Icma.az
close
up
RU
Türk Tərəfdaşlığında Azərbaycanın rolu

Türk Tərəfdaşlığında Azərbaycanın rolu

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

21 may 2025-ci il tarixində Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü müasir geosiyasi şərtlər fonunda regional və qlobal əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bu görüşdə strateji baxış və çoxtərəfli əməkdaşlıq imkanlarının konturlarını aydın şəkildə ortaya qoydu. Qeyd edim ki, Azərbaycan ilə Macarıstan arasında formalaşan siyasi və iqtisadi münasibətlər bütövlükdə regionun inkişafına təkan verən nümunəvi model kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşı olmaqla yanaşı, müstəqil xarici siyasət yürüdən, artan beynəlxalq nüfuza malik dövlətdir. İki ölkə rəhbərləri arasında intensiv qarşılıqlı səfərlər, əməkdaşlığın dərinliyini və davamlılığını təsdiqləyir. Bu Zirvə görüşü eyni zamanda Türk Dövlətləri Təşkilatının institusional inkişafı baxımından da mühüm mərhələdir. Şuşada baş tutmuş ilk qeyri-rəsmi Zirvə görüşündən sonra bu görüşün təşkili, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin davamlılığına və təsirliliyinə dəlalət edir. Prezident İlham Əliyev, təşkilatın sədri olan Qırğızıstanı və onun rəhbəri Prezident Sadır Japarovu təbrik edərək regional əməkdaşlığın uğurlu davam etdirilməsinin vacibliyini qeyd etdi. Bu il isə rəsmi Zirvə görüşünə Azərbaycan ev sahibliyi edəcək. Nəqliyyat və logistika sahəsində əldə edilən nailiyyətlər Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Qeyd olunduğu kimi, açıq dənizlərə çıxışı olmayan Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi uzunmüddətli və strateji yanaşmanın nəticəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətinin artırılması, rəqəmsal platformaların hazırlanması və Xəzər dənizi limanlarının koordinasiyası bu sahədə həyata keçirilən kompleks tədbirləri əhatə edir. Zirvə çərçivəsində diqqət çəkən mühüm məqamlardan biri də COP29-un uğurlu təşkili və nəticələri oldu. Azərbaycan bu qlobal tədbirə cəmi 11 ayda yüksək səviyyədə ev sahibliyi etməklə beynəlxalq platformalarda liderliyini bir daha nümayiş etdirdi. Karbon bazarlarının tənzimlənməsi və inkişaf etməkdə olan ölkələr üçün yeni maliyyə hədəflərinin razılaşdırılması Azərbaycanın qlobal çağırışlara verdiyi cavabın sübutudur. Nəticə etibarilə, Azərbaycan bu Zirvə görüşündə həm Türk dünyasında, həm də beynəlxalq aləmdə özünü təşəbbüskar, ardıcıl və möhkəm tərəfdaş kimi bir daha təsdiqlədi. Bu çıxış, Azərbaycanın artan nüfuzunun və multilateral diplomatiyasının uğurlu göstəricisidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri