Icma.az
close
up
RU
Türkiyə Aİ Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısı keçirilir

Türkiyə Aİ Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısı keçirilir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Altı illik fasilədən sonra Brüsseldə Türkiyə ilə Avropa İttifaqı arasında Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısı keçirilir. Məlumatı “Anadolu” verib. 

Bu gün səhər saatlarında Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahında başlayan toplantıda Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşək, Avropa İttifaqının iqtisadi komissarı Valdis Dombrovskis və AB-nin genişlənmə üzrə komissarı Marta Kos da daxil olmaqla bir sıra yüksək səviyyəli rəsmilər iştirak edib.

İclasın birinci hissəsində Türkiyə və Aİ-nin makroiqtisadi görünüşü, rəqabət qabiliyyəti sahəsində atılacaq addımlar və struktur islahatları müzakirə olunacaq. Bu sessiyalara nazir Şimşek və komissar Dombrovskis həmsədrlik edəcəklər.

İkinci hissədə Türkiyə və Aİ işgüzar dairələrinin aparıcı nümayəndələri birgə investisiya və ticarət imkanlarını qiymətləndirmək üçün nazirlər və komissarlarla görüşəcəklər.

Görüşlərdə həmçinin Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Şurasının İnkişaf Bankı kimi Avropa maliyyə institutlarının yüksək vəzifəli rəhbərləri də iştirak edəcəklər.

Görüşlər çərçivəsində nazir Şimşekin Dombrovskis və Kos ilə ikitərəfli görüşləri də gözlənilir. Görüş iki tərəf arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Türkiyə ilə Aİ arasında Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısı bundan əvvəl 2016, 2017 və 2019-cu illərdə keçirilib.

P.ƏMİRCANOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri