Icma.az
close
up
RU
Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzinə çevrilir

Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzinə çevrilir

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bişkekdə keçirilən sonuncu Türk Dövlətləri Təşkilatının (TDT) XI zirvə toplantısı Türk dünyası ilə əlaqələri dərinləşdirmək, türkdilli dövlətlərin maraqlarına və dəyərlərinin təbliğinə töhfə vermək məqsədi daşıyan sammit mühüm tarixi əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı sammit Türk dünyasının birliyi və qlobal səhnədə güc mərkəzinə çevrilməsi istiqamətində mühüm rol oynayacaq. Azərbaycanın təşkilata üzv olan bütün dövlətlər ilə təşkilat çərçivəsində, eləcə də ikitərəfli əsasda ən yüksək səviyyədə münasibətlər qurması Prezident İlham Əliyevin türk dünyasına verdiyi önəmin bariz nümunəsidir.

Qeyd edək ki, bu il TDT-nin fəaliyyətinin 15-ci ili tamam olur. Ortaq dil, tarix və ənənələrə dayanan, ildən-ilə daha da güclənən təşkilat ötən dövr ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına mühüm töhfə verib, bütövlükdə türk dünyası dövlətləri arasında inteqrasiyanı sürətləndirib, nüfuzlu bir təşkilat kimi beynəlxalq təşkilatlar sırasına öz adını daxil etməyə müvəffəq olub. Hazırda TDT qardaş türk xalqlarının qürurla öz maraq və dəyərlərini birgə bölüşdüyü səmərəli əməkdaşlıq platformasına çevrilib. Böyük bir coğrafi ərazini əhatə edən Türk dünyasına üzv ölkələrdə müsbət dinamika müşahidə olunur. Zəngin təbii sərvətlər, onlardan istifadə üçün müasir infrastruktur, Mərkəzi Asiya və Qafqazı Aralıq dənizi və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, mədəniyyət Türk dünyasının ən böyük sərvətidir.

Qarşıya qoyulan hədəf XXI əsrin Türk dünyasının firavanlıq əsrinə çevrilməsidir və bu istiqamətdə aktiv iş aparılır. Bişkekdə keçirilən zirvə görüşü də bu hədəfə çatmaqda mühüm rol oynayacaq.

İştirakçılar beynəlxalq razılaşmalara, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, tanınmış sərhədlərin toxunulmazlığına, daxili işlərə müdaxilənin yolverilməzliyinə sadiqliyini bəyan edəcəklər. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması səylərinin dəstəklənməsinin bildirilməsi gözlənilir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, Orta Nəqliyyat Dəhlizinin potensialından maksimum istifadə və Zəngəzur dəhlizinin açılması kimi məsələlər ətrafında da müzakirələr gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, TDT-nin potensialını açmaq və bu platformanı qlobal miqyasda güc mərkəzinə çevirmək məsuliyyəti məhz Türk dövlətlərinin üzərinə düşür. Bu məqsəd mütləq reallaşacaq. Bu baxımdan, Qırğızıstanda keçirilən Zirvə görüşü, şübhəsiz ki, TDT-nin mövqelərini daha da gücləndirəcək.

Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin gücləndirilməsində Azərbaycanın töhfəsi xüsusi rol oynayır. Bu, ölkəmizin mühüm önəm verdiyi istiqamətlərdən biridir. Əksəriyyətin qəbul etdiyi xətt ondan ibarətdir ki, Azərbaycan qardaş Türk respublikaları ilə birgə yaratdığı bu təşkilatı öz ailəsi qismində görür və böyük Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. Bu, ölkə başçısının 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı söylədiyi fikirlərdə bir daha əksini tapıb. Prezident İlham Əliyev “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deməklə dünyaya mesaj verdi ki, Azərbaycan böyük Türk ailəsinə mənsubdur, bu ailə güclü, yenilməz və etibarlıdır və bundan sonra da Türk dövlətləri, təşkilatları ilə əlaqələr daha da gücləndiriləcək, birgə uğurlu addımlar atılacaq.

Bu bəyanat həm də Türk birliyinin gücünün, qüdrətinin ifadəsi, onun sarsılmaz xarakterə malik olmasının göstəricisi idi.

Türklər tarixin bütün dönəmlərində özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilmiş, dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək, hazırkı inkişaf səviyyəsinə gəlib çatıb.

Xalqımız da böyük Türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan Türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır, bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın gələcək inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər təşkilat kimi tanınır, üzv ölkələrin sıx əməkdaşlığı və birgə səyi ilə təşkilatın nüfuzu günü-gündən artmaqdadır.

Qeyd edək ki, TDT türkdilli ölkələrin Dövlət Başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzaladıqları “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi”nə əsasən təsis edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. 2019-cu ildə Özbəkistan da TDT-yə üzv olub. Türk dövlətlərinin institusional strukturunun formalaşmasının əsasını qoyan, onları daha güclü inteqrasiya üçün bir araya gətirən Naxçıvan sazişinin imzalanması mühüm tarixi-siyasi əhəmiyyət kəsb edir. Bu saziş ilə qardaş türk dövlətləri arasında əlaqələrin müxtəlif sahələr üzrə daha da inkişaf etdirilməsi və vahid əməkdaşlıq platformasının yaradılması istiqamətində uğurlu fəaliyyətə start verilib.

Şübhəsiz ki, Bişkekdə keçirilən Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2024 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri