Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Türkiyə Azərbaycan türk film günlərinin qala gecəsi olub

Türkiyə Azərbaycan türk film günlərinin qala gecəsi olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

Nizami Kino Mərkəzində 8-ci Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, film günləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafiya Agentliyi, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə reallaşır.

Tədbirin fəxri qonaqları sırasında Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam”ın ulduzu və Türkiyə Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olub. Gecəyə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov da qatılıb.

Açılışda çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin yalnız kino nümayişi deyil, Türk dövlətlərinin mədəni birliyinin, tarixi yaddaşının və qardaşlıq münasibətlərinin sənət dili ilə ifadəsi olduğunu bildirib. O, son illər Türk dünyasında mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyib: “2023-cü ildə TÜRKSOY-un təşəbbüsü ilə yaradılan Türk Film Türk Dünyası Kino İdarəçiliyi Birliyi, 2024-cü il noyabrın 6-da Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə qəbul edilən Bişkek Bəyannaməsinin 98-ci maddəsi və orada təsbit edilən Türk Dünyası Film Fondunun yaradılması təşəbbüsü bu prosesin əhəmiyyətli mərhələsidir. 2025-ci il iyulun 18-də Türk Dünyası Kino Rəhbərlərinin ikinci görüşündə bu istiqamətdə artıq İşçi qrup da yaradılıb. Məqsəd ortaq kino məkanı, ortaq istehsal mühiti və ortaq yayım imkanlarını formalaşdırmaqdır".

Nazir müavinin sözlərinə görə, Azərbaycan bu prosesdə hər zaman fəal və təşəbbüskar tərəf kimi çıxış edib. "Azərbaycan Prezidenti İlham Əliyevin strateji baxışı nəticəsində ölkəmiz türk dünyası ilə mədəni əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir. İstanbulda keçirilən Azərbaycan Kino Günləri və bu gün Bakıda təşkil edilən Türk Film Günləri həftəsi və eyni zamanda, Azərbaycan və Türkiyə tərəfindən birgə istehsal olunmuş, hazırda istehsalat və postprodakşn mərhələsində olan layihələr bu əməkdaşlığın əsas göstəriciləridir", - deyə Səadət Yusifova əlavə edib.

Nazir müavini onların sırasında "Molla Nəsrəddin", "Çətin günlərin dostu", "Ölü Həsən", "Üç kiloqramlıq xoşbəxtlik", "Azıx mağarası", "Nargin" filmlərini xüsusi qeyd edib. Ümumilikdə 10-a yaxın film layihəsinə dəstək göstərilmiş və bu istiqamətdə 5 milyon manatdan artıq maliyyə vəsaiti ayrılıb. "Qeyd edək ki, hər il müxtəlif ölkələrdə keçirilən Qorqud Ata Film Festivalı artıq ortaq mədəni platforma kimi qəbul olunur. Bu il festival oktyabrın 1-dən 5-dən Türk dünyasının mədəniyyət paytaxtı Aktauda keçiriləcək. Qardaş Qazaxıstandan festivalın təşkili işində uğurlar arzulayırıq. Əminik ki, qarşıdakı illərdə də bu əməkdaşlıq daha da dərinləşəcək, ortaq kino məktəbləri, yayım platformaları və müasir texnoloji mərkəzlər yaradılacaq. Azərbaycan-Türkiyə əməkdaşlığı kinematoqrafiya sahəsində də yeni nailiyyətlərə yol açacaq", - deyə Səadət Yusifova vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün son illərdə türk film sənayesinin inanılmaz bir irəliləyiş yaşadığını diqqətə çatdırıb. Səfir dünyada kino sənayesinin çox çətin sahə olduğunu deyib: "Türkiyə serial və kinematoqrafiya sektorunda Amerikadan sonra bədii malların ixracına görə dünyada ikinci ölkədir. Ölkəmizdəki kino sektorumuz mədəni baxımdan nə qədər inkişaf etdiyini göstərir".

O, iki ölkəni birləşdirən və xalqlar arasında dostluq və qardaşlıq bağlarını möhkəmləndirəcək film günlərinin çox vacibliyini qeyd edib: "Türk dünyası bir-birini daha yaxşı tanımalıdır. Film sənayemizin inanılmaz gücü var".

Sonra tamaşaçılara milli rəqslər nümayiş olunub.

Gecədə kinematoqrafiyanın inkişafındakı xidmətlərinə görə iki ölkənin film istehsalçıları və rol ifaçıları mükafatlandırılıb. Həmçinin Türkiyənin məşhur aktrisası Hülya Koçyiğit Azərbaycan Mədəniyyət Nazirliyinin Fəxri Diplomuna layiq görülüb.

Daha sonra məşhur “Gəlin” filmi nümayiş olunub.

Qeyd edək ki, filmlərin nümayişi ödənişsiz olacaq və tamaşaçılar 5 gün ərzində türk kinematoqrafiyasının seçilmiş nümunələrini izləmək imkanı əldə edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see254

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see237

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see213

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see189

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see187

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see158

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see157

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see155

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see143

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see135

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri