Türk Hava Yollarının təyyarəsində nasazlıq yarandı, sərnişinlər Gəncədən Bakıya gətirilir
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün günorta saatlarında Türk Hava Yollarına məxsus təyyarənin Gəncədən Türkiyəyə olan uçuşu təxirə salınıb.
Bu barədə Milli.Az-a sərnişinlər məlumat veriblər.
Sərnişinlərin sözlərinə görə, onları avtobusla Bakıya gətirirlər və növbəti uçuş gecə saat 4 təyin edilib.
"Avtobusla camaatı Bakıya gətirirlər və heç bir qidalanma və s. vermirlər. Uçuş da gecə saat 4-də olacaq".
Milli.Az-ln əldə etdiyi məlumata görə, "Turkish Airlines" aviaşirkəti tərəfindən İstanbul-Naxçıvan-Gəncə-İstanbul marşrutu üzrə uçuş həyata keçirilərkən, Naxçıvanda təyyarədə texniki nasazlıq yaranıb. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə onlar Naxçıvandan Bakıya gətiriləcək və daha sonra aviaşirkətin Bakı-İstanbul reysi ilə təyinat nöqtəsinə yola salınacaq.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















