Icma.az
close
up
RU
28,6 milyard ərzağa, 1,5 milyard dərmana...

28,6 milyard ərzağa, 1,5 milyard dərmana...

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

İstənilən ölkədə əhalinin maddi durumunu ölçmək üçün tətbiq olunan əsas indikatorlardan biri vətəndaşların aylıq xərclərində ərzağa ayırdığı vəsaitin payıdır.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, iqtisadi qaydalara əsasən, ərzaq xərclərinin ümumi xərclərdəki xüsusi çəkisi nə qədər çoxdursa, vətəndaşın maddi rifahı bir o qədər aşağı hesab olunur:

“Beynəlxalq müqayisələr göstərir ki, Azərbaycanda əhali aylıq xərclərinin 50 faizə yaxınını sırf qidaya sərf edir. Halbuki bu rəqəm qonşu Gürcüstanda 38,7 faiz, Ermənistanda isə 40,7 faiz təşkil edir. Avropa Birliyinin ən kasıb ölkəsi sayılan Bolqarıstanda əhali gəlirinin 29,3 faizini, ittifaqın varlı ölkələrindən olan Almaniyada isə cəmi 14 faizini ərzağa yönəldir. Amerika Birləşmiş Ştatlarında bu göstərici 13 faiz səviyyəsindədir. Online alış-veriş

Ölkədəki real sosial-iqtisadi mənzərəni görmək üçün cari ilin rəsmi ticarət statistikasına nəzər salmaq kifayətdir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 57 milyard 523,4 milyon manatlıq məhsul satılıb. Həmin məbləğin 28 milyard 677,3 milyon manatı sırf ərzaq məhsullarının, 1 milyard 560,4 milyon manatı isə dərman vasitələrinin alınmasına xərclənib. Bu rəqəmlər onu deməyə əsas verir ki, ölkəmizdə əhali aylıq xərclərinin 53-55 faizini yalnız ərzaq və dərmana verir ki, bu da birbaşa kasıblıq göstəricisi sayılır”.

İqtisadçı qeyd edib ki, mövcud vəziyyət iqtisadi siyasətdəki prioritetlərin düzgün müəyyənləşdirilməsi məsələsini gündəmə gətirir:

“Hökumətin əsas hədəfi vətəndaşların varlanması və gəlirlərinin artması olmalıdır, çünki əhalinin alıcılıq qabiliyyəti yüksəldikcə dövlət büdcəsinə də vergi və rüsumlar şəklində daha çox vəsait daxil olur. Lakin hazırda əsas məqsədin birbaşa büdcəyə daha çox vəsait cəlb etmək üzərində qurulması yanlış yanaşma kimi qiymətləndirilir. Bu cür siyasət əhalini daha da kasıblaşdırmaqla yanaşı, iqtisadi artımı zəiflədir və ölkəni ÜDM artım tempinə görə MDB məkanında sonuncu yerlərdən birinə sürükləyir”.

Cəlalə Cəlalqızı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Noyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri