Icma.az
close
up
RU
Türkiyə Azərbaycanda hansı sahələrə investisiya qoyub?

Türkiyə Azərbaycanda hansı sahələrə investisiya qoyub?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Azərbaycanla “bir millət, iki dövlət” prinsipi əsasında həm siyasi, həm də iqtisadi sahələrdə sıx əməkdaşlıq edir. Qardaş ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, həm də ölkəyə ən çox investisiya qoyan ölkələrdən biridir. Türkiyənin Azərbaycandakı investisiyaları müxtəlif sahələri əhatə edir.

AzPost bildirir ki, 1995-2024-cü illər ərzində Türkiyənin Azərbaycana investisiyalarının ümumi həcmi təxminən 16 milyard ABŞ dolları olub.

Sektorlar üzrə bölgüyə baxdıqda əsas sərmayə neft sektoruna yönəldilib. Neft sektorunda türk sərmayəsinin həcmi 10,4 milyard ABŞ dollarıdır. Qeyri-neft sektoru üzrə isə bu məbləğ 2,9 milyard dollar olub.

Azərbaycanda 4 200-dən çox Türkiyə investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.  Əsas investisiya sahələri enerji (xüsusilə neft və qaz), tikinti və infrastruktur, telekommunikasiya,bank və sığorta, nəqliyyat və logistika, qida və yüngül sənaye, səhiyyə və turizmdir.

Təkcə 2024-cü ilin birinci rübündə Türkiyə Azərbaycana 261,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu, ölkəmizə ən çox sərmayə yatıran ölkələr arasında ikinci yerdədir.

Türkiyə şirkətləri Qarabağ və azad edilmiş ərazilərdə fəaliyyət göstərir. Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 107 layihə həyata keçirir.

Enerji sektoru Türkiyənin Azərbaycana ən çox investisiya qoyduğu sahədir. TANAP və TAP transmilli boru kəmərləri vasitəsilə Azərbaycan qazı Türkiyə və Avropa bazarlarına çatdırılır. Bu layihələrdə Türkiyə şirkətləri və dövlət strukturları fəal iştirak edir.

Petkim və STAR neft emalı zavodu SOCAR-ın Türkiyədəki investisiyası olsa da, bu əməkdaşlıq qarşılıqlıdır və iki ölkə arasında enerji inteqrasiyasının göstəricisidir.

Türkiyə şirkətləri Azərbaycanda yolların, körpülərin, tunellərin və digər infrastruktur layihələrinin tikintisində fəal iştirak edirlər. Xüsusilə Zəngilan, Füzuli, Şuşa kimi azad olunmuş ərazilərin bərpasında Türkiyə şirkətləri mühüm rol oynayır.

Nəqliyyat və logistika sahəsində də bu əməkdaşlıq davam edir. Bakı–Tbilisi–Qars dəmir yolu layihəsində Türkiyə tərəfi strateji tərəfdaşdır.

Zəngəzur dəhlizinin reallaşması halında Türkiyə bu sahəyə də investisiya qoymağa hazır olduğunu bildirib.

Türkiyə şirkətləri Azərbaycanda aqrar texnika, gübrə, toxum və aqrar xidmət sahələrində sərmayələr yatırır. Aqroparkların yaradılmasında və kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq genişlənməkdədir.

Turizm sahəsi də türk sərmayəsinin diqqətində olan sektordur. Türkiyə şirkətləri hotellərin inşası, turizm xidmətlərinin təşkili və idarə olunması sahəsində investisiyalar qoyurlar. Qeyd edək ki, Qarabağın turizm potensialının inkişafında da Türkiyə şirkətlərinin iştirakı nəzərdə tutulur.

Maliyyə və bank sektoruna gəlincə, Ziraat Bank Azərbaycan: Türkiyənin məşhur dövlət bankı olan A Ziraat Bank-ı  Azərbaycanda fəaliyyət göstərir.

Digər maliyyə institutları və sığorta şirkətləri də Azərbaycan bazarında iştirak edir.

2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 mlrd ABŞ dolları olub.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri