Icma.az
close
up
RU
“Türk silahları ABŞ bazarını ələ keçirdi” “Foreign Policy”

“Türk silahları ABŞ bazarını ələ keçirdi” “Foreign Policy”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin müdafiə sənayesi qlobal uğurlarına bir yenisini daha əlavə edib.

“AzPolitika” xəbər verir ki, ABŞ mərkəzli nüfuzlu “Foreign Policy” jurnalı Türkiyədə istehsal olunan silahların Amerika bazarında rekord satış göstəricilərinə çatdığını açıqlayıb.

Qeyd olunur ki, 2021-ci ildən bəri Türkiyə ABŞ-nin ən böyük silah ixracatçılarından biri halına gəlib. Hesabata görə, Samsun Yurt Savunma (SYS) şirkətinə məxsus “Canik” markalı tapançalar xüsusilə ABŞ bazarında münasib qiyməti, istifadəyə uyğun dizaynı və yüksək mühəndislik keyfiyyəti ilə geniş populyarlıq qazanıb.

Məqalədə “Canik” 400 dolların altında qiymətlərlə ABŞ bazarında böyük maraq görür” ifadəsi yer alıb.

“Canik” markasının istehsal etdiyi yüngül, istifadəsi asan və kiçik əllərə uyğun 9 mm-lik modellər qadınlar, gənclər və afroamerikalı alıcılar da daxil olmaqla müxtəlif istifadəçi qrupları arasında xüsusilə üstünlük təşkil edir.

Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları əcnəbi silah istehsalçılarını sıxışdırmağı hədəfləsə də, bu tədbirlər Türk istehsalçılarını daha da üstün mövqeyə çıxarıb. Artan maliyyətlər və təchizat problemlərindən daha az təsirlənən Türkiyə şirkətləri yalnız bu mərhələni aşmaqla kifayətlənməyib, həm də qlobal bazarda daha güclü liderə çevriliblər.

“SYS” şirkətinin ildə 460000 ədəd 9 mm-lik tapança istehsal etdiyi və bu göstərici ilə Almaniyanın məşhur “Sig Sauer” firmasından sonra ikinci sırada qərarlaşdığı bildirilir. Analizdə Türkiyənin yüksək keyfiyyət və münasib qiymət balansı ilə həm fərdi istifadəçilər, həm də təhlükəsizlik qurumları üçün cazibədar tədarükçü olduğu vurğulanır.

Orta Şərqdə yüngül silah bazarını tədqiq edən müdafiə məsləhətçisi Mils Vining bildirib ki, türk ov tüfənglərinə Əfqanıstan, İraq, Myanmar və Suriya kimi bölgələrdə demək olar ki, hər yerdə rast gəlmək mümkündür.

“Foreign Policy” jurnalı Türkiyənin müdafiə sənayesində izləmiş olduğu strateji xəttə də diqqət çəkib. “Türkiyənin müdafiə sənayesini Qərb firmalarından asılılıqdan qurtarmağı hədəfləyən islahatlar 2004-cü ildə, o zamankı Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən başlandı” – deyə yazılıb.

Bildirilir ki, “SYS” şirkəti ABŞ-də, Florida ştatında açdığı “Canik USA” zavodu vasitəsilə ABŞ-nin idxal məhdudiyyətlərini aşaraq, birbaşa daxili bazara istehsal etməyə başlayıb. Bu addım Türkiyənin qlobal silah sənayesindəki iddiasını gücləndirən əsas nümunə kimi təqdim edilib.

Yalnız 2023-cü ildə “SYS” şirkətinin ABŞ bazarından 190 milyon dollar gəlir əldə etdiyi bildirilir. Bu məbləğ ABŞ-ni Türkiyəyə verdiyi ən yüksək təhlükəsizlik yardımının üç qatına bərabərdir.

“Canik” markasından əlavə “Sarsılmaz”, “MKE” və digər türk istehsalçılarının Orta Şərq, Asiya və Afrika ölkələrinin təhlükəsizlik qüvvələri tərəfindən istifadə edildiyi qeyd olunub. Eyni zamanda bu şirkətlərin beynəlxalq sərgilərdə mükafatlar qazandığı və diqqət çəkən uğurlar əldə etdiyi vurğulanıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 May 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri