Türkiyə Azərbaycanla bağlı bəyanat yayıb
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) Azərbaycanla bağlı bəyanat yayıb.
Sherg.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığı qorumaq məqsədi daşıyan bəyanatda deyilir:
"Bəzi beynəlxalq media orqanlarında və sosial media şəbəkələrində Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz bağları, strateji müttəfiqliyi və "Bir millət, iki dövlət" anlayışını hədəf alan qərəzli və məqsədyönlü materiallar aşkar edilib.
Sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağı, regional sülh və sabitliyi pozmağı hədəfləyən açıq-aşkar manipulyasiya əməliyyatıdır.
Türkiyə və Azərbaycan; ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməli üzərində yüksələn münasibətlərini hər sahədə qətiyyətlə davam etdirir. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan ortaq addımlar və həyata keçirilən əməkdaşlıqlar barədə manipulyativ iddialarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaqdır.
İctimaiyyətdən bu növ psixoloji müharibə məqsədli materiallara etibar etməməsi; yalnız rəsmi qurumlar tərəfindən edilən bəyanatları rəhbər tutması mühüm dərəcədə xahiş olunur".
Baxış sayı:111
Bu xəbər 10 Oktyabr 2026 06:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















