Türk sivilizasiyasının qədim dövrü
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
I Yazı
Türk sivilizasiyasını ifadə etmək üçün ilk növbədə, aşağıdakılara diqqət etməliyik:
1) Türk sivilizasiyası açısından Türk tarixi yenidən dəyərləndirilməli, Türk xalqlarının ortaq tarixi yazılmalı, məcburi olaraq orta və ali təhsildə yer almalıdır.Türk tarixi qələmə alınarkən də Avropa, ABŞ, Rusiya, İran, İsrail və digər xalqlara aid araşdırmaçıların əsərlərinin təsirindən uzaq durulması bir şərt olmalı, əsasən Türk qaynaqlarına istinad edilməlidir. Özəlliklə, son iki yüz ildə Türk tarixinin yadelli araşdırmaçılar tərəfindən saxtalaşdırılması nəzərə alınmalıdır.
2) Türk sivilizasiyasının özünəməxsusluğu önə çəkilməklə yanaşı, Qərb sivilizasiyasına əsas alternativ olması da diqqətdə saxlanılmalıdır. Bu gün dünyada Türk sivilizasiyası mədəni-fəlsəfi yükü baxımından özəl yerə malikdir. Türk-Turan sivilizasiyasının tarixi, mədəniyyət və elmi-fəlsəfi cəhətdən əsaslandırılması Qərb sivilizasiyasına qarşı ciddi bir alternativliklə yanaşı, Avropa mədəniyyətinin perspektivsizliyini də aşkar edəcəkdir.
3) Burada başlıca meyarlardan biri də, Türk fəlsəfəsinin, Türk fəlsəfi sisteminin ortaya çıxarılmasıdır.[1]
4) Türk sivilizasiyası açısından Türk düşüncəsi olan Tanrıçılıq və ona yaxın digər təlimlərlə İslamlığın oxşar və fərqli cəhətlərinin dəyərləndirlməsinə də ciddi ehtiyac vardır.Çünki bu gün də Türklük və İslamlığın biri-birinə zidd olması, İslam dininin Türklüyün inkişafında əngəl olması kimi fikirlər mövcuddur. Bir məqama diqqət yetirək ki, son əsrlərdə Türk mədəniyyəti daha çox İslam mədəniyyətinin tərkib hissəsi kimi verilmişdir. Biz, bunu heç də doğru görmürük. Orta çağda İslam mədəniyyəti anlayışının içində Türk mədəniyyəti özünü yetərincə ortaya qoya bilməmişdir. Çünki Orta çağda İslam dininə daxil olan Türk xalqları müsəlmanlıqları ilə milli mənşəyini bərabər tutmuş, bu anlamda bir çox əməllərini İslam mədəniyyətinin adına yazmışlar.
XX əsrin başlarında islamlığın türklüklə eyniləşdirilməsi məsələsinə toxunan Azərbaycan Türk aydını Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Türkcə qəzetə çıxartdıq - adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik - ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq - rus-müsəlman məktəbi adını verdik. Cəmiyyətlərimizin sifətləri yenə “müsəlman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və Türk asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həmən “müsəlman” adına qənaət eləmişdik. Hələ, də etməkdəyiz”.[2]
Qeyd edək ki, burada mədəniyyət, kültür, sivilizasiya və multikulturalizm anlayışlarının izahı çox vacibdir. Bir şey dəqiqdir ki, kültür/kultur, mədəniyyət və sivilizasiya anlayışları nə qədər fərqli olursa-olsun, bir-birinə yaxın cəmiyyətlərdə onların oxşarlıq elementlərini tapmaq mümkündür. Hətta, fərqli dinlərə tapınan millətlər belə kültürə, mədəniyyətə aid bir çox ünsürləri ortaq şəkildə paylaşa bilərələr. Kültür, Mədəniyyət və Sivilizasiya anlayışları ilə bağlı ortaq fikrə gəlmək mümkün deyildir. Çünki hər bir millətin bu anlayışlara özünəməxsus münasibəti vardır. Hətta, eyni millətin aydınlarının belə mədəniyyət və sivilizasiya anlayışları ilə bağlı fərqli tərifləri mövcuddur.
Belə olduğu təqdirdə mədəniyyətlərarası, yaxud sivilizasiyalararası müharibəni müəyyənləşdirən amili yenə də fərqli ideyalarda, dünyagörüşlərdə, adət-ənənələrdə axtarmaq lazımdır. Bir şey dəqiqdir ki, mədəniyyət anlayışı nə qədər fərqli olursa-olsun, bir-birinə yaxın cəmiyyətlərdə oxşarlıq elementləri çox olur. Hətta, fərqli dinlərə tapınan millətlər belə mədəniyyətə aid bir çox ünsürləri ortaq şəkildə paylaşa bilərələr.[3]
Fransız sosioloqu Gustav le Bon yazırdı ki, mədəniyyəti, sivilizasiyanı əmələ gətirən müxtəlif elementlərə - dilə, təsisata, ideyaya, etiqada, incəsənətə, ədəbiyyata millətin ruhunun təzahürü kimi baxılmalıdır: “Lakin dövrdən və irqlərdən asılı olaraq bu elementlərin hər hansı bir xalqın ruhunun ifadəsi kimi əhəmiyyəti çox müxtəlifdir. Əgər hər bir xalqın sivilizasiyasının yalnız onun bir elementini nəzərə almaqla tarixini yazmaq lazım gəlsəydi, bu element xalqlardan asılı olaraq müxtəlif olardı”.[4] İngilis alimi Arnold Toynbi sivilizasiyaların inkişafının mərhələləri üzrə sxemini qəbul edir və onu yaranma-inkişaf-çiçəklənmə-tənəzzül-dağılma dövrlərinə ayırırdı. Lakin onun fikrincə, bu sxem qaçılmaz deyil. Sivilizasiyaların məhvi ehtimaldır, lakin zəruri deyildir.[5]
Türk filosofu Ziya Gökalp “mədəniyyət” anlamını “kültür” və ya “hars”, “sivilizasiya”yanı isə “mədəniyyət”in sinonimi kimi işlətmişdir: “Kültür milli olduğu halda, mədəniyyət uluslararasıdır - beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu- ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf səviyyəsində olan bir çox millətlərin kütləvi-ictimai həyatlarının ortaq bir bütünüdür”.[6]
Azərbaycan Türk filosofu Əhməd bəy Ağaoğlu mədəniyyət və sivilizasiya anlayışlarını eyni mənalı saymışdır: “Mədəniyyət - “Civilisation”deyiminə çeşidli təriflər verilmişdir. Biz bu deyimi, zənnimizcə, bütün tərifləri əhatə edən və bu kəlməyə ən geniş mənanı verən “həyat tərzi” olaraq qəbul edirik. Belə ki, mədəniyyət demək “həyat tərzi” deməkdir, yalnız həyat qavramını ən geniş və əhatəli bir mənada anlamaqdır. Həyatın bütün təcəllilərini, maddi və mənəvi bütün olaylarını o qavram əhatə etməlidir”.[7]
Görünən odur ki, kültür, mədəniyyət və sivilizasiyayla bağlı Avropada iki düşüncə sistemi - Anqlo-Sakson və German-Alman geniş yayılmışdır. Deməli, Qərbdə çoxmədəniyyətlilik bu iki sistemin mahiyyətində gizlənmişdir. Amerikalı Samuel Hantinqton yazırdı ki, Almaniyadan başqa dünyanın hər tərəfində sivilizasiya mədəni bütövlük mənasında işlədilir. XIX əsr alman mütəfəkkirləri isə texnika, texnologiya və maddi amilləri əhatə edən “sivilizasiya” anlayışı ilə, cəmiyyətin dəyərlər, ideallar və yüksək əqli, bədii, mənəvi keyfiyyətlərini nəzərdə tutan “mədəniyyət” anlayışı arasında kəskin sərhəd qoymuşdular. S.Hantinqton isə bu fikirlərlə razılaşmayaraq bildirirdi ki, belə təsnifat Almaniyadan başqa heç bir ölkədə qəbul olunmur.[8]
Deməli, dünyada mədəniyyət və sivilizasiya, ya da multikulturalizm adı altında ən geniş yayılan Qərbin Anqlo-Sakson mədəniyyətidir. Bunun da, son yüzillikdə ən tanınmış nümayəndələri A.Toynbi, S. Hantinqton, F.Fukuyama və başqalarıdır. Onlar bütün dünyanı inandırmağa çalışırlar ki, çoxmədəniyyətlilik, ya da multikulturalizm “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”nın varlığı ilə bağlıdır. Çünki “Qərb sivilizasiyası” və “Qərb demokratiyası” (liberal-demokratizmi) tarixin pik nöqtəsidir. Arnold Toynbi “Qərb sivilizasiyası”nı şişirdərək, onu bütün dünyaya yayılan tək sivilizasiya kimi qələmə vermişdir.[9] Frensis Fukuyama, dünya tarixin sonunun çatmasının əsas amillərindən biri, bəlkə də birincisi kimi sivilizasiyalı dövlətdə ağa və qul məsələsinin aradan qaldırılmasını, bu anlamda azadlıq və bərabərlik ideyalarının bərqərar olmasını göstərir. Onun fikirindən belə nəticə çıxır ki, demokratiya ağaların ağalıqdan əl çəkib qullarla eyni hüquqlara malik olmasıyla başlamışdır. Çünki azadlıq və bərabərlik ideyaları insan təbiətinin təməl prinsiplərini ifadə edir.[10]
Ümumiyyətlə, sivilizasiyanı ən yüksək dərəcəli sosial-mədəni ortaq dəyər və insanın mədəni identikliyinin ən geniş səviyyəsi kimi dəyərləndirən S. P. Hantinqtona görə o, “insanların ən böyük mədəni qruplaşmasıdır”.[11] Hantinqtonun fikirləri ilə əsasən razılaşan politoloq Bassam Tibi “sivilizasiya və mədəniyyət” anlayışlarını bir-birindən ayırır, sivilizasiya anlayışının daha yüksək, regional, yaxud da, qlobal səciyyə daşıdığını, eyni zamanda da, mədəniyyətin ona görə “yerli (dar) bir fenomen” məna kəsb etdiyini bildirir.[12]
Rahid Uluselin fikrincə, Türk sivilizasiyasına İslam sivilizasiyası daxilində baxılması doğru deyil, çünki Türk xalqlarının islamaqədərki dövründə ən azı minillik sivilizasiya damğası vardır: “Yalnız dini oriyentasiyasına görə dünya Türk milli dövlətlərinin və xalqlarının yaratdığı Türk sivilizasiyasının İslam sivilizasiyası tərkibinə daxil edilməsini elmi cəhətdən əsaslandırılmamış sayırıq. Çünki Türk sivilizasiyası və onu təşkil edən milli mədəniyyətlər İslam dünyası ilə nə qədər yaxın tarixi təmas, müştərək inkişaf ənənəsinə malik olsa da, həm identiklik, həm də universallıq keyfiyyətlərinə, dünyəvi-ümumtürk oriyentasiyasına görə “İslam sivilizasiyası” çərçivəsinə sığmır”.[13]
[1] Maraş İbrahim. Türk düşünce tarihine giriş // Türk Düşünce Tarihi. El Kitabı. Toplu. Ankara, Grafiker yayınları, 2018, s.18-19; Kasabek A.K., Altaev J.A. Filosofiya tarixı. Almatı, 2017, s.11-12
[2] Rəsulzadə M.Ə. Əsərləri (1909-1914). II cild, Bakı: “Şirvannəşr”, 2001, s.469
[3] Xajıyeva Maksuda. İjtimoy falsafa. Тoshkent: “Lesson Press” MCHJ nashriyoti, 2023, s.199-202
[4] Gustav le Bon. Kütlə psixologiyası. Bakı, Zəkioğlu, 2006, s.71
[5] Тойнби A.. Цивилизация перед судом истории. Москва: Прогресс, 1996, s.45
[6] Gökalp Ziya. Türkçülüyün əsasları. Bakı: Maarif, 1991, s.47
[7] Ağaoğlu Əhməd. Üç mədəniyyət. Bakı: Mütərcim, 2006, s.24
[8] Хантингтон С. Столкновение цивилизаций. Москва: АСТ, 2003, s.76
[9] Toynbee Arnold J. Uygarlık yarğılanıyor. İstanbul, Örgün, 2011, s.90
[10] Fukuyama Frankis. Tarihin sonu ve son insan. İstanbul, Profil, 2014, s.85
[11] Хантингтон С. Столкновение цивилизаций. Москва: АСТ, 2003, s.36
[12] Çağlar Gazi. Uygarlıklar Arası Savaş Miti. Dünyanın Geri Kalan Bölümüne Karşı Batı. İstanbul: Bilge Yayınları, 2003, s.33
[13] Ulusel Rahid. Qloballaşma və Türk Sivilizasiyası. Bakı, Çaşıoğlu, 2005, s.15
GƏLƏCƏYİN SƏSSİZ ÇEVRİLİŞİ - SOS: Nəzarət hələ də bizdədir?
Qarabağın mədəniyyət paytaxtı – Şuşa!
PISAda oxu nəticəmizi necə yüksəldək?
DÜZ CAVABDAN DÜZ SUALA: “DƏRVİŞƏ SUAL”IN İRFAN YOLU
Rövşən Hüseynli: Azərbaycan Ermənistanla iqtisadi münasibətlərdə strateji təşəbbüsü ələ almalıdır
DOSTUM NAMİQ HACIHEYDƏRLİNİN ƏZİZ XATİRƏSİNƏ SƏNİ UNUTMAYACAĞIQ...
Fenomenal ədib - Qəzənfər Paşayev
Tarixin möhürü – Böyük Hun İmperiyası
Tağı Qasımoğlunun “Dədə Qorqud” tədqiqatı haqqında qeydlər
Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri
Şah İsmayılı təftiş etmək milli kimliyimizi təftiş etməkdir
Türküstan coğrafiyasını Avropaya bağlayan yola bir nəzər
Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir
Hərəkət – ritm – yaddaş – həyat!..
Həyat bəzən yağış damlaları altında rəqs etməkdir, dostum...
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ
Ramiz Mehdiyevin məhkəməsi başlayır
Azərbaycan bu protokolu Ermənistana tətbiq etməyəcək
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
“Şəki yaylası” faciəsində yeni fakt: Əsl səbəb üzə çıxdı - Foto
Ermənilər Bəstiçaya civə töküb?
Qarabağda 100 minə yaxın insan yaşayır - Elnur Məmmədov
Türk sivilizasiyasının qədim dövrü
Diplomatların Qarabağ səfəri Ermənistanı silkələdi
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
Türkiyə rəsmiləri yeni qurulan Media və Yayım Şurasına gəldilər
Aİ Rusiyaya qarşı sanksiyaları daha bir həftə uzatdı
Merz: “Rusiya qalib gəlsə, Avropa üçün pis olacaq”
Tramp: Rusiya və Ukrayna razılaşdı, hücum olmayacaq
Fazil Mustafadan Emin Həsənliyə təşəkkür: “Məsələnin həlli istiqamətində məqsədyönlü iş apardınız”
“Yusif Vəzir Çəmənzəminli irsinin işığında” mövzusunda tədbir keçirildi – FOTO
SON XƏBƏR: "Çevik"i DTX həbs edib - 283-cü maddə...
Prezident ona verilən 500 min dolları BU QURUMA BAĞIŞLADI
Almaniya Litvaya 1000 əsgər göndərir
Türkiyə XİN-dən Yunanıstana: “Əsassız açıqlamaları rədd edirik”
Netanyahu İsrail ordusuna əlavə milyardlarla vəsait ayırır
Keçmiş MKİ rəhbərindən sensasiya: Putinin hücum hədəfi var – “İki türk ölkəsi savaşa girə bilər”
Ramiz Mehdiyevin işi ilə bağlı GÖZLƏNİLMƏZ DETAL: Oğlu və kürəkəni...
Pezeşkian danışarkən çərəz yeyən xarici rəsmi gündəm oldu - Video
Ramiz Mehdiyevi bu hakim mühakimə edəcək
3 ölkədən tarixi qərar: Böyük Britaniya parçalanır?
“Bu ölkə 44 günlük müharibəyə görə İrəvandan üzr istəməlidir” – Rubinyan
Hikmət Hacıyev Türkiyə rəsmiləri ilə görüşdü - FOTO
GƏLƏCƏYİN SƏSSİZ ÇEVRİLİŞİ - SOS: Nəzarət hələ də bizdədir?
Ramiz Mehdiyevin məhkəməsi başlayır
Razılaşma mətni yayıldı: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı - Video
Kremldən Kiyevə sərt mesaj: Rusiya ordusu geri çəkilməyəcək!
Husilər hücuma keçdi: Yaxın Şərqdə oyunun qaydaları dəyişir
Dərs saatları dəyişdirilir? - RƏSMİ AÇIQLAMA
Səudiyyə Ərəbistanı ilə ABŞ arasında kritik görüş keçirildi
Qəzənfər Abdullayevin daha 2 avtomobili və yeni obyektləri üzə çıxdı – SİYAHI BÖYÜYÜR
Emin Əmrullayevdən müəllimlər üçün geyim tələbi ilə bağlı AÇIQLAMA
İrandan Türkiyə açıqlaması: Münasibətlərimiz çox özəldir
Bakıda dəbdəbəli toyu olan bəyin kimliyi məlum olub - FOTO
10 və 11-ci siniflər üçün yeni sistem - Nazirdın AÇIQLAMA
Türk dövlətləri arasında şəxsiyyət vəsiqəsi ilə səfər mümkün olacaq - Baş katib
Birləşmiş Krallıqda "zəlzələ": İmzalar atıldı
Bakıda kişi yatdığı çarpayıdan yıxılaraq öldü
Rus ordusu mühasirəyə düşdü: Vəziyyət ağırdır...
Hakan Fidan sabah Azərbaycana gəlir
“Şəki yaylası”nda faciə belə baş verib – VİDEO/Həssas görüntülər
Daşkənddə TARİXİ SƏNƏD imzalandı
Daşların arasında bitən bənövşə
Trampdan Hörmüzlə bağlı şok açıqlama: Qarşıdurma qızışır - ŞƏRH
Alen Simonyandan Azərbaycanla bağlı yeni AÇIQLAMA
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
Yenə rüsum, yenə cərimə - Anlamaq olmur bu addımları
Ürəyi 45 dəqiqə dayanan kişi o dünyada nələr görüb?
"Axı mənimlə evlənəcəkdin" - Rəşid Behbudovun qızından Polad Bülbüloğluna
Xarici pasportu olanlara MÜHÜM XƏBƏRDARLIQ
“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır - VİDEO
“Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır” - Paşinyan
Prezident şəhid sərhədçiləri ordenlə təltif etdi - SƏRƏNCAM
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 15 Sentyabr 2026 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















