Icma.az
close
up
RU
Türk xalqlarının mifoloji düşüncəsi yeni tədqiqat işığında

Türk xalqlarının mifoloji düşüncəsi yeni tədqiqat işığında

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 14 may, AZƏRTAC

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi Elnarə Hüseynqızı-Əmirlinin “Türk xalqlarının səma cisimləri haqqında təsəvvürləri” adlı monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada türkəsilli xalqların kosmoqonik təsəvvürlərini əks etdirən inanclar və onlarla bağlı olan mətnlərdən bəhs olunur. Müxtəlif qaynaqlardan toplanıb çap olunmuş bu mətnləri müqayisə etdikdə oxşarlıqları və fərqlilikləri müşahidə edib bir tərəfdən qədim türklərin vahid coğrafi məkanda yaşadığı dövrü, o biri tərəfdən onların ayrılaraq diferensiallaşdığı tarixi prosesi görmək mümkündür. Bu mətnləri bir yerə yığıb müqayisəli şəkildə dəyərləndirmək kainat haqqında arxaik təsəvvürlərin bərpasına yardım edir. Mifoloji dünyagörüşün elmi mənzərəsinin yaradılması bu mətnlərin diqqətlə öyrənilməsindən keçir.

Monoqrafiyada türk xalqlarının səma cisimləri, onların yaranışı və özünəməxsus xüsusiyyətləri haqqındakı təsəvvürləri və onların folklor mətnlərindəki təzahür şəkilləri öyrənilib, eyni zamanda, təbiət hadisələri və onların meydana gəlişi ilə bağlı inanclar, Yer və Göy haqqındakı düşüncələrinə də yer verilib. Türk xalqlarına məxsus kainat haqqındakı təsəvvürlər və onlarla bağlı örnəklərin məzmun və süjet xüsusiyyətləri yaxın coğrafiyada yaşayan xalqların bu yöndəki təsəvvürləri ilə müqayisə edilib. Müqayisə zamanı dünyanın müxtəlif xalqlarına məxsus şifahi nümunələrdə qarşıya çıxan fərqliliklər və oxşarlıqlar xüsusi maraq doğurur.

Kitabın giriş bölməsində Yer və Göy, Göyün Yerdən uzaqlaşması, Ay və Günəş, Böyük Ayı, Üç maral bürcləri, Ülkər, Dan, Çoban, Karvanqıran, Qızıl dirək ulduzları haqqında, eyni zamanda, Samanyolu, ildırım və şimşək, yağış və qar, göy qurşağı, külək haqqındakı təsəvvürlər öyrənilir. “Müəllifdən” adlandırılmış giriş hissəsində tədqiq olunan mövzuya ümumi baxış və mövzunun öyrənilmə səviyyəsindən bəhs olunur.

Məlumdur ki, kainat, eləcə də onun ayrı-ayrı hissələri, onlar arasındakı əlaqələr, cazibə qüvvəsinin, tarazlığın öyrənilməsi, təbiət hadisələrinin müşahidəsi tarix boyu bu və ya digər dərəcədə müxtəlif elm sahələrinin tədqiqat obyekti olub. Fəaliyyəti bəşəriyyətin öyrənilməsinə xidmət edən elm adamları ilə yanaşı, bəşəriyyətin yaranışından etibarən sadə insanlar da öz müşahidələri əsasında bu əsrarəngiz aləmi öz təfəkkürlərinə uyğun şəkildə öyrənməyə maraq göstərib, səma cisimlərinin görünüşünü, mövqeyini, səmada hərəkətini, qarşılıqlı təsirini etnoqrafik xüsusiyyətlər baxımından təsvir və izah etməyə çalışıblar. Elmi yanaşmalar dünya elminin inkişafına, sadə insanların düşüncələri isə milli dəyərlərinin öyrənilməsinə yardım edib. Bu baxımdan türk xalqlarının səma cisimləri haqqında düşüncələri özlüyündə həm müvafiq coğrafiyanın xüsusiyyətlərini, həm də etnik ənənəsinin daşıyıcısı olan maddi və mənəvi mədəniyyətinin bütün komponentlərini ehtiva edir. Bu istiqamətdə hazırlanan monoqrafiyada türk xalqlarının səma cisimləri haqqında təsəvvürlərinin və onlara uyğun şifahi nümunələrin tədqiqi, onların qonşu ərazilərdə yaşayan digər xalqların fikirləri ilə müqayisəsi və qiymətləndirilməsi yeni elmi fikirlərin ortaya çıxması baxımından qiymətlidir. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, monoqrafiyanın həm tədqiqat, həm də şifahi nümunələr hissəsi zəngin etnoqrafik, uyğun olaraq folklorik məlumatla zəngindir.

Səma cisimləri haqqında türk xalqlarına məxsus bir çox örnəklər digər türk ləhcələrindən Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq tədqiqata əlavə edilib. Dilimizə uyğunlaşdırma zamanı etnoqrafik xüsusiyyətlərin təsviri və onların ifadə şəkillərinin təbiiliyinə xüsusilə diqqət edilib. Eyni zamanda, şifahi nümunələrdə və tədqiqat hissəsində qarşıya çıxan xüsusi adlara və izah tələb edən digər məsələlərə aydınlaşdırıcı şərhlər verilib.

Kitabdan bu istiqamətdə araşdırma aparan tədqiqatçılar istifadə edə bilərlər.

“Savad” nəşriyyatında işıq üzü görən monoqrafiyanın elmi redaktoru professor Əfzələddin Əsgər, rəyçiləri isə professor Almaz Hüseynova və Qumru Şəhriyardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see197

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri