Icma.az
close
up
RU
Türkiyə ABŞın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir

Türkiyə ABŞın Suriyadan çıxarılmasına çalışır: Ağ Ev isə hələ də israrla terrorçuları dəstəkləyir

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Türkiyə uzun müddətdən sonra ilk dəfə olaraq, PKK/PYD terror təşkilatını tamamilə sıradan çıxartmaq şansı qazana bilər, Ağ Evin yeni sahibi Donald Trampın Suriya ilə bağlı mövqeyinə sadiq qalacağı təqdirdə, bu, reallığa çevrilmiş olacaq... Belə vəziyyətdə rəsmi Ankara yeni situasiyaya mütləq hazır olmağa cəhd göstərir, bu məsələdə isə Rusiyanın Əsəd rejiminə təsir mexanizmləri Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin edilməsi baxımından, strateji önəm daşıyır...

Ölkə.az "Yeni Müsavat"a istinadən bildirir ki, dünyanın müxtəlif regionlarında mövcud olan münaqişə ocaqları hazırda qlobal məkanda əsas ziddiyyət qaynağı hesab olunur. Çünki mövcud olan hər bir regional münaqişə ocağının arxasında hansısa dünya nəhənginin geopolitik maraqları gizlənir. Eyni zamanda, bu münaqişə ocaqları həm də digər dünya nəhənglərinin strateji maraqlarını zərbə altında buraxır. Və bu səbəbdən də, hazırda dünya nəhəngləri arasındakı qarşıdurmalar əsasən məhz dünyanın müxtəlif regionlarında olan münaqişə ocaqları üzərində çarpazlaşmış kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, müasir dünya üçün əsas problemlərin sırasında ilk növbədə məhz Ukrayna savaşı ön planda yer alır. Bu savaş kollektiv Qərb daxilində parçalanmaya yol açıb. Eyni zamanda, NATO ölkələrinin də Ukrayna savaşına yanaşma tərzinin kifayət qədər ziddiyyətli olduğu da qətiyyən diqqətdən yayınmır. Və bu baxımdan, bu savaşın ətrafında yaranmış qəliz situasiyanın yaxın gələcəkdə daha təhlükəli istiqamətlər ala biləcəyi də qətiyyən istisna edilmir.

Maraqlıdır ki, NATO-nun avanqard üzvləri sırasında yer alan Türkiyə Ukrayna savaşına münasibətdə neytral mövqeyə üstünlük verir. Üstəlik, rəsmi Ankara bu savaşın daha da təhlükəli istiqamətlər ala biləcəyindən ciddi şəkildə narahatdır. Çünki Ukrayna savaşı Türkiyə üçün həyati əhəmiyyət daşıyan Qara dəniz hövzəsi ətrafında baş verməkdədir. Və Türkiyənin milli maraqlarını ciddi şəkildə təhdid edir.

Ona görə də, rəsmi Ankara Ukrayna savaşının ən qısa zamanda dayandırılmasının tərəfdarları sırasında yer alır. Ən əsası isə Türkiyə bu savaşı qəlizləşdirib, qlobal müharibəyə çevirə biləcək addımların atılmasına açıq-aşkar müqavimət göstərir. Rəsmi Ankaranın ABŞ prezidenti Co Bayden tərəfindən Ukraynaya Rusiyanın dərinliklərinə zərbə icazəsi verilməsi barədə qərarı etirazla qarşılaması da bu baxımdan, qətiyyən gözlənilməz deyil. Və Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə normal münasibətlərinin olması da rəsmi Ankaranın mövqeyində xüsusi rol oynayır.

Məsələ ondadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev sahibi Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə hücum icazəsi verməsi ilə bağlı qərarını sərt şəkildə tənqid edib. Prezident R.T.Ərdoğan bildirib ki, Türkiyə bu qərarı dəstəkləmir və qətiyyən doğru hesab etmir: “Biz hesab edirik ki, Ukrayna-Rusiya münaqişəsi silah, qan və göz yaşları ilə deyil, əksinə daha çox sülhə nail olmaq cəhdləri, xoş niyyətlər və diplomatiya vasitəsilə həll edilməlidir”.

Göründüyü kimi, rəsmi Ankaranın Ukrayna savaşının gələcək inkişaf istiqamətləri ilə bağlı mövqeyi konkretdir və prinsipial xarakter daşıyır. Rusiya ilə geniş tərəfdaşlıq və iqtisadi-ticari münasibətləri olan Türkiyə Ukrayna savaşının uzadılmasını qətiyyən istəmir. Əksinə, rəsmi Ankara bu savaşın dayandırılmasında, buna paralel olaraq da Türkiyənin sərhədləri ətrafında mövcud olan digər münaqişə ocaqlarının söndürülməsində Rusiya ilə ortaq fəaliyyət göstərməkdə maraqlıdır. Və rəsmi Ankaranın bu maraqları ilk növbədə Suriya böhranının nizamlanmasında Rusiya ilə tərəfdaşlığa ehtiyac yaradır.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara Suriya böhranına münasibətdə artıq uzun müddətdir, Rusiya ilə siyasi-diplomatik təmasları davam etdirir. Türkiyə bu məsələdə Rusiyanın Əsəd rejiminə birbaşa təsir mexanizmlərindən istifadə etməyə ehtiyac duyur. Çünki məhz Kremlin dəstəyi Suriya ərazisində xaos və terrorizmin aradan qaldırılmasına münbit şərait yarada bilər. Və rəsmi Ankara bu istiqamətdə Kremllə məsləhətləşmələri yenidən intensivləşdirmək qərarı verib.

Türkiyənin hazırda Suriya böhranının nizamlanmasına nail olmaq üçün Rusiya ilə danışıqlar apardığını vurğulayan prezident Rəcəb Tayyib Ərdoğan terrorizmlə mübarizəni daha intensiv şəkildə davam etdiriləcəyini də bildirib. Onun fikrincə, Türkiyə bölgədə həm ABŞ-ın Suriyadan çıxmasının yaradacağı yeni vəziyyətə, həm də indiki mövcud reallığa hazırdır: "Türkiyənin milli təhlükəsizlik maraqları hər şeydən daha önəmlidir. Ona görə də, biz Suriyanın yenidən qurulmasını vacib hesab edirik. Bu, hazırda yalnız Türkiyə deyil, bu bölgədə maraqları olan hər kəs üçün ən faydalı seçimdir. Və bu mövzuda Rusiya ilə lazımi danışıqlar aparılır”.

Təbii ki, rəsmi Ankaranın əsas hədəfi Əsəd rejiminin Suriyanın bütün bölgələrinə nəzarət edə bilməsinə nail olmaqdır. Çünki bu halda, rəsmi Ankara Suriyanın Türkiyə ilə sərhəd bölgəsində tam nəzarət edilə bilinən təhlükəsizlik zolağı yaratmaq planları da reallığa çevrilər. Nəticədə Türkiyənin milli təhlükəsizliyini təhdid edən PKK/PYD terror təşkilatının tamamilə sıradan çıxarılması baş tuta bilər. Və bütün bunların reallaşdırılmasında Türkiyə Rusiyanın siyasi dəstəyinə ehtiyac duyur.

Digər önəmli məqam ondan ibarətdir ki, məhz Suriya böhranına münasibətdə Türkiyənin maraqları NATO üzrə müttəfiqi ABŞ ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, Ağ Ev PKK/PYD terror təşkilatını ABŞ-ın ən yaxın müttəfiqi elan edib. ABŞ PKK/PYD terror təşkilatını maliyyələşdirir, silah-sursatla təchiz edir və döyüş təlimləri keçir. Və bu, əslində ABŞ-ın Türkiyəyə qarşı terrorçular hazırlaması anlamı daşıyır.

Bayden administrasiyası Türkiyə əleyhinə PKK/PYD terrorçularını dəstəkləmə siyasətini davam etdirməkdə israrlı davrandı. Ona görə də, bu məsələ Türkiyə-ABŞ münasibətlərində qarşıdurma yaradan əsas problemlərin sırasına daxildir. İndi Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başladıqdan sonra bu məsələ ilə bağlı Ağ Evin siyasətində müəyyən dəyişikliklər də gözlənilir. Hər halda, yeni prezident Donald Tramp hələ əvvəlki hakimiyyəti dönəmindən ABŞ qoşunlarının Suriyadan çıxarılmasının tərəfdarı kimi çıxış edir. Və ehtimal olunur ki, növbəti hakimiyyəti dönəmində prezident Donald Tramp bu niyyətini nəhayət ki, yerinə yetirə bilər.

Bütün bunları nəzərə aldıqda, Türkiyə uzun müddətdən sonra ilk dəfə PKK/PYD terror təşkilatını sıradan çıxartmaq şansı qazana bilər. Ağ Evin yeni sahibinin Suriya ilə bağlı mövqeyinə sadiq qalacağı təqdirdə, bu, reallığa çevrilmiş olacaq. Belə vəziyyətdə rəsmi Ankara yeni situasiyaya mütləq hazır olmaq istəyir. Və bu məsələdə Rusiyanın Əsəd rejiminə təsir mexanizmləri Türkiyənin milli təhlükəsizlik maraqlarının təmin edilməsinə pozitiv imkanlar aça bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Noyabr 2024 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see241

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Duma Ukrayna ilə danışıqları mümkün dondurulmasını müzakirə edib...

06 Dekabr 2025 05:28see119

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see119

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri