Icma.az
close
up
RU
Türkiyə Azərbaycandan qaz alışını azaldacaq? “Ankara çox ağıllı addım atır”

Türkiyə Azərbaycandan qaz alışını azaldacaq? “Ankara çox ağıllı addım atır”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Türkiyə bazarındakı yeganə qaz ixracatçısı Azərbaycan deyil. Çox adam elə bilir ki, Türkiyə elə təkcə Rusiya, Azərbaycan və İrandan qaz alır. Əslində, elə deyil”.

Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib.

O qeyd edib ki, yaxın 10 il ərzində türklər idxal olunan maye qazın həcmini 12-15 milyard kubmetrə qədər qaldırmaq istəyir: pizza mizza

“Türkiyə dünyanın çox nadir ölkələrindən biridir ki, onun qaz bazarı bu qədər diversifikasiya olunub. Çox adam elə bilir ki, Türkiyə elə təkcə Rusiya, Azərbaycan və İrandan qaz alır. Əslində, aylıq statistikaya baxsaq, Türkiyə elə olur 7, elə olur 5, bəzən isə hətta 10-11 ölkədən qaz idxal edir.

İndi Türkiyənin 3 ədəd maye qaz qəbul edən terminalı var. Avropada bu sahədə sayılıb-seçilən ölkələrdəndir. Yaxın 10 il ərzində türklər idxal olunan maye qazın həcmini 12-15 milyard kubmetrə qədər qaldırmaq istəyirlər”. 

Ekspert vurğulayıb ki, Ankaranın maye qaz ticarətini artırmasının müəyyən səbəbləri var:

“Türkiyə çox ağıllı addım atır. İstər “Şell”, istərsə də BP şirkətinin 2030-cu ildən sonra dünyadakı enerji ticarəti ilə bağlı fikirlərinə baxsaq, görünür ki, maye qazın ticarəti o qədər artacaq ki, maye qazın qiyməti boru kəməri qazından ucuz olacaq. Çünki boru kəməri ilə nəqletmənin xərclərini aşağı salmaq mümkün olmur. Buna görə də Türkiyə maye qaz ticarətini artırır.

Dünyada maye qaz ticarəti üzrə böyük templə inkişaf edən ölkələr içərisində birinci yerdə ABŞ-dirsə, Türkiyənin də bu ölkədən maye qaz alması təəccüblü deyil. Son 5 ildə Ankara Vaşinqtondan bir neçə partiya maye qaz alıb. Türkiyə bu siyasəti ilə olduqca uzaqgörən və yerində addım atıb”.

Qeyd edək ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyə ilə ABŞ arasında təbii qaz müqaviləsi imzalandığını açıqlayıb. Nazir Bayraktar, müqavilə çərçivəsində ABŞ-dan alınan təbii qazın bu qış Türkiyədə istifadəyə veriləcəyini açıqlayıb. Müqavilə 2045-ci ilə qədər qüvvədə olacaq.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri