Icma.az
close
up
RU
Türkiyə Azərbaycan arasındakı bağlar strateji, insani və emosional xarakter daşıyır ŞAMİL AYRIM AÇIQLADI

Türkiyə Azərbaycan arasındakı bağlar strateji, insani və emosional xarakter daşıyır ŞAMİL AYRIM AÇIQLADI

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Kahramanmaraşda açılan “Azərbaycan məhəlləsi” təkcə bir yaşayış kompleksi deyil. Bu, qanla yazılmış qardaşlığın, dağıntılar arasında belə ümid inşa edən həmrəyliyin və strateji müttəfiqliyin vücuda gəlmiş halıdır.
Azərbaycan, ağrının yaşandığı yerə qardaşlığını göndərdi". Bu sözləri SİA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Şamil Ayrım deyib.

Onun sözlərinə görə, 2023-cü ildə baş verən böyük zəlzələ fəlakətindən sonra Azərbaycan axtarış-xilasetmə qrupları ilk dəqiqələrdən etibarən sahədə idi. İndi isə daimi yaşayış evləri inşa edərək, Türkiyənin yükünü öz yükü hesab etdi: "Bu yanaşma sadəcə diplomatik nəzakət deyil, eyni millətin iki dövləti anlayışının təcəssümüdür.

Prezidentlər birlikdə təməl atdılar, birlikdə açarları təhvil verdilər. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin çiyin-çiyinə açılış etməsi Türk dünyası üçün sadəcə simvolik deyil, həm də geosiyasi və strateji mesajlar daşıyır. Bu mənzərə Türk xalqlarının taleyinin birliyini və gələcəyə dair ortaq baxışını da əks etdirir. Kahramanmaraşda bir məhəllənin “Azərbaycan” adını daşıması, həm şəhərin yaddaşında bir qardaşlıq nişanəsi kimi yaşayacaq, həm də uşaqlara, gənclərə “biz bir yerdəyik” fikrini aşılayacaqdır. Bu addımlar Şuşa Bəyannaməsinin ruhunun yalnız kağız üzərində qalmadığını, fəlakət, müharibə, inkişaf, mədəniyyət və humanitar həmrəylik sahələrində də yaşadığını göstərir.

Türkiyə ilə Azərbaycan arasındakı bağlar yalnız tarixi və mədəni deyil, strateji, insani və emosional xarakter daşıyır. Kahramanmaraşda açılan "Azərbaycan Məhəlləsi" də bu bağların bir rəmzi olaraq qalacaqdır.
“Bir millət, iki dövlət” ifadəsi artıq sadəcə bir şüar deyil, tikilən evlərlə, qurulan könül körpüləri və yaşanan ortaq sevinclərlə konkret bir reallığa çevrilmişdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri