Icma.az
close
up
RU
Türk dünyası üçün yeni iqtisadi və siyasi fürsət: Regional əməkdaşlıq gücləndirilir

Türk dünyası üçün yeni iqtisadi və siyasi fürsət: Regional əməkdaşlıq gücləndirilir

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qırğızıstan və Tacikistan arasındakı sərhəd mübahisəsi Mərkəzi Asiyada uzun illərdir davam edən və zaman-zaman silahlı toqquşmalara səbəb olan problemdir. Bu münaqişənin kökləri əsasən Sovet İttifaqının dağılması və sərhədlərin qeyri-müəyyən qalması ilə bağlıdır.

Problemin səbəbləri

Sovet dövründə Mərkəzi Asiya respublikalarının sərhədləri etnik və tarixi amillərdən çox, inzibati əsasda müəyyən edilib. Nəticədə Qırğızıstan və Tacikistan arasında təxminən 970 km-lik sərhədin böyük bir hissəsi tam demarkasiya olunmayıb. Hər iki ölkənin sərhədində su resurslarına çıxış çox önəmlidir. Ona görə də çaylar və su anbarları üzərində nəzarət uğrunda münaqişələr yaşanıb. Sərhəd boyunca hər iki ölkəyə məxsus kiçik anklavlar (digər ölkənin ərazisində qalan torpaq sahələri) var. Məsələn, Tacikistana məxsus Vorux anklavı Qırğızıstan ərazisində yerləşir və orada müntəzəm olaraq gərginlik yaranır. 2021-ci ildə sərhəddəki su anbarı üzərində nəzarət məsələsi toqquşmaya səbəb oldu və nəticədə 31 nəfər Qırğızıstan, 10 nəfər isə Tacikistan tərəfdən öldü, yüzlərlə insan yaralandı. 2022-ci ildə isə yeni hərbi toqquşma baş verdi, nəticədə 81 nəfər Qırğızıstan, 59 nəfər isə Tacikistan tərəfdən öldü, yüzlərlə xəsarət alan oldu, çox sayda insan evlərini tərk etmək məcburiyyətində qaldı. Nəhayət, hər iki ölkə sərhədin tam müəyyənləşdirilməsi və diplomatik yolla problemin həll olunması üçün danışıqlara start verdi.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan arasında uzun müddətdir davam edən sərhəd mübahisələri 2024-cü ilin dekabr ayında imzalanan tarixi müqavilə ilə həllini tapıb. Bu müqavilə ilə təxminən 970 km-lik sərhədin delimitasiyası başa çatdırılıb. Sərhədin delimitasiyası zamanı bərabərlik prinsipi əsas götürülüb və hər iki tərəfin maraqları nəzərə alınıb. Beləliklə, sərhəd məsələləri ilə bağlı uzun illər davam edən münaqişələrə son qoyulması və regional sabitliyin gücləndirilməsi istiqamətində mühüm addım atılıb. Fevralın 21-də isə Bişkekdə Qırğızıstan və Tacikistan arasında sərhədin delimitasiyası ilə bağlı tarixi razılaşma imzalanıb. Bu sənəd iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov tərəfindən təsdiqlənib. Bu razılaşma ilə sərhədin delimitasiyası məsələsində mühüm irəliləyiş əldə edilib.

Bu razılaşma regional sabitliyin gücləndirilməsinə necə töhfə verəcək?

Qırğızıstan və Tacikistan arasındakı sərhəd mübahisələri illərlə davam edirdi və mütəmadi olaraq silahlı toqquşmalara səbəb olurdu. Yeni razılaşma bu münaqişələrin qarşısını almağa kömək edəcək və bölgədə ümumi sabitliyi gücləndirəcək. Sabitlik isə iqtisadi inkişaf və xarici investisiyalar üçün əsas amildir. Razılaşma, həmçinin sərhəd-keçid məntəqələrinin açılması ilə ticarətin və mal dövriyyəsinin sürətlənməsinə imkan yaradacaq ki, bu da Orta Dəhliz layihəsinin perspektivlərini region üçün daha da cəlbedici edəcək. Nəzərə alsaq ki, Mərkəzi Asiyada su resursları strateji əhəmiyyət daşıyır, iki ölkə arasındakı problem bu istiqamətdə də gərginliyə səbəb olurdu, deməli, razılaşma həm də Qırğızıstan və Tacikistanın su anbarları və çaylar üzərində razılığa gəlmələri ilə kənd təsərrüfatının inkişafına da kömək edəcək. Ən əsası isə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq güclənə, yeni iqtisadi bloklar formalaşa və ya mövcud təşkilatlar nüfuzunu və gücünü daha da artıra bilər.

Təbii ki, münasibətlərin normallaşması sosial və mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində də özünü göstərəcək. Bu, xalqlar arasında dostluq əlaqələrinin güclənməsinə və etnik gərginliklərin azalmasına kömək edəcək. Nəticə etibarı ilə bu razılaşma Qırğızıstan və Tacikistan üçün sülh və iqtisadi inkişaf baxımından tarixi bir addımdır.

Razılaşma Mərkəzi Asiyaya kənar ölkələrin müdaxiləsini məhdudlaşdırmaq istiqamətində necə rol oynaya bilər?

Qırğızıstan və Tacikistan arasındakı sərhəd münaqişələri xarici güclərə bölgəyə nüfuz etmək üçün bəhanə verirdi. Razılaşma bu gərginlikləri aradan qaldıraraq Mərkəzi Asiya dövlətlərinin öz daxili problemlərini birlikdə həll edə biləcəyini göstərir. Bu, bölgədə xarici siyasi təsirin azaldılmasına zəmin yaradacaq. Bununla da hər iki ölkədə hərbi bazalara sahib olan Rusiyanın, insan haqları və demokratik islahatlar adı altında nüfuzunu artırmağa çalışan ABŞ və Avropa İttifaqının təsiri zəifləyəcək.

Çin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində bölgəyə böyük sərmayələr qoyur. Sərhəd problemlərinin həlli Çinin iqtisadi təsirini artırsa da, bu, onun təhlükəsizlik məsələlərinə müdaxilə etməsinə ehtiyac qalmadığı anlamına gələcək. Qırğızıstan və Tacikistan arasındakı münaqişənin həlli bu cür inteqrasiyanı sürətləndirə və regionun xarici güclər qarşısında birlik nümayiş etdirməsinə imkan verə bilər. Bununla da Mərkəzi Asiyanın öz daxilində problemləri həll edərək xarici müdaxilə üçün "boşluq" yaratmamasını təmin edə bilər.

Sərhəd razılaşmasının türk dünyasının inkişafına təsirləri

Qırğızıstan və Tacikistan arasındakı sərhəd razılaşması türk dövlətləri arasında birləşməni gücləndirəcək. Tacikistan türk dövləti olmasa da, Mərkəzi Asiyada türk amilinin üstünlük təşkil etməsi, siyasi və sərhəd münaqişələrinin qarşısının alınmasında mühüm rol oynayacaq, Qırğızıstanın diqqətini daxili problemlərdən çıxarıb regional inteqrasiyaya yönəltməsinə imkan verəcək. Çünki Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə Mərkəzi Asiyada daha aktiv olmağa çalışır. Bu razılaşma TDT-nin üzvü olan Qazaxıstan, Özbəkistan və Türkiyəyə bölgədə daha böyük rol oynamaq üçün fürsət yaradır.

Türk dövlətləri arasında əsas iqtisadi prioritet Orta Dəhliz layihəsidir. Bu layihə Çindən Avropaya gedən əsas ticarət və logistika yoludur. Münaqişənin həlli Qırğızıstan və Özbəkistan üzərindən keçən marşrutların təhlükəsizliyini təmin edəcək və ticarətin daha rahat reallaşmasına səbəb olacaq. Qazaxıstan, Türkiyə və Azərbaycan arasında ticarət əlaqələrini gücləndirəcək, Mərkəzi Asiyada türk inteqrasiyasına dəstək verəcək. Qırğızıstan və Tacikistan arasındakı gərginlik türkdilli dövlətlərin Mərkəzi Asiyada vahid güc mərkəzi yaratmasına mane olurdu. İndi isə Qırğızıstan, Qazaxıstan və Özbəkistanın əməkdaşlığı daha da güclənə, Tacikistanın da gələcəkdə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq etməsi üçün yeni imkanlar açıla bilər. Nəticədə türk dövlətləri arasında iqtisadi, siyasi və təhlükəsizlik sahələrində inteqrasiya güclənəcək və Türk Dövlətləri Təşkilatını Mərkəzi Asiyada daha güclü aktora çevirəcək. Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan üçün yeni iqtisadi və geosiyasi fürsətlər yaranacaq.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Fevral 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri