Icma.az
close
up
RU
İlham Əliyevin “Türk əsri” strategiyası

İlham Əliyevin “Türk əsri” strategiyası

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəbələdə keçirilən Türk sammiti sayca 12-ci olsa da, yeni qlobal reallıqlar və perspektiv hədəflərin müəyyənləşdirilməsi kontekstində başlanğıc toplantısı sayıla bilər. Çünki Türk Dövlətləri Təşkilatının yaradılmasının ilk təşəbbüskarı, qürucu lideri olan İlham Əliyevin zirvə görüşündə müzakirəyə çıxardığı məsələlər, həmkarlarına xüsusi diqqət ayırmaları üçün təqdim etdiyi təkliflər əvvəlki dövrlərin mövzularından fərqli idi.
Azərbaycan Prezidenti artıq bu təşkilatın beynəlxalq miqyasda nüfuzlu güc mərkəzinə çevrilməsi zərurətini, yaşıl enerji dəhlizi müəllifliyindən qlobal enerji təminatçısına keçid şərtini, ən əsası isə birgə hərbi təlimlər vasitəsilə yeni hərbi blokun yaradılması təşəbbüsünü elan etdi.
 

Və elan etməklə kifayətlənməyərək, bu hədəflərin gerçəyə çevrilməsi üçün gərəkli formulları da sadaladı. Əlbəttə, əsas məqamların medianın iştirak etmədiyi anlarda səsləndirilməsinin və müzakirə olunmasını da unutmayaq.


İlham Əliyev üçün bu təşkilat xarici siyasətdə əsas istinad mənbələrindəndir. Ötən il inaqurasiya mərasimində Prezident bunu rəsmən bəyan etmişdi:
“Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.
Heydər Əliyevin ötən əsrin 90-cı illərində bəyan etdiyi «Bir millət-iki dövlət» məramını onilliklər sonrası İlham Əliyev miqyasca və mahiyyətcə daha da genişləndirərək «vahid türk ailəsi-vahid türk dünyası» platformasına çevirib.
İlham Əliyev yeni dünya düzənində türk dövlətlərinin yekdil güc mərkəzi kimi mövcudluğunun ardıcıl təşəbbüsçüsüdür və onun bu niyyəti çətinliklə də olsa, artıq gerçəkləşmək üzrədir. Tam hüquqlu və müşahidəçi üzvlərin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın strateji tərəfdaşlığı aindi beynəlxalq münasibətlər sistemində səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın örnəyi kimi qəbul edilir.
Bu mükəmməl müttəfiqliyi təkcə tarixi kök və eyni mənəvi dəyərlərlə əlaqələndirmək doğru deyil. İndi birləşdirici amil sabaha baxış, ortaq hədəflər, eyni zamanda, eyni rəqiblər-düşmənlərdir.
Azərbaycan Prezident təəssüf ki, münasibətlərində hələ də müəyyən problemlər yaşayan (məsələn, Şimali Kiprlə diplomatik əməkdaşlıqda), ümumi mənafeləri uzlaşdırmaqda bəzən gecikən türk ölkələri arasında koordinatorluğu da uğurla aparır.
Bütün həmkarları tərəfindən obyektiv arbitr kimi qəbul edildiyindən, ani müdaxiləsi ilə (onların əksəriyyəti geniş publikaya açıqlanmır) hər hansı anlaşılmazlığı dərhal həll edir. Türkiyə ilə Mərkəzi Asiya türk dövlətləri arasında yeni dövrdə əməkdaşlığın genişlənməsinədə və son illərdə məlum gərginliklərinin aradan qalxmasında əsas, daha doğrusu yeganə faktor məhz İlham Əliyev oldu.
 

İlham Əliyevin israrlı, inadlı, əzmli təşəbbüslərinin nəticəsidir ki, türk dövlətləri artıq fövqəlgüclərin müəyyənləşdirdiyi çərçivələrdən çıxaraq, dünyanın yeni enerji və logistik məkanının müstəqil aktorlarına çevrilir, öz təbii resurslarının tamhüquqlu sahibi olur və sərvətlərini dünyaya məhz türk ölkələrini əhatə edən coğrafiya ilə ötürürlər.


Beləliklə, türk dövlətlərinin vahid enerji siyasətini qəbul edib, bütün qərarları ona uyğunlaşdırmaqla bağlı İlham Əliyevin planı, strategiyası uğurla gerçəkləşir. Yəni bir türk dövlətinin sərvətindən digər türk xalqına da pay çatır.
Bu baxımdan qardaş Türkiyənin artıq Azərbaycanın müəyyənləşdirdiyi enerji xəritəsində, həmçinin Zəngəzur dəhlizində əsas elementə çevrilməsi və digər türk ölkələrinin də ixrac marşrutlarının rəsmi Ankaranın birbaşa maddi-siyasi mənafelərinin ödənməsinə yönəlməsi Prezidentimizin həm "bir millət - iki dövlət", həm də «vahid türk ailəsi-vahid türk dünyası» məramına ən uğurlu töhfələrdəndir. Əslində, İlham Əliyevin Türkiyəyə əlahiddə qardaşlıq münasibəti hər kəsə məlumdur və bunu dost cümhuriyyətdə də hər kəs bilir.
Bəzən Türkiyədə Azərbaycanı incidəcək rəsmi və qeyri-rəsmi müzakirələrin aparılması, zərərli dezinformasiyaların dövriyyəyə buraxılması və bu kimi digər məqamlar Azərbaycan dövlətinin və onun rəhbərinin münasibətində hansısa təshihlərə imkan vermir. İlham Əliyev ümumtürk mənafeyinə baxışda və konkret Türkiyəyə münasibətdə hər şeyə rəğmən heç bir zaman taktiki siyasi dəyişikliklərə rəvac vermədi.
Türk dünyasına münasibətdə strateji xətt daim dəyişməz qaldı.
11 il öncə qondarma «erməni soyqırımının» ildönümü günündə Praqada "Türkiyə yoxdursa, mən burdayam!" sərt bəyanatını verərkən Prezident İlham Əliyev özünün «vahid Türk ailəsi» gündəliyinə nə qədər sədaqətlə və qətiyyətlə bağlı olduğunu bütün dünyaya göstərdisə, Moskvadan Ağ Evə, Pekindən Brüsselədək bütün məkanlarda eyni prinsipiallıqla türk ölkələrinin maraqlarını qoruyur, onlar olmadığı yerlərdə onların mənafyeini təmin edir.
Vahid Türk ailəsinin rəqiblərinə, düşmənlərinə qarşı mübarizə Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, şəxsən Prezident İlham Əliyev üçün həm də ən mühüm vətəndaşlıq vəzifələrindəndir. Və bu gün tək Türkiyəni və Azərbaycanı deyil, ümumiyyətlə, türk xalqlarının hamısını özünə düşmən seçən və eyni zamanda, müsəlman xalqlarına qarşı gizli təfriqəçilik edən dünya erməniliyi və onların fövqəlsahibləri ilə mübarizənin ön cəbhəsində də məhz İlham Əliyev dayanıb.
İlham Əliyev bu mübarizədə yalnız öz dövlətinin qüvvəsinin yox, bütünlüklə türk dünyasının gücünün səfərbər olunmasının və birləşdirilməsinin təşəbbüsçüsü, təşviqatçısıdır.
Gələn il nəzərdə tutulan birgə hərbi təlimlərin artıq indidən məlum olan sonrakı mərhələsini də Azərbaycan Prezidenti məhz bu hədəfə hesablayıb.
Təsadüfi deyil ki, Prezident Azərbaycanın Qarabağ zəfərini də ümumtürk qələbəsi kimi tanıdır və bunu hər dəfə türk dövlətlərindəki həmkarlarına xatırladır. Yeri gəlmişkən, Azərbaycan hər bir türk dövlətində şəhər tikmək imkanındadır, necə ki, Türkiyədə Qəhrəmanmaraşda onminlərlə insanın yaşayacağı şəhər salıb. Bu baxımdan özbək, qazax, qırğız, macar, türkmən qardaşlarımızın hədiyyəsi olan və artıq açılışı edilən, yaxud təməli qoyulan Füzulidə Mirzə Uluqbəy və Ağdamda Manas adına məktəblər, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Cəbrayılda və Füzulidə məscidlər məhz ümumtürk zəfərinin davamı olaraq ümumtürk quruculuğunun təzahürüdür.
 

