Icma.az
close
up
RU
Türkiyə Azərbaycanın istəmədiyi addımı atmayacaq SABİQ SƏFİR

Türkiyə Azərbaycanın istəmədiyi addımı atmayacaq SABİQ SƏFİR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olanlara 10 milyon dollar məbləğində maliyyə yardımı ayırmaq barədə fərman imzalamasına dair əsassız iddialar yayılıb. Türkiyə-Azərbaycan qardaşlığı poladdan toxunub. Kənardan başqalarının nə söyləməsindən asılı olmayaraq, onlar bu münasibətlərə zərər vermək gücündə deyillər”.

Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç deyib.

O bildirib ki, belə əsassız iddialar Azərbaycan–Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi daşıyır.

“Türkiyə–Azərbaycan arasındakı qardaşlıq dünyanın heç bir digər ölkələri arasında yoxdur. Bu, bir nümunədir. Ona görə də bəzi dairələr tərəfindən bu cür yalan məlumatların ortaya atılması anlaşılandır. Qardaşlığımızı qısqanırlar. Qısqanclıq xəstəlikdir, görünür, bu cür insanlar bu xəstəlikdən sağalmayacaqlar”, – sabiq səfir deyib.

Hulusi Kılıç daha sonra əlavə edib ki, Türkiyə və Azərbaycan bir-biri ilə koordinasiyalı şəkildə, məsləhətləşərək hərəkət edirlər: “Türkiyə Azərbaycanın istəmədiyi heç bir addımı atmayacaq. Azərbaycan da eyni şəkildə davranır. Bu cür xəbərlərə etibar edilməməli, yalnız rəsmi mənbələrə əsaslanan məlumatlara inanılmalıdır. Can Azərbaycan xalqı bizim xalqımızdır, biz bir millət, iki dövlətik”.

Qeyd edək ki, bəzi media orqanlarında və sosial media platformalarında bu barədə dezinformasiyalar yer almışdı. Lakin Türkiyə Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi rəsmi açıqlama yayaraq bu iddiaları təkzib edib. Vurğulanıb ki, bu iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Mərkəz ictimaiyyəti Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan bu cür saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların yaydığı açıqlamalara etibar etməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri