Icma.az
close
up
RU
Türkan Gündüzün qızı həbsdəki atalığından şikayətçidir VİDEO

Türkan Gündüzün qızı həbsdəki atalığından şikayətçidir VİDEO

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2023-cü ilin mayında Abşeronun Novxanı kəndindəki bağ evində qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Halime atalığından şikayətçidir.

“Qafqazinfo” xəbər verir ki, o, video paylaşaraq qətli törədən və hazırda həbsdə olan atalığı Muhammet Gündüzün onu narahat etdiyini, anasından qalan əmlakları əlindən almaq istədiyini deyib.

Gözyaşları içində video yayımlayan gənc qız tibb təhsili aldığını və yeganə gəlir yerinin həmin əmlakların icarəsindən gələn pul olduğunu deyib:

“3 ildir anamın acısını yaşayım, yoxsa məktəbimi oxuyum, bilmirəm. Anamın istədiyi kimi məktəbimi oxuyum qurtarım, Azərbaycanda xeyirxah bir həkim olum, bilmirəm, bunu eləyə bilmirəm. Çünki bunlar imkan vermir (red-atası Muhammet Gündüz və onun ilk evliliyindən olan qızı Büşranı nəzərdə tutur), kirayə verdiyim evə girirlər, vəkil vasitəsilə kirayənişinlərimi narahat edirlər. Mən haradan pul qazanmalıyam? İki yerdən qazancım var: Türkiyədən və Azərbaycandan. Ancaq bunlar imkan vermirlər.

Anamı öldürüb mənə dağ çəkməsi yetmirmiş kimi, ondan qalan mirasları öz qızının (red-ögey bacısı Sibel Gündüzü nəzərdə tutur) adından ələ keçirmək istəyir. Halbuki anamı elə balaca bacımın gözləri qarşısında öldürmüşdü, o hər şeyi görmüşdü, aylarla danışa bilmirdi qorxusundan. İndi də anamdan qalan əmlakdan aldığımız pulu bizə çox görür”.

Şikayətçi anası ilə atalığının evlilik dövründə əldə edilmiş əmlaklarının bölündüyünü, bunun ədalətsiz olduğunu da deyib.

Qeyd edək ki, Türkan Gündüz ixtisaslı plastik cərrah, koloproktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Muhammet Gündüzün isə biznes fəaliyyəti ilə məşğul olduğu, onların hadisədən 14 il əvvəl ailə həyatı qurduğu bildirilib.

Muhammet Gündüz törətdiyi cinayətə görə 17 il həbsə məhkum edilib.

Daha ətraflı videoda:

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri