Icma.az
close
up
RU
Türk rejissor: Film çəkilişində Qarabağ qazisi gəldi ki…

Türk rejissor: Film çəkilişində Qarabağ qazisi gəldi ki…

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 3-ü Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” sənədli filminin qala gecəsi baş tutub.

Kult.az xəbər verir ki, filmin təqdimat mərasimində Fəxrəddin Manafov, Mehriban Zəki, Tural Əhməd və başqa məşhur aktyorlar, mətbuat nümayəndələri və digər qonaqlar iştirak edib.

Filmdə Qara Sunqur obrazını canlandıran İlqar Mehdi ekran əsərinin ərsəyə gəlməsindəki səylərinə görə AzTV-nin sədri Rövşən Məmmədova və mədəniyyət naziri Adil Kərimliyə təşəkkür edərək, sənədli filmin serial olaraq davam edə biləcəyini qeyd edib:

“Adil Kərimli filmin ən çətin mərhələsi olan postprodakşn mərhələsində qətiyyətli şəkildə bizə dəstək oldu. Amma ən əsası bu layihənin qısa bir zamanda çoxbölümlü seriala çevirilməsi haqda arzularımızı ümidləndirdi”.

Filmin quruluşçu rejissoru, türkiyəli mütəxəssis Məcid Güvən isə çəkiliş zamanı ən çox yadında qalan xatirəsini bölüşüb:

“Tovuz qalasında çəkilişlər zamanı ölülərin olduğu bir səhnə var idi. O səhnə bizim üçün çox önəmli idi. Məni kiminsə çağırdığını bildirdilər. Təəccübləndim ki, məni kim çağıra bilər? Tovuzlu kəndli olan Heydər adlı biri idi. O, filmdə rol almaq istədiyini dedi. Çox məşğul idim və vaxt itirmək istəməyərək, “əməkdaşlar sizinlə maraqlanar”, - deyə cavab verdim və təəssüf ki, başımdan elədim. Yarım saat sonra bu önəmli səhnəni çəkərkən həmin o Heydər kişinin yerdə ölülərdən birini canlandırdığını gördüm. Bu, onun uşaqlıq xəyalı imiş və onu bizimlə birgə həyata keçirdi. Həmin hadisə mənə çox böyük bir dərs oldu. Birinci Qarabağ müharibəsi qazisi olan həmin şəxsə təşəkkür edirəm”.

Qeyd edək ki, filmin baş rollarını Zabit Səmədov, İlqar Mehdi, Mehriban Zəki, Jalə Həsənli canlandırıb. Quruluşçu rejissoru isə Məcid Güvəndir. Filmin ərsəyə gəlməsində 100-dən çox aktyor heyəti, ümumilikdə 500-dən çox insan çalışıb.

Aytac Araz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Dekabr 2024 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri