Astanada Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbər şəxslərinin iclası keçirilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 oktyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbər şəxslərinin iclası keçirilib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildirilib ki, FIDE prezidenti Arkadi Dvorkoviç ölkələr arasında mədəni və idman əlaqələrinin genişlənməsində şahmatın xüsusi rol oynadığını bildirib.
Toplantı zamanı təşkilatın nizamnaməsinin hazırlanması və növbəti il üçün təqvim müzakirə olunub. Eyni zamanda katibliyin idarə olunması, o cümlədən təşkilatın maliyyələşməsi ilə bağlı təkliflər irəli sürülüb.
Ötən il Beynəlxalq Şahmat Federasiyasına üzv qəbul edilən təşkilata hazırda Türkiyə Şahmat Federasiyası rəhbərlik edir. 2026-cı ildən isə Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına sədrlik Qazaxıstan Şahmat Federasiyasına ötürüləcək.
İclasda təşkilatın katibliyinə rəhbərlik Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimovaya həvalə olunub.
Türkiyə dekabrın 6-14-də Qaziantep şəhərində 16 yaşlı şahmatçılar arasında türkdilli ölkələrin komanda yarışını təşkil edəcəyini açıqlayıb.
Baxış sayı:108
Bu xəbər 21 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















