Icma.az
close
up
RU
Türkiyə 2024cü ilin 3cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır

Türkiyə 2024cü ilin 3cü rübünü turizm sahəsində rekord nəticələrlə bağlayır

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə 2024-cü ilin ilk doqquz ayında 49.2 milyon ziyarətçini qəbul edib və 46.9 milyard ABŞ dolları turizm gəliri toplayıb. Türkiyənin ziyarətçi sayında illik artım 9%, gəlirlər isə 7% artıb. Türkiyə  bütün zamanların turizm rekordunu qıraraq, ilin sonuna qədər 60 milyon turist qəbul edəcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi İstanbulda keçirilən mətbuat konfransında 2024-cü ilin 3-cü rübündəki turizm nəticələrini açıqlayıb. Mədəniyyət və Turizm Nazir Mehmet Nuri Ersoy, 2024-cü ilin ilk doqquz ayında Türkiyəyə gələn ziyarətçi sayının illik 9% artaraq 49.2 milyon nəfərə çatdığını bildirib.

Eyni dövrdə Türkiyənin turizm gəlirləri 7% artaraq 46.9 milyard ABŞ dollarına yüksəlib. Turistlərin  gündəlik orta xərcləmələri 107 ABŞ dolları olub.“İlk 9 ayda əldə etdiyimiz nəticələr, Türkiyə Cümhuriyyətinin tarixində ən yüksək nəticələrdir, buna görə də, il sonu hədəfimizi 61 milyon turistə qədər artırırıq” – deyə Mehmet Nuri Ersoy qeyd edib.

Türkiyənin ən böyük metropolisi İstanbul, 2024-cü ilin ilk doqquz ayında 14 milyondan çox turist qəbul edib. 7% artım əldə edən İstanbulun ən iri turistik mərkəzləri, tarixi yarımada, Taksim, Karaköy bölgələri və şəhərin Avropa və Asiya tərəflərindəki Boğaz xətti, Amerika, Avropa, Afrika, Avstraliya və Asiya qitələrindən olan ziyarətçiləri qonaqlayıb. “Türkiyənin turizm paytaxtı” olaraq tanınan Antalya isə 13.3 milyondan çox ziyarətçini qəbul edərək, şərqi Aralıq dənizindəki liderliyini qoruyub saxlayıb.

Türkiyənin ən böyük bazarları davamlı artım göstərdi
Türkiyə ən çox  Rusiya, Almaniya və Böyük Britaniyadan turistlər gəlib.  Turistlərin Antalya, İstanbul, İzmir və Muğla kimi əsas turizm mərkəzlərinə axın etməsi il sonuna qədər davam edəcək.

2024-cü ilin yanvar-sentyabr ayları arasında 5.5 milyon Rusiyalı turist  istirahət üçün Türkiyəni seçib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə  6% artım deməkdir. Eyni dövrdə alman turistlərin sayı 5.2 milyonu keçib və bu da  keçən ilin müvafiq dövrü ilə müqayisədə 6% artım deməkdir. Həmçinin Türkiyəyə  ən çox üçüncü turist göndərən  Böyük Britaniyadır. Bu isə  keçən ilin müvafiq dövrü ilə müqayisədə isə Böyük Britaniyadan gələn turistlərin sayında  17% artım olub.

İlin ilk doqquz ayında 3.7 milyon britaniyalı Türkiyəni ziyarət edib. Türkiyə, Çində də əhəmiyyətli bir artım əldə edərək, 312,000-dən çox ziyarətçini qəbul edib ki, bu da keçən illə müqayisədə 84% artım deməkdir. Türkiyəyə gələn ziyarətçilər, ölkənin zəngin mədəni və tarixi irsini, ləzzətli mətbəxini, şəhər təcrübələrini və gözəl mənzərələrini kəşf ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see203

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see196

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see185

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see164

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see158

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see137

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see136

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see134

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see134

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see132

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see132

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see124

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see120

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see118

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri