Icma.az
close
up
RU
Türkiyə Ermənistanda hansı sahələrə investisiya qoya bilər? (ŞƏRH)

Türkiyə Ermənistanda hansı sahələrə investisiya qoya bilər? (ŞƏRH)

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Türkiyənin Ermənistana iqtisadi təsiri gücləndikcə və bu sektor üzrə əlaqələr artdıqca Ankaranın İrəvana digər sahələr üzrə təsir imkanları da artacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli Türkiyənin Ermənistana investisiya yatırması ehtimalını şərh edərkən deyib.

Ekspert bildirib ki, Türkiyənin Ermənistanla iqtisadi münasibətlərinin artması həm də Azərbaycan maraqlarına cavab verir:

"Türkiyənin Ermənistana iqtisadi münasibət və təsiri gücləndikcə Ankaranın İrəvana digər sahələr üzrə təsir imkanları da artacaq. Yeri gəlmişkən,  Ermənistanda bunun əleyhinə olanlar da var. Amma Paşinyan hökuməti bunda maraqlıdır".


Qoyulacaq investisiyalara gəldikdə, ekspert qeyd edir ki, ən asan gözlə görünə biləcək məsələ Türkiyə şirkətlərinin istehsal etdiyi məhsulların Ermənistanda satılması ola bilər:

"Ticarət mərkəzləri, satış nöqtələrinin açılması, mebel, məişət, bəyaz əşya deyilən sahə, geyim brendləri-bütün bunlar Ermənistanda satıla bilər.  Onun baş verməsi Türkiyə şirkətləri üçün əlavə kiçik bazar rolunu oynayacaq. Ermənistan bazarı o qədər də böyük deyil ki, həddən artıq cəlbedici olsun. Lakin kiçik bazar olsa da, orada dominantlıq etmək türk şirkətləri üçün çox rahat və asan olacaq".

Amma partiya sədri Türkiyənin istehsal üçün Ermənistana investisiya yatıracağını düşünmür: 

"Belə uzunmüddətli investisiya yatırılması üçün hələlik şərait yetişməyib".

Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyə ilə münasibətlərdən danışaraq, ölkəsinin türk investisiyalarına açıq olduğunu bəyan edib. Onun sözlərinə görə, münasibətlər normallaşar və sərhəd açılarsa, Ermənistan Türkiyə investisiyalarını qəbul etməyə hazırdır:

"Ermənistan investorları da Türkiyəyə sərmayə qoya bilər, çünki qonşu ölkələrlə iqtisadi əməkdaşlıq olmadan dayanıqlı dövlət qurmaq mümkün deyil. Bir neçə Türkiyə şirkəti, əsasən geyim brendləri 2012-ci ildən Ermənistanda fəaliyyət göstərir".

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri