Icma.az
close
up
RU
“Türk seriallarında azərbaycanlılar pis göstərilir” Elməddindən irad

“Türk seriallarında azərbaycanlılar pis göstərilir” Elməddindən irad

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı obraz kimi təqdim olunur. Lakin biz bunu onların layihələrində görmürük”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən yazır ki, bunu aktyor Elməddin Cəfərov Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kino simaları ilə keçirilən görüşdə deyib.

O, tədbir zamanı azərbaycanlı obrazların Türkiyə seriallarında pis göstərilməsini qınayıb:

"Buna görə inciyirik. Azərbaycanlılar həmin layihələrdə süpürgəçi və ya buna bənzər obrazlarda təqdim olunur”.

E.Cəfərov daha sonra aktyor Berk Oktayın "Amma Kənan MM bizim serialda komandir kimi çəkilmişdi” sözlərinə cavab olaraq "həmin serialın sponsoru da azərbaycanlılar idi”, - deyə bildirib.

Həmçinin görüşdə türkiyəli aktyorlara Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb.

Türkiyəli sənətçilər bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşılır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər.

B.Oktay isə mövzu barədə danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır:

"Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. "Kızılcık şerbeti” serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Əgər yanlış anlaşılma olubsa, bu, heç vaxt qəsdən edilməyib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər. Bu səhnədən sonra daha diqqətli olacaqlarını söylədilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Sentyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri