Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyası keçirilib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Türkiyənin Qaziantep şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının Baş Assambleyası keçirilib.
İclasda Qaziantepdə baş tutan türkdilli ölkələr arasında şahmat üzrə 16 yaşlılar arasında komanda yarışının təşkilatçılığı yüksək qiymətləndirilib. Toplantıda növbəti illərdə qarşılıqlı əməkdaşlığı genişləndirmək istiqamətində təkliflər səsləndirilib və müzakirə olunub.
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının üzv federasiyaları növbəti illərdə aktiv fəalliyyət üçün geniş proqramın təsdiq olunacağını bildirib.
Qeyd edək ki, Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında ölkəmizi Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova təmsil edib. İ.Qədimova eyni zamanda Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi vəzifəsində çalışır.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















