Türkiyə Azərbaycanla fövqəladə hallarla mübarizədə əməkdaşlığı gücləndirir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Can Azərbaycan 6 fevral zəlzələsində ilk dəqiqələrdən yanımızda oldu.
Bunu APA-nın Ankaraya ezam olunmuş əməkdaşına açıqlamasında Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Əli Həmzə Pəhlivan bildirib.
“Türkiyə və Azərbaycan bir millət, iki dövlət olduğunu hər sahədə təsdiqləyir. 6 fevral zəlzələsində də can Azərbaycan ilk dəqiqələrdən yanımızda oldu. Azərbaycan həm axtarış-xilasetmə əməliyyatlarında dəstək verdi, həm də sonra Kahramanmaraşda binaların tikintisinə töhfə verdi, Azərbaycanın dəstəyi ilə yaşayış məhəlləsi inşa olundu. Azərbaycan və Türkiyə prezidentləri həmin məhəllənin açılış mərasimində birlikdə iştirak etdilər”, - deyə Əli Həmzə Pəhlivan qeyd edib.
O diqqətə çatdırıb ki, ötən həftə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti AFAD-da olub: “Davamlı qarşılıqlı səfərlər, təcrübə mübadiləsi aparılır, birgə təlimlər keçirilir. Azərbaycanla təbii fəlakətlərlə bağlı həm risklərin azaldılması, həm təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığımız davam edir. Biz azərbaycanlı qardaşlarımıza minnətdarıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















