Icma.az
close
up
RU
“TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA AÇMALIDIR” Saakaşvili həyəcan təbili çalır

“TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA AÇMALIDIR” Saakaşvili həyəcan təbili çalır

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Həbsdə olan sabiq Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiya ilə bağlı yeni sensasiyalı iddia irəli sürüb. O, özünün sosial şəbəkədə yaydığı bəyanatında Ukrayna Hərbi Kəşfiyyatına (GUR) istinadla bildirib ki, Rusiya Ermənistandakı Gümrü bazasına yeni hərbi qüvvələr yerləşdirir.

Saakaşviliyə görə, bu, təkcə bölgədəki hərbi manevr deyil. O hesab edir ki, Rusiya Azərbaycanla münasibətlərdə gərginliyi bilərəkdən süni şəkildə artırır və bununla Ermənistanın hazırkı hökumətini devirmək niyyətindədir. Onun fikrincə, Kreml Paşinyan hakimiyyətini devirib, yerinə öz adamlarını gətirmək, daha sonra isə Ermənistan vasitəsilə Azərbaycana qarşı hücuma keçmək istəyir.

"Kreml İrəvanda Rusiya tərəfindən qurulmuş yeni hökumət vasitəsilə Azərbaycana qarşı hücum planlaşdırır və bu prosesdə Rusiyanın birbaşa iştirakı nəzərdə tutulur,” – Saakaşvili vurğulayıb.

Eks-prezident daha irəli gedərək iddia edir ki, Rusiya həm Ermənistana, həm də Azərbaycana rahat müdaxilə imkanı əldə etmək üçün Gürcüstanı tam işğal etməyi planlaşdırır. Onun fikrincə, bu plan Gürcüstandakı oliqarxik İvanişvili rejiminin tam razılığı ilə həyata keçiriləcək. "Rusiya Gürcüstanda İvanişvili diktaturasının razılığı ilə hərbi nəzarət qurmaq və bu ölkəni birdəfəlik öz təsiri altına almaq istəyir,” – deyə o bildirib.

Mixail Saakaşvili Rusiyanın bu addımlarının strateji məqsədlərini belə izah edir:

Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq;

Türkiyənin Cənubi Qafqazdakı mövqeyini zəiflətmək;

Suriyada uduzduğu mövqelərə görə revanş almaq;

Gürcüstanı bir daha Rusiyanın tabeliyinə keçirmək.

Təklif olunan cavab addımları: Sülh, baza və etiraz hərəkatı Saakaşvili bu təhlükənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə və region ölkələrinə konkret çağırışlar da edir. O bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi dərhal imzalanmalıdır. Eyni zamanda o, Türkiyənin Azərbaycanda hərbi baza açmasını zəruri sayır.

Bundan əlavə, Saakaşvili Gürcüstanda İvanişvili rejiminə qarşı xalq etiraz hərəkatına dəstəyin vacibliyini vurğulayır:

“Ən yaxşı cavab budur: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirmək, Azərbaycanda Türkiyə hərbi bazasının açılmasını təmin etmək və Gürcüstanda İvanişvili rejimini devirmək üçün xalq hərəkatına dəstək vermək".

Rasim Əliyev

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyul 2025 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri