Icma.az
close
up
RU
Türk ekspert: Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzinə çevrilmək yolundadır

Türk ekspert: Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzinə çevrilmək yolundadır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşündə çıxışında türk dünyasında birliyin, həmrəyliyin və strateji əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyevin TDT-ni qlobal aktora çevirən amillərlə bağlı fikirləri isə bu vizyonun artıq praktiki əsaslara malik olduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, professor Toğrul İsmayıl söyləyib.

O qeyd edib ki, hər iki liderin çıxışları bir-birini tamamlayaraq, türk dünyasının regional inteqrasiyasının yeni mərhələyə keçdiyini təsdiqləyir.

“Bu gün TDT regionda həm siyasi, həm də iqtisadi sabitliyin əsas dayaqlarından birinə çevrilməkdədir. Qısa və orta müddətli dövrdə təşkilatın regional və qlobal təhlükəsizlik arxitekturasında təsir gücünün artacağı gözlənilir. Bu, ilk növbədə, siyasi-diplomatik koordinasiya, hərbi-texniki əməkdaşlıq və iqtisadi inteqrasiyanın dərinləşməsi hesabına mümkün olacaq”, – deyə Toğrul İsmayıl vurğulayıb.

O bildirib ki, Zirvə görüşlərində qəbul edilən qərarlar və ortaq bəyanatlar TDT-nin beynəlxalq platformalarda vahid mövqe sərgiləməsinə də şərait yaradır. Xüsusilə Türkiyə ilə Azərbaycan arasında mövcud strateji ittifaq digər üzv dövlətlər üçün praktiki model rolunu oynayır. Müdafiə sənayesi, birgə təlimlər, təhlükəsizlik sahələrində əməkdaşlıq və koordinasiya təşkilatın regional sabitlikdə daha fəal aktora çevrilməsinə şərait yaradır.

Ekspert, həmçinin qeyd edib ki, TDT-nin iqtisadi təsir dairəsi də getdikcə genişlənir. Orta Dəhliz layihəsi, nəqliyyat və enerji infrastrukturlarının inteqrasiyası, rəqəmsal ticarət və investisiya platformalarının yaradılması Türk dünyasının strateji birləşməsinə real məzmun qazandırır.

“Bu proses yalnız regional ticarəti deyil, həm də Avrasiya məkanında geoiqtisadi balansı dəyişdirə bilər. Prezident Ərdoğanın dediyi kimi: “TDT ölkələri öz elmi və texnoloji inkişaflarında layiqli yer tuta biləcəklər, bunu əldə etmək yalnız sıx əməkdaşlıqla mümkündür”, - deyə o əlavə edib.

T.İsmayılın sözlərinə görə, TDT-nin inkişafı bir neçə ssenari üzrə mümkündür. Ən realist ssenari koordinasiya və təsirin artırılması mərhələsidir. Bu halda təşkilat diplomatik, iqtisadi və hərbi əməkdaşlıq mexanizmlərini dərinləşdirəcək. İkinci ssenari, TDT-nin regional münaqişələrin həllində vasitəçi və sabitləşdirici rol oynamasıdır ki, bu da təşkilatın siyasi nüfuzunu artıracaq. Daha ambisiyalı ssenari isə strateji inteqrasiya və vahid təhlükəsizlik sisteminin formalaşmasıdır. Bunun üçün üzv dövlətlər arasında daha dərin etimad, ortaq büdcə və institusional mexanizmlərin yaradılması zəruridir.

Toğrul İsmayıl hesab edir ki, nəticə etibarilə, TDT-nin regional səviyyədə real və ölçüləbilən təsir gücü artıq artmaqdadır.

“Diplomatik koordinasiya, enerji və nəqliyyat layihələri, hərbi-texniki əməkdaşlıq və texnoloji inteqrasiya bu təsiri daha da gücləndirəcək. Lakin təşkilatın qlobal təhlükəsizlik arxitekturasında müstəqil və müəyyənedici mərkəzə çevrilməsi üçün uzunmüddətli institusional dərinləşmə və strateji maraqların tam uyğunlaşması vacibdir. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin “vahid güc mərkəzi” ideyası və “qlobal aktor” vizyonu türk dünyasının gələcək strateji istiqamətini müəyyən edən əsas konseptual çərçivədir”, - deyə ekspert vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri