qurbanlarının ahının cavabı, Xocalı körpələrinin ruhunun rahatlığı, şəhidlərimizin əbədiyyətə yazılmış dastanıdır!

44 günün hər anı, hər döyüşü xalqın ruhunda yüz illərin nifrətini ədalətə çevirdi. Bu yolda minlərə övladımız “Vətən sağ olsun” deyərək canını fəda etdi... Ancaq önlar ölmədilər – əbədi ÖLÜMSÜZLÜK ZİFVƏSİNƏ ucaldılar. 

Şəhidlərimizn uğrinda canlarınıfəıda etdikləri ZƏFƏR BAYRAĞINI Şuşaya, Xankəndinə onların silahdaşları, canlı davamçıları olan igid qazilərimiz daşıdı. Onlar da öz sağlamlıqlarını, həyatlarını Azərbaycan üçün fəda etdilər və VƏTƏNDƏN düşmənin son nəfərini belə qovub çıxardılar. 


Bu Qələbənin hər addımı həm də  Prezident İlham Əliyevin dəmir iradəsi, hərbi-siyasi uzaqgörənliyi və xalqına inamı ilə yazıldı. O, düşmənin yalan imperiyasını diplomatik cəbhədə darmadağın etdi, orduya ruh, millətə ümid verdi. 

44 gün ərzində xalq, ordu və Ali Baş Komandan bir yumruğa çevrildi. O yumruq düşmənin illərlə qurduğu mifləri sındırdı. Prezident İlham Əliyev böyük sərkərdə kimi təkcə Qarabağı deyil, xalqın qürurunu, özünə inamını, milli kimliyini azad etdi.


Bu müharibə iki dövlətin, bir millətin birliyini dünyaya sübut etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaşlıq səsini ilk eşidən, ilk dəstək verən lider oldu.

Türkiyənin mənəvi, diplomatik və hərbi dəstəyi bu Zəfərin ayrılmaz parçasına çevrildi.
O günlərdə Türk bayrağı ilə Azərbaycan bayrağı bir-birinə sarıldı – bir xalqın qəlbi kimi döyündü.

Bu gün azad Qarabağda yenidənqurma, həyatın bərpası, şəhidlərin əmanətinin qorunması gedir. Şuşa yenidən dirçəlir, Xankəndidə azan səsi eşidilir, Füzuli göylərə yüksələn hava limanı ilə “mən azadam” deyir.

Şəhid qanı ilə sulanmış, müqədəsləşmiş bu torpaqlarda ucaldılan hər yeni bina, hər məktəb, hər körpü – bir şəhidin ruhunu daşıyır özündə... O ruh bu torpaqlarda artıq düşmənin nəfəsini belə hiss etmık istəmir. Bunu unutmamalı, buna görə yaşamalıyıq!


Unutmamalıyıq ki,  beş il öncə Azərbaycan tarixi dəyişdi!  Yalnız Vətəndən qoparılan torpaqlarımızın bir hissəsi işğaldan qurtarılmadı, həm də ədalətin zəfər çalacağına inam bərpa olundu,  millətimiz başını dik qaldırdı.

Bu gün hər bir Azərbaycan, türk övladı qəlbində bir nida ilə yaşayır: “Qarabağ Azərbaycandır, Türkün əbədi yurdudur ! Şəhidlər ölməz, Vətən bölünməz!”

Bu Zəfər – Türk dünyasının böyük ZƏFƏRİ, əsrin QİSASI, ədalətin bərpası və milli qürurun dirçəlişidir!

Dahi şairimiz Bəxtityar Vahabzadənin yazdığı kimi: 

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var

Vətən uğrunda ölənlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik

Biz Vətən naminə ölsək, dirilərdən diriyik!

İsmayıl İsmayılbəyli

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see141

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see128

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see125

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see121

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri