Icma.az
close
up
RU
Tarixin Böyük Zəfəri

Tarixin Böyük Zəfəri

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elşən Alıyev

YAP Daşkəsən rayon təşkilatının sədr müavini

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın azadlıq iradəsinin, milli həmrəyliyinin və qürurunun ən parlaq təcəssümüdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən bəyan etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu, sadəcə hərbi məqsəd deyil, həm də milli məna daşıyan strateji hədəf idi. 44 gün davam edən döyüşlər ərzində qəhrəman ordumuz Şuşaya doğru inamla, mərdliklə irəlilədi. Hər bir döyüş, hər bir əməliyyat bu müqəddəs məqsədə – Qarabağın tacı olan Şuşaya qovuşmağa yönəlmişdi. Vaxtilə xalqımızın illərlə arzusunda olduğu şanlı Qələbə 2020-ci il noyabrın 8-də reallığa çevrildi.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək müasir hərb tarixində misilsiz bir qəhrəmanlıq salnaməsi yazdı. Əsgər və zabitlərimiz yolsuz dağ yolları, dərin dərələr və sıldırım qayalar aşaraq Şuşaya daxil oldular. Onlar düşməni Qarabağın döyünən qəlbi olan bu şəhərdən qovaraq uzun illər davam edən işğala son qoydular. Bu döyüşlərin hər anında Ali Baş Komandanın qətiyyətli iradəsi və ordunun rəşadəti birləşirdi. Tarixi Zəfərin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu böyük qələbənin əhəmiyyətini dəyərləndirən dövlətimizin başçısı Şuşa əməliyyatının əbədiləşdirilməsi məqsədilə 8 noyabrı Zəfər Günü elan etdi. 2021-ci il yanvarın 14-də isə Şuşada üçrəngli bayrağımızın dalğalanması milli dövlətçiliyimizin qürur rəmzinə çevrildi.

8 noyabr 2020-ci il tarixində Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev tarixi Zəfəri elan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı dedi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı – Zəfər yürüşünün davamı dövlətimizin qətiyyətini və ordumuzun yenilməzliyini bir daha nümayiş etdirdi. Cəmi 23 saat 48 dəqiqə ərzində separatçı qüvvələr tam zərərsizləşdirildi. Bu əməliyyat həm siyasi, həm də hərbi baxımdan Azərbaycanın suverenliyini bərpa edən sonuncu mərhələ idi.

Uzun illər davam edən ayrılıqdan sonra xalqımız doğma Şuşaya qayıtdı. Bu qayıdış həm də mənəvi baxımdan böyük dönüş idi. Azad Şuşa bu gün böyük tikinti, bərpa və yenidənqurma işlərinin mərkəzinə çevrilib. Dağların sinəsindən keçən “Zəfər Yolu” – igid əsgərlərimizin döyüş cığırının davamıdır. Prezident İlham Əliyev tərəfindən 101 kilometrlik bu yolun “Zəfər Yolu” adlandırılması xüsusi rəmzi məna daşıyır.

Şuşa bu gün müasir memarlıqla tarixi irsin sintezini özündə birləşdirən nadir şəhərlərdən biridir. Yeni infrastruktur, bərpa olunan tarixi binalar, mədəniyyət mərkəzləri şəhərin simasını yenidən formalaşdırır. Tarixi əhəmiyyəti və mənəvi dəyəri nəzərə alınaraq, 2021-ci ildə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu qərar həm milli, həm də beynəlxalq səviyyədə mədəni irsimizin tanıdılmasına xidmət etdi. Həmin ilin mayında qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası və inkişafı üçün hüquqi baza yaratdı.

2022-ci il “Şuşa İli” elan olundu və bu çərçivədə şəhərdə çoxsaylı tədbirlər, festivallar, konfranslar keçirildi. 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi isə bu mədəni dirçəlişin beynəlxalq təsdiqi oldu. Daha sonra İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən 2026-cı il üçün “Turizm paytaxtı” seçildi. Bütün bu qərarlar Şuşanın beynəlxalq mədəniyyət və turizm xəritəsində xüsusi yer tutduğunu göstərir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2024-cü il oktyabrın 21-də təsdiqlənən “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin davamlı və planlı inkişafını təmin etməyə yönəlib. Layihədə təbii landşaftın qorunması, ekoloji tarazlığın saxlanılması, müasir yaşayış sahələrinin yaradılması və tarixi simanın bərpası əsas prioritetlər kimi müəyyən edilib. Bu plan həm memarlıq baxımından, həm də sosial-iqtisadi cəhətdən Şuşanın gələcəyinə strateji baxışı ifadə edir.

Şuşa tarixən Azərbaycanın mədəni, siyasi və mənəvi həyatının ayrılmaz parçası olub. Lakin işğal illərində bu şəhərin tarixi-mədəni irsi amansızcasına məhv edilmiş, abidələr vandalizmə məruz qalmışdı. Bu gün isə Şuşa yenidən dirçəlir. Burada aparılan bərpa işləri şəhərin tarixi simasının qorunmasına xidmət edir. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin yenidən öz yerlərinə qaytarılması bu dirçəlişin ən təsirli simvollarındandır.

Yeni hotellər, konqres mərkəzləri, yaşayış kompleksləri, məktəblər və mədəniyyət ocaqları tikilir. Şuşa artıq yalnız Azərbaycanın deyil, bütün türk və islam dünyasının mədəniyyət mərkəzinə çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see547

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see525

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see502

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see406

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see341

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see325

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see323

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see254

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see253

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see228

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see227

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see220

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see197

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see186

Norveç millisi pis şəraitə görə DÇ 2026 nın dörddəbir finalından əvvəl oteli dəyişib

09 İyul 2026 02:17see186

Milli maraqlar naminə fövqəladə missiya

09 İyul 2026 00:54see175

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see172

Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu

09 İyul 2026 01:39see167

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see157

Birinci xanımlar Çankaya Köşkündə FOTOLAR

08 İyul 2026 22:48see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri