Icma.az
close
up
RU
Türk dünyasının gücü onun birliyindədir

Türk dünyasının gücü onun birliyindədir

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cari ilin oktyabr ayının 7-də Azərbaycanın qədim və təbii gözəllikləri ilə seçilən Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə ev sahibliyi etdi. Zirvədə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin yüksək səviyyəli nümayəndələri iştirak etdilər.

Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  çıxışında öncə Qəbələnin tarixi əhəmiyyətinə toxunaraq, onun qədim Qafqaz Albaniyasının paytaxtlarından biri olduğunu vurğuladı. O, Türk Dövlətləri Təşkilatının regional əməkdaşlıq çərçivəsindən çıxaraq artıq qlobal miqyasda təsir gücünə malik bir təşkilata çevrildiyini qeyd etdi.

Azərbaycanın təşkilata verdiyi dəstəyi konkret nümunələrlə ifadə edən cənab Prezident, Katibliyin ehtiyacları üçün ölkəmizin 2 milyon ABŞ dolları məbləğində ianə ayırdığını elan etdi. Bununla yanaşı, TDT-nin gələcək inkişaf istiqamətləri, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, gənclər siyasəti və nəqliyyat-logistika sahələrində birgə fəaliyyətin genişləndirilməsinin vacibliyi vurğulandı.

Cənab Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də Türk dövlətlərinin müdafiə sahəsində əməkdaşlığı ilə bağlı idi. Ölkəmizin başçısı 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına  üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edərək, bu sahədə koordinasiyanın gücləndirilməsinin zəruriliyini bildirdi.

Cənab Prezident Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı görülən işlərdən də bəhs etdi. O, qardaş ölkələrin bu prosesə verdiyi töhfələri yüksək qiymətləndirərək, Özbəkistan, Qazaxıstan, Macarıstan, Türkmənistan və Türkiyənin bölgədə inşa etdirdiyi məktəb və məscidlərə görə təşəkkürünü bildirdi. Bu nümunələr Türk dünyası ölkələrinin həmrəyliyinin praktiki göstəricisi kimi təqdim olundu.

Qəbələ görüşünün yekununda qəbul edilən qərarların Türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyi ifadə olundu. Ölkə rəhbəri cənab İlham Əliyev çıxışının sonunda Türk dünyasının gücünü birliyində gördüyünü və bu birliyin xalqların rifahına və təhlükəsizliyinə xidmət edəcəyini xüsusi vurğuladı.

Bu Zirvə Görüşü, həm siyasi baxımdan, həm də tarixi və strateji əhəmiyyəti ilə Türk Dövlətləri Təşkilatının gələcəyində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri