Icma.az
close
up
RU
Türk xalqlarının qardaşlıq dəstəyi

Türk xalqlarının qardaşlıq dəstəyi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Bugünlərdə Qəbələ şəhərinin ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bir sıra əlamətdar hadisələrlə yadda qalıb. O cümlədən, oktyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.

Azad Qarabağda reallaşdırılan layihələr

Vətən müharibəsi başa çatdıqdan sonra ermənilər və onların havadarları xəbərlər yayırdılar ki, Azərbaycanın işğaldan azad etdiyi əraziləri bərpa etməyə heç vaxt  gücü çütmayacaq. Ancaq Azərbaycan dövləti bəhs olunan ərazilərin bərpasına müharibədən sonra vaxt itirmədən başlamaqla ökəmizin, xalqımızın bədxahlarını növbəti dəfə məyus etdi. Yeni starteji mərhələdə “Böyük Qayıdış” ökəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək əzmindədir. Prezident İlham Əliyevin  16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Proqram çərçivəsində işğaldan azad olunmuş ərazilərdə müasir infrastruktur quruculuğu, şəhər və kəndlərin bərpası, əhalinin məskunlaşdırılması, yeni iş yerlərinin yaradılması və digər istiqamətlərdə böyük həcmli işlər reallaşdırılır. İndiyədək  proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsait yönəldilib, 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bütövlükdə, “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır.

Məmnunluq doğuran haldır ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrə qardaş Türkdilli ölkələr də öz dəstəklərini verirlər. 2023 avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın  və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin, onun xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə  Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi baş tutub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Ötən il martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev digər oxşar tədbirdə - Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan  Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.

Təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır.

Cari il iyul ayının 3-də isə Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər. Əlamətdar tədbir Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışı çərçivəsində baş tutub. 528 şagird yerlik tam orta məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Zirvə Görüşündə bildirildiyi kimi, Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir.

İndi isə Qarabağın dirçəldilməsinə Türkmənistan öz töhfəsini verməyə hazırlaşır. Qardaş ölkə tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Azərbaycan da kənarda qalmır

TDT-də təmsil olunan dövlətlərin Qarabağın dirçəldilməsinə töhfə vermələri böyük rəmzi məna daşıyır. Bu o anlama gəlir ki, eyni kölkdən gələn Türk xalqları bir-birlərinin xeyir və şərində iştirak etməyi özlərinə mənəvi borc sanırlar.

Öz növbəsində Azərbaycan da heç vaxt kənarda qalmır və zərurət yarandıqda həmişə dost ölkələrə dəstəyini göstərir. Buna aid çoxsaylı misallar sadalamaq mümkündqür. Məlumdur ki, qlobal pandemiya dövründə “peyvənd millətçiliyi” baş qaldırmışdı. Bəzi imkanlı dövlətlər təhlükəli xəstəliyə qarşı vaksinləri, sözün əsl mənasında, qamarlayırdılar. Belə olanda Azərbaycan həmrəylik təşəbbüsü irəli sürdü və bir sıra ölkələrə maliyyə yardımları və vaksinlər ünvanladı. Azərbaycanın xoş niyyətli dəstəyindən bəhrələnən ölkələr sırasında Türkdilli dövlətlər də var idi.

Qardaş Türkiyədə 2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələ xəbəri ilə silkələndi. Episentiri  Kahramanmaraş şəhərinə düşən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələ qardaş ölkənin tarixində ən faciəvi səhifələrdən biridir.  Təbii fəlakətin miqyası kifayət qədər böyük oldu - dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirdi, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri aldı. Zəlzələ nəticəsində 38 min 901 bina dağıldı. Verilən məlumata görə, 11 vilayət, 124 rayon, 6929 kənd və məhəllə olmaqla 120 min kvadratkilometr əraziyə və 14 milyon insana təsir edən bu zəlzələ insan itkisi və əhatə etdiyi ərazi baxımından dünya üzrə ən dağıdıcı təbii fəlakətlər siyahısına daxil olub.

Həmin o çətin günlərdə Azərbaycan da ciddi narahatlıq içində idi, bizim də qəlbimiz qardaş Türkiyə xalqı ilə bir döyünürdü. Azərbaycan təbii fəlakət bölgəsinə ilk gələn və oranı ən son tərk edən ölkə oldu. Kahramanmaraşda Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Rəcəb Tayyib Ərdoğan  “Azərbaycan” məhəlləsini iki qardaş ölkənin  ən mötəbər layihələrimizdən biri, qürur tablomuz kimi səciyyələndirib. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrılıb və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilib. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda, ümumilikdə, 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Atalarımız “Güc birlikdədir” deyiblər. Bunun təsdiqini ölkələrimizin genişlənən hərtərəfli inteqrasiyasında görmək mümkündür. Türk birliyi möhkəmləndikcə biz daha inamlı oluruq. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına Türkdilli ölkələrin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see312

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see302

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see276

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see267

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see250

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see229

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see227

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see224

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see221

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see215

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see212

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see203

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see199

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see196

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see181

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see176

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see168

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see163

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see163

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri