Türkiyə 21 illik prosesə nöqtə qoyur Ərdoğandan SENSASİON açıqlama
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük perspektivi ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Ərdoğan “Əl-Cəzirə” telekanalına müsahibəsində Avropanın Türkiyəni Aİ-yə qəbul etmək niyyətində olmadığının göründüyünü bildirib.
“Görünür, Avropa Türkiyəni Avropa İttifaqına qəbul etmək niyyətində deyil. Aİ-yə daxil olmaq bizim prioritetimiz deyil. Türkiyənin ona qoşulmamasından zərər görən tərəf məhz Avropadır”, - Ərdoğan deyib.
Bu açıqlama Türkiyənin 2005-ci ildən davam edən Aİ-yə üzvlük danışıqlarının gələcəyi baxımından xüsusi diqqət çəkir. Ankara ilə rəsmi üzvlük danışıqları 2005-ci ildə başlasa da, proses uzun müddətdir faktiki olaraq dalana dirənib.
Ərdoğan son illərdə də Avropa İttifaqının Türkiyəyə münasibətini dəfələrlə tənqid edib. 2026-cı ilin mayında Türkiyə lideri ölkəsinin layiqli yer almadığı Avropa arxitekturasının natamam qalacağını və böhranların idarə edilməsində zəiflik yaşayacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 Avqust 2026 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















