Icma.az
close
up
RU
Türk dünyasının iqtisadi gücü

Türk dünyasının iqtisadi gücü

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2024-cü ilin yekunlarına dair buraxılışı nəşr edilib.

Modern.az xəbər verir ki, Mərkəzin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmalda 2024-cü il üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.

2024-cü ildə Türk dövlətləri 2,11 trilyon ABŞ dolları ÜDM ilə qlobal iqtisadiyyatda 1,8%-lik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8%-ni təşkil edib. Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.

Hesabat dövründə Türk dövlətləri 3,2%-lik qlobal artım tempi ilə müqayisədə 5,2% ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan 9%, Türkiyə isə qrupun ən böyük iqtisadiyyatına sahib olmaqla 3,2% iqtisadi böyüməyə nail olub. Türkmənistanda iqtisadi artım 6,3%, ŞKTR-də 7,3% təşkil edib. Azərbaycan, Qazaxıstan və Özbəkistan müvafiq olaraq 4,1%, 4,8% və 6,5% artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. Macarıstanda ÜDM artım tempi 0,5% təşkil edib. 

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. 2024-cü ildə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi $1,17 trilyon ABŞ dolları təşkil edib ki, bu da $33 trilyon ABŞ dolları həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,5%-nə bərabərdir. TDT 2025-ci ilə qədər üzv dövlətlər arasındakı ticarət dövriyyəsini ikiqat artırmağı və 100 milyard ABŞ dolları hədəfinə çatmağı qarşısına məqsəd qoyub ki, bu, regiondakı iqtisadi əlaqələri daha da gücləndirəcək.

Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, 605,88 milyard ABŞ dolları ilə liderlik edir. Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 141,41 milyard  ABŞ dolları və $65,93 milyard ABŞ dolları ilə ticarət həyata keçirib. Qazaxıstanda və Özbəkistanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Azərbaycan 5,27 milyard ABŞ dolları miqdarında müsbət ticarət balansına nail olub. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.

Sənaye sektorunda Türkiyə və Qazaxıstan müvafiq olaraq 3,7% və 2,8% artımla liderlik edib. Bu artıma  genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Digər tərəfdən, kənd təsərrüfatı sektorunda Qazaxıstan 13,7% ilə ən güclü artım nümayiş etdirib. Qırğızıstan və Özbəkistan da kənd təsərrüfatında müvafiq olaraq 6,3% və 3,1% artım əldə edib. Macarıstan isə -10,4% azalma göstərib ki, buna Avropada kənd təsərrüfatı sahəsində genişmiqyaslı problemlərin səbəb olduğu  ehtimal edilir.

İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. 2024-cü ildə Qazaxıstan və Türkiyə sabit kapital investisiyalarında müvafiq olaraq 7,5% və 6,1% artım nümayiş etdiriblər, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Qırğızıstan və Özbəkistan da sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.

Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 3,8%, Qazaxıstanda 20%,  Özbəkistanda 18%, Türkiyədə 16% artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Macarıstanın bank sektoru isə daha mülayim artım göstərib.

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Türkiyə dövlət büdcəsi gəlirlərində 66,5%, dövlət büdcəsi xərclərində isə 63,6% olmaqla ən yüksək artımı qeydə alıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib. Qırğızıstan daha yüksək fiskal kəsirə malik olsa da,  dövlət büdcəsi gəlirlərində əhəmiyyətli artım əldə edib.

Türk dövlətləri ÜDM artımı və ticarət dövriyyəsi baxımından qlobal artımı üstələyib və əhəmiyyətli investisiyalara nail olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri