Türk Təbiblər Birliyindən Ayşə Barımla bağlı açıqlama: Qəfil ölüm riski var
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Gezi Parkı" hadisələri ilə bağlı istintaq çərçivəsində həbs olunan məşhur türkiyəli menecer Ayşə Barımın səhhətində ciddi problem yaranıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Türk Təbibləri Birliyi (TTB) açıqlama yayıb.
Bildirilir ki, vəkili yanvarın 27-dən etibarən Mərmərə Həbsxanasında saxlanılan Ayşə Barım üçün tibbi qiymətləndirmə və rəy sənədi hazırlanmasını tələb edib. TTB Mərkəzi Şurası isə bu müraciət əsasında elmi komissiyanın rəy hazırlamasına qərar verib. Birlik ilkin dəyərləndirməyə əsasən verdiyi açıqlamada Barımın qəfil ölüm riski daşıdığını və ona defibrilyator taxılmasının tövsiyə olunduğunu bildirib.
Xatırladaq ki, Ayşe Barım haqqında "Gezi Parkı" etirazlarının planlaşdırıcılarından olduğu iddiası ilə istintaq başladılıb. O, "zorakı vasitələrlə Türkiyə Cümhuriyyəti hökumətini devirməyə və ya fəaliyyətini qismən və ya tamamilə əngəlləməyə yardım etmək" ittihamı ilə mühakimə olunur. Məşhur menecerə qarşı 22.5 ildən 30 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















