Türk mediasını zəbt edən boşanma 1,5 milyard təzminat istəyir
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Erzincan millət vəkili Mustafa Sarıgülün turizimçi oğlu Ömər Sarıgül və həyat yoldaşı, sosial şəbəkə fenomeni Revna Sarıgülün boşanma məsələsi günlərdir Türkiyə mediasını zəbt edib.
Ölkə.az xəbər verir ki, Ömərin onun aldatdığını iddia edən Revna boşanmaq üçün məhkəməyə müraciət edib və ondan 1,5 milyard lirə (təxminən 59 719 674 manat) təzminat, aylıq 3,3 milyon lirə (təxminən 1,3 milyon manat) aliment istəyib.
Ömer Sarıgül isə bununla razılaşmayıb. Ömər Sarıgül məhkəməyə 10 milyon lirə təzminat və ayda 400.000 lirə aliment təklif edib. O, həmçinin evin istifadəsi, təmir xərcləri, elektrik enerjisi, su və təbii qaz xərclərini, eləcə də uşaqların təhsili və səhiyyə xərclərini ödəməyi öhdəsinə götürüb.
Qarşı tərəfin isə bununla razılaşıb razılaşmayacağı bəlli deyil. (axsam.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Dekabr 2025 04:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















