Türk Hava Yollarının donanması 2033 cü ilə qədər 813 təyyarəyə çatacaq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 4 oktyabr, AZƏRTAC
Türkiyənin milli aviadaşıyıcısı olan Türk Hava Yolları (THY) 225 yeni təyyarə almağı planlaşdırır. Artıq 75 təyyarə ilə bağlı müqavilə imzalanıb. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə THY-nin sədri Ahmet Bolat məlumat verib.
Onun sözlərinə görə, Türk Hava Yollarının donanması 2033-cü ilə qədər 813 təyyarəyə çatacaq
“THY-nin sərnişin dövriyyəsi 85 milyona çatıb, illik gəliri isə 22 milyard dollardır. Hazırda Türk Hava Yollarında bir sərnişinə düşən orta mənfəət 22-23 dollar təşkil edir”, -deyə Bolat bildirib.
O, həmçinin təyyarələrin mühərrikinə texniki qulluq xərclərinə də diqqət çəkib. Bolat əlavə edib: “Mühərrikin texniki baxışı orta hesabla 7-8 milyon dollara başa gəlir. Cəmi 30 il ərzində bir təyyarə altı yoxlamadan keçir. Bu xərcləri minimuma endirmək üçün təyyarə alarkən texniki baxışı istehsalçı ilə əlaqələndirmək lazımdır. Əgər Türk Hava Yolları bunu özü edirsə, öz müəssisəsini yaratmalıdır. Məsələn, şirkətimiz bütün mühərrikləri yoxlamaq üçün öz texniki bazasını qurur”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















