Icma.az
close
up
RU
Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriya

Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriya

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Prezident İlham Əliyev: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”

Artıq türk dövlətləri Avropada öz həmrəyliyini nümayiş etdirirlər. Mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bunun bariz nümunəsidir.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı mühüm əhəmiyyət kəsb edir. Belə ki, Türk dünyasının birliyinin gücləndirilməsi məsələsini önə çəkən Prezident İlham Əliyev çıxışında Türk dünyasının birliyinin və TDT-nin gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olduğunu vurğulamışdır. O, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsinin və təşkilatın siyasi, iqtisadi və hərbi qüdrətinin artırılmasının vacibliyini qeyd etmişdir: “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. 

Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.

Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur”.

Bu gün TDT-nin geosiyasi əhəmiyyət və əməkdaşlıq perspektivləri gündəmdədir. Macarıstanın Baş naziri Viktor Orban, TDT-nin Qərb ilə Şərq arasında əməkdaşlıq üçün vacib bir təşkilat olduğunu bildirmiş və Prezident İlham Əliyevə regionda sülh şəraitində yaşamaq imkanı yaratdığı üçün təşəkkür etmişdir.
Hazırda Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələr arasında ən fəal və təşəbbüskar dövlətlərdən biri kimi çıxış edir. Azərbaycan TDT-nin (əvvəlki Türk Şurasının)yaradılmasında əsas rol oynamış ölkələrdən biridir. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə təşkilatın təsis olunması Azərbaycan torpağında baş verməsi baxımından simvolik əhəmiyyət daşıyır. Bu fakt Azərbaycanın Türk dünyasında birlik və əməkdaşlıq ideyasına verdiyi strateji dəstəyi göstərir. Prezident İlham Əliyev təşkilatın Zirvə görüşlərində və digər tədbirlərində davamlı və fəal şəkildə iştirak edir, çoxsaylı mühüm təşəbbüslərlə çıxış edir. Azərbaycan beynəlxalq platformalarda Türk dünyasının maraqlarını müdafiə edən fəal üzv kimi tanınır. Qarabağ müharibəsindən sonra Türk dövlətlərinin Azərbaycana verdiyi siyasi dəstək və Şuşa Zirvəsi, Azərbaycanın TDT daxilində geosiyasi və mənəvi liderliyini daha da gücləndirdi. 2023-cü ildə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın simvolik və real gücünün göstəricisi idi. Azərbaycan ortaq türk irsinin qorunması və təbliği, təhsil və elm sahəsində əməkdaşlığın inkişafı istiqamətində mühüm işlər görür. Bakı və Şuşa şəhərləri TDT-nin mədəniyyət paytaxtları elan olunmuş, burada bir çox beynəlxalq tədbirlər təşkil edilmişdir.

Həmçinin Azərbaycan TDT çərçivəsində qurumların gücləndirilməsinə hüquqi çərçivələrin formalaşdırılmasına və əməkdaşlıq mexanizmlərinin yaradılmasına dair layihələrə aktiv şəkildə qoşulur. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu liderlik, təşəbbüskarlıq və strateji baxışla xarakterizə olunur. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə Azərbaycanın fəallığı, TDT-nin daha səmərəli və inteqrasiya olunmuş təşkilata çevrilməsində mühüm rol oynayır. Azərbaycanın bu təşəbbüskar mövqeyi həm də Türk birliyinin davamlılığının və gələcəyinin təminatçısı kimi dəyərləndirilir.

Prezident İlham Əliyev Budapeştdə çıxışında TDT ölkələrinin zəngin təbii resurslara və müasir nəqliyyat infrastrukturuna malik olduğunu qeyd etmişdir. O, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulamışdır: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir”. Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir. Coğrafi baxımdan strateji mövqe tutan bu ölkələr Asiya ilə Avropa arasında körpü rolu oynayır və bu, nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır.

Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə və Avropa xətti üzrə uzanır. Bu dəhliz Türk dövlətlərini birləşdirir və Çin–Avropa ticarətinin mühüm altertenativ yoludur. Azərbaycan bu marşrutda əsas tranzit və logistika mərkəzlərindən biri kimi çıxış edir (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, BTQ dəmir yolu, Ələt Azad İqtisadi Zonası və s.).

Türk dünyası üçün əhəmiyyətli olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında qurulmuşdur, lakin Orta Asiya və Türk dövlətləri üçün Avropaya çıxış baxımından əsas dəhlizdir. BTQ vasitəsilə Mərkəzi Asiyadan Avropaya yükdaşımalar mümkün olur.

Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Zəngəzur dəhlizi Naxçıvanla quru əlaqəsinin bərpası və Türkiyə ilə birbaşa dəmir yolu bağlantısının qurulması məqsədi daşıyır.Eyni zamanda, bu dəhliz Türk dünyasının inteqrasiyasını gücləndirən strateji arteriyadır.

TDT çərçivəsində nəqliyyat nazirlərinin görüşləri keçirilir, birləşmiş nəqliyyat şəbəkəsinin formalaşdırılması, vahid tarif siyasəti, rəqəmsal gömrük və nəqliyyat sənədlərinin uyğunlaşdırılması istiqamətində razılaşmalar əldə olunur. Bu tədbirlər daşımaların səmərəliliyini artırmaq və maliyyətləri azaltmaq məqsədi daşıyır.

Türk dövlətləri arasında birgə avia marşrutlar və hava nəqliyyatının liberallaşdırılması məsələləri gündəmdədir. Bu sahədə əməkdaşlıq turizm, biznes və humanitar əlaqələrin inkişafına da xidmət edir. Azərbaycan bütün bu layihələrdə tranzit ölkə, logistika qovşağı, nəqliyyat təşəbbüskarı kimi çıxış edir. Azərbaycan həmçinin nəqliyyat sahəsində rəqəmsallaşma, yaşıl logistik həllər və multimodal daşımalar üzrə yenilikçi addımlar atır.

Türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi inteqrasiyanın təməl sütunlarından biridir. Bu əməkdaşlıq sayəsində Türk dünyası daha dayanıqlı, sürətli və müasir logistik şəbəkəyə sahib olur və bu da regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Azərbaycanın təşəbbüsləri və strateji mövqeyi bu prosesdə mərkəzi rol oynayır.

Kamal Paşa-zadə 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 
violonçel ixtisası üzrə müəllimi, 
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 May 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see370

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see174

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see151

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see129

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see129

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see121

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri