Icma.az
close
up
RU
Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq Nə baş verir?

Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq Nə baş verir?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın Şərqdə kəskinləşən hərbi-siyasi böhran və İran-İsrail xəttində alovlanan birbaşa hərbi toqquşmalar regional təhlükəsizlik parametrləri ilə yanaşı, genişmiqyaslı humanitar və demoqrafik təhdidləri də qlobal gündəmə gətirib. MDB Antiterror Mərkəzinin (ATC) rəhbəri general-polkovnik Yevgeni Sısoyev Üzv Dövlətlərin Səlahiyyətli Orqanlarının Qərargah Rəhbərlərinin 19-cu rəsmi görüşündə Azərbaycan, Ermənistan və Türkmənistanın yaxın gələcəkdə Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar sarsıdıcı bir miqrasiya böhranı ilə üz-üzə qala biləcəyinə dair sensasiyalı xəbərdarlıq səsləndirib. Rusiyalı general bu qorxulu ssenarini böyük ehtimalla ABŞ-İsrail koalisiyasının İrana qarşı irimiqyaslı hərbi müdaxiləsi nəticəsində yaranacaq qaçqın axını ilə birbaşa əlaqələndirir. Lakin beynəlxalq təhlil mərkəzlərində bu bəyanat ciddi suallar doğurub: Yaxın Şərq və bütövlükdə İran hadisələrinə görə formalaşan qaçqın dalğasının Azərbaycana real təsiri nə dərəcədə realdır? Axı son hərbi gəlişmələr iranlıların qonşu dövlətlərə kütləvi şəkildə miqrasiya etməsi ehtimalının olduqca çətin baş verəcəyini göstərir. Çünki tarixi təcrübə sübut edir ki, kütləvi qaçqın axınları yalnız genişmiqyaslı quru əməliyyatları aparıldıqda, şəhər və kəndlər fiziki olaraq işğal edildikdə insanların öz evlərini məcburi tərk etməsi ilə yaranır; İran cəbhəsində isə hələlik yalnız raket-aviasiya müharibəsi fonunda daxili köç dinamikası müşahidə olunur.

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Nizami Əliyev qeyd edib ki, rusiyalı general-polkovnik Yevgeni Sısoyevin Azərbaycana yönəlik bu "miqrasiya böhranı" xəbərdarlığı real humanitar təhlükədən daha çox, Moskvanın region dövlətlərini psixoloji təzyiq altında saxlamaq və daxili qorxu mühiti yaratmaq məqsədi daşıyan xüsusi kəşfiyyat tezisidir: "Rusiya rəsmisinin Yaxın Şərq böhranını əsas gətirərək Azərbaycanın, eləcə də Ermənistan və Türkmənistanın adını çəkməsi Kremlin geopolitik ssenarisinin tərkib hissəsidir. Bəli, ABŞ və İsrail blokunun İrana qarşı ballistik və hava hücumları bu ölkənin neft-kimya sənayesinə və iqtisadiyyatına ağır zərbələr vurur, lakin bu, milyonlarla insanın qonşu ölkələrə, xüsusən də Azərbaycana kütləvi şəkildə qaçması ilə nəticələnə bilməz. Çünki İranda hazırda hər hansı bir xarici ordunun quru müdaxiləsi və ya ərazi işğalı aparılmır. İnsanlar yalnız evləri tamamilə dağıdıldıqda və ya fiziki məhv təhlükəsi yarandıqda sərhədləri aşırlar. İran daxilində isə güclü milli həmrəylik və daxili sığınacaq sistemləri mövcuddur; ona görə də generalın iddia etdiyi o nəhəng qaçqın kütləsinin qəfildən bizim cənub sərhədlərimizə dayanacağı ssenarisi tamamilə şişirdilmiş dezinformasiyadır".

Politoloqun sözlərinə görə, Azərbaycan dövləti həm daxili sərhəd təhlükəsizliyi, həm də hüquqi filtrlər baxımından bu cür regional hibrid təhdidlərə qarşı ən mükəmməl müdafiə sisteminə malikdir: "Azərbaycan uzun illərdir quru sərhədlərini milli təhlükəsizlik və daxili sabitlik maraqları çərçivəsində tam qapalı və nəzarətdə saxlayır. Dövlət Sərhəd Xidmətinin və hüquq-mühafizə organlarının cənub sərhədlərimizdə qurduğu müasir rəqəmsal və fiziki infrastruktur hər hansı bir qanunsuz miqrant dalğasının ölkə daxilinə sızmasını tamamilə qeyri-mümkün edir. Digər tərəfdən, Rusiya generalının bu anonsu verməkdə gizli məqsədi Azərbaycanı və region ölkələrini ABŞ-İsrail koalisiyasının İrana qarşı atdığı addımlardan çəkindirmək, rəsmi Bakını sülh sazişi və Vaşinqtonun dəstəklədiyi TRIPP (Tramp marşrutu) xəttindən yayındıraraq 'baxın, müharibə olsa, qaçqınlar ölkənizi basacaq' qorxusu ilə Kremlin təhlükəsizlik çətiri altına sığınmağa məcbur etməkdir. Azərbaycan öz balanslı və praqmatik xarici siyasəti ilə həm İranla diplomatik normallaşmanı qoruyur, həm də qlobal güclərin bu cür süni miqrasiya şantajlarına qarşı immun sistemini formalaşdırıb. Heç bir rus generalının bəyanatı Bakının regional müstəqil xəttini və təhlükəsizlik arxitekturasını sarsıda bilməz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 İyun 2026 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri