Türk və İslam dünyası irsinin qorunması üçün əməkdaşlıq genişlənir
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Səmərqənd şəhərində keçirilən tədbirdə iştirak məqsədilə Özbəkistana səfər edib.
AZƏRTAC xəbər verir ki, Fondun prezidenti səfər çərçivəsində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşdə mədəniyyət, təhsil və tarixi irs sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edilib, tərəflər arasında Anlaşma və Əməkdaşlıq Memorandumunun hazırlanaraq imzalanması barədə razılıq əldə olunub.
Aktotı Raimkulova Səmərqəndin İslam Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi münasibətilə ICESCO rəhbərini təbrik edib, bu təşəbbüsün Türk və İslam dünyaları üçün önəmini qeyd edib. O, ICESCO-nun mədəni irsin qorunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək Fondun bu işə tam dəstəyini ifadə edib.
Görüşdə, həmçinin Türk dövlətlərində tarixi abidələrin elmi əsaslarla bərpası və qorunması, bu istiqamətdə metodik vəsaitlərin hazırlanması, muzey işçiləri üçün ixtisasartırma proqramlarının təşkili, birgə forumların və tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Əldə olunan razılaşmalar Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO arasında uzunmüddətli və səmərəli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 30 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