Türk Dövlətləri Təşkilatında birləşən ölkələrin rəhbərlərinin Qəbələdə nümayiş etdirdikləri güclü vəhdət fotosunda rəmziliyin fonunda gerçəklik - vahid hədəflər daha aydın nəzərə çarpır. Hələ ötən əsrin əvvəllərində İsmayıl bəy Qaspıralının eyni soy-kökə mənsub xalqlar və liderlər üçün tövsiyə etdiyi "dildə, fikirdə, işdə (əməldə) birlik" amalı, göründüyü kimi, artıq arzularımız yox, yaşadığımız həqiqətdir.


İlham Əliyev bu arzunu həqiqətə çevirən liderdir. Buna görə də indi pafossuz, konkret siyasət yürüdür.
Elə Qəbələdə də açıq bəyan etdi və həmkarlarını buna çağırdı: türk xalqlarının bir-birindən ayrı maraqları, yolu, inkişaf xətti yoxdur və hər bir dövlət bu münasibətləri mənəvi təəssübkeşlikdən - strateji müttəfiqlikdən vahid güc platformasınadək yüksəltməlidir. Dünyanın mövcud gerçəklikləri bu mövqeyin alternativsiz seçim olduğunu göstərir. Prezidentin türk dövləti ilə əməkdaşlıq formatına zəruri əlavəsi də var: dostluq, qardaşlıq bu səviyyədə qalmayacaq, real işlərlə, yeni layihələrlə daha da möhkəmlənəcək.
Bölgəni əhatə edən bütün siyasi-hərbi ittifaqlardan kənarda qalan Azərbaycan üçün Prezident yalnız bir birlik modeli görür: türk dövlətlərinin ittifaqı! "XXI əsr türk əsri olacaq" çağırışı ətrafında bu birlik gec-tez reallaşacaq və dünyanın yeni siyasi güc mərkəzi formalaşacaq. İlham Əliyevin buna nail olacağı isə şəksizdir.
Yeri gəlmişkən, Kremldən Türk dövlətlərinə qarşı onilliklərdir, əslində əsrlərdir yürüdülən açıq-gizli, siyasi-iqtisadi, hərbi-mənəvi ekspansiya siyasətinə qarşı dünən İlham Əliyev təkbaşına ən böyük zərbəni vurdu.
Vladimir Putinin dövlətinin və öz adından Azərbaycan Prezidentindən rəsmən üzr istəməsi onun fəaliyyətində bir ilk idi.
Həm də bu üzrxahlıq türk dünyasının ən böyük təhdid kimi gördüyü bir fövqəlölkənin məmləkətimizlə və onun Lideri ilə nə qədər ehtiyatlı, həssas münasibət saxlamasını nümayiş etdirdi.
Elə yalnız bu hadisə Azərbaycanın və İlham Əliyevin Türk ailəsində hansı əlahiddə mövqedə olduğunu aydın göstərir.
İlham Əliyev bütün türk dünyasına cəsarət verir, türk xalqlarına mübarizlik ruhu aşılayır, hədəflərə doğru çəkinmədən, əzmlə yürüməyin ən mükəmməl nümunəsini yaradır.
İlham Əliyev çiyinlərində tək Azərbaycanın deyil, bütün türk dünyasının yükünü daşıyır.
Bu yük isə onu Atatürk və Heydər Əliyevdən sonra boşalan türk dünyasının lideri səviyyəsinə yüksəldir…
İxtiyar Hüseynli, əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see619

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see523

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see470

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see440

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see355

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see343

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see325

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see260

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see241

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see238

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see223

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see203

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri