Icma.az
close
up
RU
Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, 2023-cü il mayın 7-də Abşeron rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, hadisə Novxanı qəsəbəsi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi evdə baş verib. Yataq otağınının giriş hissəsində, döşəmədə üzü üstə uzanmış vəziyyətdə 1982-ci il təvəllüdlü Türkan Gündüzün meyiti aşkar edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Türkan Gündüzün (Hacıyevanın) bədən səthində 7 ədəd bıçaq yarası aşkar edilib.

Muhammet Gündüz 1967-ci ildə Türkiyə Respublikasının Konya şəhərində anadan olub. Fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, əvvəllər məhkum olunmayıb. Türkan Gündüz tanınmış plastik-cərrah olub. Bakıda bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında işləyib.

Globalinfo.az bildirir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Muhammet Gündüz Türkan Hacıyeva ilə 2002-2014-cü illərdə qeyri-rəsmi ər-arvad kimi yaşayıb. 2015-ci ildə rəsmi qaydada ailə həyatı qurublar. 2018-ci ildən etibarən Türkan plastik-cərrah kimi işləyərək pul qazanıb, dəfələrlə evə gec gəlib və ərinə kobud qaydada cavab qaytarıb. Həmçinin qadın spirtli içki qəbul edib, ərinin telefon zənglərinə cavab verməyib, Muhammet Gündüzlə birgə Türkiyədə yaşamaqdan imtina dib və hətta dərman vasitəsilə onunla cinsi əlaqədə olmasını söyləyib. Bu səbəblə Muhammet Gündüz arvadının ona bir ər kimi hörmət etmədiyini düşünüb. Bu zəmində baş verən davamlı mübahisələr nəticəsində aralarında soyuqluq  yaranıb. Buna aydınlıq gətirməkdən ötrü mayın 7-də növbəti dəfə söhbət edərkən, qadın kobud şəkildə onunla birlikdə yaşamaq istəmədiyini bildirib. Masadakı şirniyyatı üstünə atıb üzərinə gələndə, yaranmış qəzəb fonunda Muhammet Gündüz dolabdan açılıb-qatlanan, məişət təyinatlı bıçağı götürüb. Müstəsna dərəcədə rəhmsizliklə 2011-ci il təvəllüdlü övladının gözləri qarşısında qadının döş qəfəsinə və qarnına çoxsaylı zərbələr endirib. Nəticədə qadın ölüb.

İş üzrə dindirilmiş Muhammet Gündüz bildirib ki, Türkan Gündüzlə tanış olanda o tələbə idi. Aralarında sevgi münasibəti yaranıb:

“Valideynlərim Türkanla ailə qurmasına razı olmasa da, öz bildiyim kimi hərəkət etdim. Arvadım 2018-ci ildən işləməyə başladı. Türkanın bacısı ailə işlərimizə müdaxilə edərək, məni xadimə ilə cinsi əlaqədə olmaqda günahlandırsa da, belə bir hal baş verməmişdi. Günlərin gir günü Türkanın anası zəng edərək, atasının səhhətində ciddi problemlər olduğunu və qızının yanında olmasını istədiyini bildirdi. Mən də təbii ki, buna etiraz etmədim. Arvadımı və qızımı Azərbaycana yola saldım.

Amma 2 gündən sonra Türkanın məndən boşanmaq istəməsi barədə iddiasına dair rəsmi bildiriş aldım. Bununla əlaqədar ona zəng edib səbəbini soruşanda yoldaşım xadimə ilə olan kamera görüntülərini gördüyünü dedi. Ona vəziyyəti izah etdim, hətta bu məsələdən sonra həmin xadiməni işdən çıxardığımı söylədim. Təxminən bir həftədən sonra yoldaşıma məlumat vermədən Bakıya gəldim. Sırf qadını öldürmək məqsədi ilə gəlməmişdim. Bakıda olanda Türkan sərxoş halda mənə zəng edərək, tibb bacısı ilə Gəncə şəhərində olduğunu dedi. Yoxlamaq üçün telefonu həmin tibb bacısına verməsini tələb etdikdə, o, bundan imtina etdi”.

Türkan Muhammetin ünvanına nalayiq ifadələr işlədib və sonra telefonu söndürüb. Yenidən arvadına zəng edərək, Gəncəyə gələcəyini deyib:

“Kürdəmir rayonuna çatanda, Türkan artıq evdə olduğunu bildirdi. Buna görə geri qayıtdım və Bakıda, Nərimanov rayonunda yerləşən evə gəldim. Türkan uzun müddətdən sonra qapını açdı. Bir daha ona xəyanət etmədiyimi bildirsəm də, arvadım buna inanmadığını söylədi. Mayın 7-də Novxanıda yenidən aramızda mübahisə yarandı. Türkan mənim və valideynlərimin ünvanına söyüş söyəndə, ona dəfələrlə xəbərdarlıq etdim ki, sözlərinə fikir versin. Yoldaşım masada olan qabı üzərimə atanda, dolabdan meyvə soyduğumuz bıçağı götürdüm. 3-4 dəfə sinəsinə və qarınına zərbələr endirdim.

Türkan qapıyə tərəf qaçdı. Səsimizi eşidib otağa girən qızım Sibel anasını vurmamağımı deyəndə, ona otağına keçməsini tapşırdım. Axırıncı zərbəni arxadan, qadının böyründən vurdum. Türkan yataq otağının qarşısında yerə yıxıldı.

Qızıma Təcili Tibbi Yardıma və xalasına zəng etməsini dedim. Çağırışa gələn briqadaya ünvanı izah etdim. Polis əməkdaşları gələrək, məni idarəyə apardılar”.

Həmçinin oxuyun:

Türkan Gündüzün qətli: Əri xadimə ilə… – Təfərrüat

Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, Türkanla Muhammet bir-birilərini sevərək ailə həyatı qurublar:

“Təqsirləndirilən şəxsin başqa qadınla nikahından 3 övladı vardı. Konya şəhərində yerləşən evlərində olan kameralara baxanda, bacım ərinin xadimə ilə ona xəyanət etdiyini görüb. Mayın 7-də gecə bacım qızı zəng edərək, atasının anasını vurduğunu və təcili onlara gəlməyimi dedi. Evlərinə çatanda həyətdə Tibbi yardım avtomobilini, otağın girişində Türkanın meyitini gördüm. Polis əməkdaşları Muhammeti xidməti avtomobilə əyləşdirərkən ondan səbəbini soruşdum. O da cavabında “mən ona dəfələrlə xəbərdarlıq etmişdim” dedi. Bacım Azərbaycana qayıtmazdan 2 gün əvvəl Türkiyədə bir vəkillə müqavilə bağlamışdı və onun adından yoldaşı ilə boşanmalarına dair məhkəmədə iddia qaldırmasını xahiş etmişdi. Buna görə 5000 dollar ödəniş də olunmuşdu. Türkan ölkəyə qayıdandan sonra əri boşanmaları ilə bağlı rəsmi bildiriş alıb. Bundan sonra, Muhammet bacıma zəng edərək, onu ölümlə hədələdi”.

Şahid Sibel Gündüz ifadəsində göstərib ki, hadisə zamanı öz otağında olub:

“Kiminsə qaçmasını və qışqırmasını eşidib otaqdan çıxanda atamın əlində bıçaq gördüm. Atam həmin aləti əlindən almağa çalışacağım halda, məni də öldürəcəyini bildirdi. Anam qapıya doğru qaçanda atam onun kürəyinə zərbə vurdu. Şok vəziyyətində olduğumdan Tibbi Yardım Stansiyasının operatoruna ünvanı söyləyə bilmədim. Mobil nömrəmin balansında kifayət qədər məbləğ olmadığı üçün xalama “Whatsapp” tətbiqi ilə zəng edib məlumat verdim. Həkimlər evə gələndə, onlara atamı işarə edərək, onun qatil olduğunu bildirdim. Atam anamın özü-özünü bıçaqladığını deyirdi. Valideynlərimin mübahisəsinə, atamın Konya şəhərindəki evimizdə xadimə ilə intim əlaqədə olması səbəb olub”.

Şahid qismində dindirilmiş Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimi bildirib ki, mayın 7-i saat 00:02-də dispetçer Novxanı qəsəbəsində, Atıcılıq Mərkəzinin yaxınlığında bıçaqlanma hadisəsi olması haqda məlumat verib:

“Türk vətəndaşı evin darvazasında bizi qarşıladı. Evə daxil olanda girişlə üzbəüz bir qadının qana bulaşmış vəziyyətdə yerdə uzandığını gördük. Nə baş verdiyini soruşanda, həmin şəxs qadının psixoloji problemlərinin olmasını, dərman içərək, özünə bıçaqla xəsarətlər yetirdiyini dedi. Döşəmədə və qapılarda qan ləkələri olduğunu müşahidə etdik. Dərhal 102 mərkəzinə zəng edib xəbər verdik. Qadının tənəffüs aktını müayinə etdim, nəbzi vurmurdu, ürək tonları eşidilirdi, göz bəbəkləri genişlənmişdi və işığa qarşı reaksiya vermirdi. Həmin şəxsə qadının öldüyünü bildirəndə, digər otaqda olan azyaşlı qışqıraraq, atasının anasını öldürdüyünü dedi və ağlamağa başladı”.

Məhkəmə iclasında Muhammet Gündüz ittiham üzrə özünü təqsirli bilməyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi ona ağır cəza verilməsini xahiş edib.

Son söz hüququndan istifadə edən Muhammet Gündüz bildirib ki, arvadını öldürmək məqsədi olmayıb. Yoldaşının dikbaşlığı, evə gec gəlməsi, vaxtında zənglərinə cavab verməməsi, pul qazanmağa başlayandan sonra azad həyat sürməsi onların mübahisələrinə səbəb olub.

Məhkəmə qənaətə gəlib ki, Muhammet Gündüzün Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see268

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see240

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see239

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see233

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see230

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see223

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see222

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see221

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see204

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see201

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see200

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see200

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see197

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see196

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see195

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see189

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see177

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri