Icma.az
close
up
RU
Türkiyə Bakıya qarşı bunu etməməlidir: 1 metr belə! Generaldan sərt sözlər

Türkiyə Bakıya qarşı bunu etməməlidir: 1 metr belə! Generaldan sərt sözlər

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, erməni və türk mütəxəssislər Qars-Gümrü dəmir yolunun hansı vəziyyətdə olduğunu öyrənməyə başlayıb. Bu, sözügedən yolun açılacağı haqda fikirlərin yaranmasına səbəb olub.

Bununla yanaşı, Türkiyənin Suriyadakı Baş konsulu Muammer Hakan Cengiz və vitse-konsul Erin martın 26-da Ermənistanın Hələbdəki konsulluğuna baş çəkiblər. Baş konsul Ara Avetisyan Hakan Cengizi uzun fasilədən sonra Türkiyə Konsulluğunun yenidən fəaliyyətə başlaması, həmin vəzifəyə təyin olunması və Ramazan ayı münasibəti ilə təbrik edib. O, Suriyaya göndərilən erməni humanitar yardım karvanının Türkiyə üzərindən rahat keçməsinə verdiyi dəstəyə görə rəsmi Ankraya təşəkkür edib.

Xatırladaq ki, martın 21-də Türkiyə-Ermənistan arasında “Alican” (“Marqara”) sərhəd-keçid məntəqəsi müvəqqəti açılıb. Ermənistan Türkiyə ərazisindən keçməklə Suriyaya humanitar yük göndərib. Maşınlar martın 31-də həmin marşrutla geri qayıdana kimi sözügedən sərhəd qapısı açıq qalacaq.

Sözügedən proseslərlə bağlı Globalinfo.az-a danışan ehtiyatda olan türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz bildirib ki, Gümrü-Qars dəmir yolunun həm siyasi və iqtisadi, həm də simvolik əhəmiyyəti var:

“Ermənistanın qonşu dövlətlərdən İranla ticarət əlaqələri var. Gürcüstanla da normal münasibətlərə malikdir, Azərbaycan və Türkiyə tərəfdən isə yollar bağlıdır. Gümrü-Qars dəmir yolunun açılması Türkiyə-Ermənistan münasibətlərində bir “bypass” əməliyyatı deməkdir. Bu əməliyyat xəstənin ömrünü uzadır.

Sözügedən dəmir yolu daha çox simvolik önəm daşıyır. Bu, Ermənistanı cəsarətləndirir və Qafqaz siyasətində Türkiyə-Ermənistan münasibətlərini Azərbaycan-Ermənistan münasibətlərindən ayrı imiş kimi bir siyasi xətt yürüdür. Qərbə də özünü Türkiyə ilə problemlərini həll edən, barış istəyən dövlət olaraq göstərir. Bu, sadəcə Türkiyə-Ermənistan münasibətləri olsaydı, 1992-ci ildən bu yana ticarət əlaqələri davam edərdi. Demək ki, bu əlaqələr Azərbaycanla koordinasiyalı şəkildə, Bakının məlumatlı olması və razılığı ilə mümkündür. Lakin Ermənistan və Azərbaycan rəhbərləri sülh müqaviləsinə imza atmadan, istər Gümrü-Qars dəmir yolu, istərsə  də başqa yol olsun, Türkiyə-Ermənistan sərhədinin bir metrinin belə açılması çox yanlış addım olar”.

Y.Karauz qeyd edib ki, bu, bölgəyə sülh və sabitlik gətirməyəcək:

“Biz ölkələrə qarşılıqsız yaxşılıq edə-edə hansı nəticələr “əldə etdiyimizi” son 50 ildə yetərincə görmüş dövlətik. Bunlardan dərs alaraq ağılla hərəkət etməliyik. Belə bir addım Türkiyə-Azərbaycan münasibətlərinə zərər vurar, qardaş xalqın qəlbində, etibarında çox dərin yaralar aça bilər. Türkiyənin də belə bir niyyətinin olmadığını hesab edirəm. Əks halda bu, çox ciddi tarixi səhv olar”.

Yücel Karauz

General əlavə edib ki, Türkiyə-Ermənistan əlaqələri beynəlxalq platformada xüsusi nümayəndələr, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir:

“Diplomatik etiket baxımdan bu cür görüşlər müəyyən dərəcədə qəbul edilə bilər. Əlbəttə ki, bu, özbaşına atılmış addım deyil və xarici təsirlərin olduğunu düşünürəm. “Sülhə dəstək olun, üzərinizə düşən vəzifəni yerinə yetirin” istəyi müxtəlif platformalarda dilə gətirilə bilər. Lakin Türkiyə-Ermənistan münasibətlərinə Türkiyə-Azərbaycan münasibətlərinin Qafqaza yansıması olaraq baxılmalıdır. Bu mənada atılan addımlar Azərbaycanı incitməməli, Şuşa Bəyannaməsinin, Türk Dövlətləri Təşkilatının ruhuna zidd olmamalıdır.

Fikrimcə, Türkiyə Azərbaycanın maraqlarının əksinə addım atmaz. Lakin sülhə töhfə vermək adına münasibətlərin davamlılığı vacibdir. Yəqin ki, qarşıdakı dövrdə, Antalya Diplomatik Forumuna Ermənistan xarici işlər naziri də gələcək. Bu münasibətlər yenidən gözdən keçiriləcək. Amma sülh müqaviləsi imzalanmadan Ermənistanla sərhədi açsaq, Türkiyə həm strateji-siyasi üstünlüyünü itirər, həm də Azərbaycanla münasibətlərinə ciddi zərbə vurular”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Mart 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri