Türk ekspert: Davos İlham Əliyevin diplomatik gücünü bir daha açıq şəkildə ortaya qoydu
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 28 yanvar, AZƏRTAC
Davosda Prezident İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan görüş adi diplomatik təmasdan qat-qat artıq məna daşıyır. Bu görüş son illər ərzində Azərbaycanın ardıcıl şəkildə formalaşdırdığı diplomatik gücün və siyasi çəkisinin real təzahürü kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Mehmet Emir Aksoy bildirib.
Onun sözlərinə görə, qlobal sistemin yenidən formalaşdığı, ittifaqların sərtləşdiyi və lider diplomatiyasının yenidən ön plana çıxdığı bir mərhələdə Prezident İlham Əliyevin Davos kimi qlobal platformada əsas oyunçularla eyni masada yer alması təsadüfi deyil: “Hazırkı vəziyyət kiminsə xoş niyyətinin nəticəsi deyil. Bu mövqe Qələbədən sonrakı dövrdə yürüdülən səbirli, nəticəyönümlü və strateji xarici siyasətin məntiqi yekunudur”.
Mehmet Emir Aksoy vurğulayıb ki, Prezident İlham Əliyevin Davosdakı təmasları Azərbaycanın artıq yalnız regional aktor deyil, çoxmillətli diplomatik liqada oyun qura bilən dövlətə çevrildiyini göstərir: “Azərbaycan bu mərhələyə mərhələ-mərhələ, öz siyasi iradəsi və strateji qərarları ilə gəlib”.
Ekspertin fikrincə, Azərbaycan–Ermənistan xəttində atılan normallaşma addımları da bu diplomatik düşüncənin real nəticəsidir: “Bu gün neft məhsullarından logistika xətlərinə, ticarət keçidlərindən nəqliyyat dəhlizlərinə qədər formalaşan yeni balans Cənubi Qafqazda sülhün artıq təkcə hərbi yox, iqtisadi və geosiyasi reallıq olduğunu ortaya qoyur”.
Aksoy qeyd edib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək və beynəlxalq müstəvidə müxtəlif adlarla səsləndirilən Zəngəzur xətti sadəcə bir yol deyil. Bu xətt bölgəni birləşdirən yox, bölgədə sabitlik yaradan strateji arteriyadır. Məhz bu səbəbdən sözügedən dəhliz beynəlxalq diqqət mərkəzindədir.
Türk ekspert Azərbaycan–Türkiyə sinxronizasiyasının da Davosdakı mənzərənin əsas elementlərindən biri olduğunu xüsusi vurğulayıb: “Ankara ilə Bakı arasında mövcud olan yüksəksəviyyəli siyasi və strateji uyğunluq Azərbaycanın qlobal mövqeyini daha da gücləndirir. Türkiyənin diplomatik çəkisi ilə Azərbaycanın sahədəki qətiyyəti birləşəndə, bu artıq iki ayrı dövlət deyil, ortaq dövlət ağlı və vahid güc məkanı kimi çıxış edir”.
Mehmet Emir Aksoy bildirib ki, Trampın təşəbbüsü ilə formalaşan və xüsusilə Yaxın Şərq mərkəzli qlobal sülh axtarışlarını əhatə edən yeni təşəbbüslərdə Azərbaycanın qurucu aktor kimi dəvət olunması da bu məntiqin davamıdır. Azərbaycan artıq böhranları kənardan izləyən yox, birbaşa həll proseslərinə çağırılan paytaxtdır. Bu dəvət coğrafiyaya görə yox, etibarlılığa, proqnozlaşdırıla bilən siyasətə və diplomatik ardıcıllığa görə edilib.
Ekspertin qənaətinə görə, Davosda ortaya çıxan siyasi mənzərə kifayət qədər aydındır: “Prezident İlham Əliyev Azərbaycanı çoxmillətli diplomatiyanın mərkəzinə yerləşdirməyi bacaran liderdir. Bu mövqe sərt güclə yumşaq gücü balanslaşdıran və qlobal aktorlarla bərabər müstəvidə danışa bilən dövlət idarəçiliyinin nəticəsidir”.
Mehmet Emir Aksoy sonda vurğulayıb ki, bu gün Bakı təkcə Cənubi Qafqazın deyil, qlobal siyasi-iqtisadi proseslərin diqqətlə izlədiyi əsas paytaxtlardan birinə çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















