Icma.az
close
up
RU
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var SƏFİR

Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var SƏFİR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə görüş keçirilib.
Modern.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün iştirakı ilə keçirilən görüşdə iki qardaş ölkənin media əməkdaşlığı, informasiya mübadiləsi və gələcək planlar müzakirə olunub.
Mətbuatla diplomatiyanın bir araya gəldiyi toplantıda son günlər Türkiyə mediasında Azərbayacana qarşı yer alan qərəzli və yanlış informasiya siyasətilə bağlı fikir mübadiləsi aparılıb, narahatlıq ifadə olunub. Eyni zamanda qardaş ölkə mətbuatının Azərbaycan barədə yaydığı dezinformasiyalar pislənilib.
Səfir Birol Akgün təəssüflə qeyd edib ki, İsrail-Fələstin, İsrail-İran münaqişəsi fonunda Türkiyə ilə Azərbaycanın arasındakı qardaşlıq münasibətlərini pozmaq istəyən qüvvələr fəallaşıblar. O, bununla əlaqədar diqqətli olmağın vacibliyini vurğulayıb.
Səfir həmin qüvvələrin mediada hətta prezident Rəcəb Tayyib Ərdoğana da hücum etdiyini diqqətə çatdırıb.
Mətbuat Şurasının üzvləri Türkiyənin bəzi media quruluşlarının yer verdiyi yanlış informasiyaların Türk dünyasının birliyinə zərbə vurduğunu qeyd ediblər. Bildirilib ki, həmin media qurumları, əslində təkcə Azərbaycana deyil, Türkiyənin milli maraqlarına qarşı da çıxırlar. Ona görə də Türkiyə ictimaiyyəti, aydınları, ziyalıları və dövlət adamları bu məsələyə susmamalıdır. Belə media qurumlarına açıq mövqe bildirilməli, Azərbaycan-Türkiyə qardaşlığına ləkə yaxmaq istəyənlər ifşa olunmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri