Elməddindən sosial şəbəkələrlə bağlı gözlənilməz etiraf
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aktyor Elməddin Cəfərov sosial şəbəkələrdən niyə aktiv istifadə etməməsinin səbəbini açıqlayıb.
Sənətçi bu barədə instaqram səhifəsində məlumat yayıb:
"Niyə sosial şəbəkələrdə yoxam? Çünki düşünürəm ki, sosial şəbəkə insanın zamanını özündən alır və bəzən lazım olan vaxtın da gedir. Getdiyin, gəzdiyin yerləri, etdiyin istirahətləri insanlarla çəkib paylaşmaq məcburiyyətini hiss edirsən. Ən əsası isə, bəzən bir-iki yanlış anlaşılmadan minlərlə təhdid, tənqidli yazılar ala bilərsən.
Mənim istədiyim tək bir şey var, gəzdiyim yerləri, etdiyim istirahətləri özümlə paylaşım. Yediyim yeməyin, geyindiyim geyimin pulunu kiminsə hesabına deyil, öz maddiyyatımla ödəyim.
Əmin edirəm, sabahdan aktiv istifadə etməyə başlasam, zənglər gələcək ki, "Bizim mağazanın açılışına gəl. Yaxud restorana gəl, sənə altı ay buradan yemək verəcəyik. Restorana, geyim mağazasına təşəkkür et". Bunlardan qorunmaq üçün sosial şəbəkələrdən aktiv istifadə etmirəm". (Axşam.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 18 Sentyabr 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















