Icma.az
close
up
RU
COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) COP29 çərçivəsində təşkil etdiyi “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” tədbirində İRİA sədrinin müşaviri Salar İmaməliyev və “Israel Aerospace Industries” korporasiyasının regional direktoru, marketinq və biznesin inkişafı üzrə meneceri Dani Paslevin iştirakı ilə panel sessiya keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, panel sessiyada ilk çıxış edən İRİA sədrinin müşaviri Salar İmaməliyev “Israel Aerospace Industries”in COP29-da iştirakının qurumun Azərbaycanla münasibətlərinin dinamik inkişafının göstəricisi olduğunu bildirib. “Bu korporasiyanın İRİA ilə tərəfdaşlığı təkcə innovasiya ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki tərəfin qarşılıqlı niyyətinə əsaslanaraq texnoloji sahədə dayanıqlı və uzunmüddətli inkişafı hədəfləyir”, - deyə Salar İmaməliyev əlavə edib. 

Daha sonra Dani Paslev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verib. 

Qeyd edib ki, “Israel Aerospace Industries” müdafiə, kosmik və aviasiya sənayesi üçün həllərin istehsalı və işlənməsi sahəsində ixtisaslaşır. D.Paslev aerokosmik və müdafiə sənayesində ənənəvi olaraq istifadə edilən innovativ həllərin Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının təhlili kimi sahələrdə tətbiqinin mümkünlüyünə diqqət çəkib. “Bizim İRİA ilə tərəfdaşlığımız ilkin mərhələdə sadəcə innovasiyanın dəstəklənməsi deyil, həm də qlobal bazara inteqrasiya olunacaq rəqabətədavamlı texnologiyaların yaradılması deməkdir. Əminik ki, dayanıqlı inkişaf və biznesin artımı dünya üçün əhəmiyyətli həllər yaradaraq yanaşı gedə bilər”, - deyə Dani Paslev vurğulayıb. 

Paneldə müzakirə olunan əhəmiyyətli mövzulardan biri də “Israel Aerospace Industries” korporasiyasının İsraildə reallaşdırdığı və “CyITS” mərkəzinin (Cyber Intelligent Transportation System) təşəbbüsü əsasında işləyən “ağıllı” nəqliyyat laboratoriyasının Azərbaycanda da yaradılması təklifi olub. Belə ki, “CyITS” intellektual nəqliyyat şəbəkələrində kibertəhlükəsizliyi təmin edən qabaqcıl tədqiqat və sınaq mərkəzidir. Bu cür mərkəzin konsepsiyasının Azərbaycanın ehtiyaclarına görə uyğunlaşdırılması ölkənin nəqliyyat infrastrukturunun möhkəmləndirilməsinə və onun kiberdayanıqlılığının inkişafına kömək edəcək. Bu təşəbbüs çərçivəsində İsrail korporasiyasının texnologiyalarından istifadə vahid İnnovasiya Mərkəzi vasitəsilə əlaqələndiriləcək. Bu, davamlı inkişafın dəstəklənməsi, yeni iş yerləri və tədqiqat mərkəzlərinin açılması üçün geniş imkanlar yaradacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Noyabr 2024 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri