Icma.az
close
up
RU
Türkiyə Bakıya yeni hərbi müşavir göndərə bilər

Türkiyə Bakıya yeni hərbi müşavir göndərə bilər

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hərbi ekspert: “Hesab edirəm ki, Bəxtiyar Ersayın yerinə çox nüfuzlu bir şəxs təyin olunacaq”

Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni işinin icrası ilə əlaqədar Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.

Xatırladaq ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib. Bəxtiyar Ersaya o zaman Azərbaycan Ordusunda müşavir statusu verilməsi təsadüfi deyildi. Çünki Azərbaycan ətrafında olduqca gərgin geosiyasi vəziyyət yaranmışdı. Davamlı şəkildə Rusiya və İrandan gələn təzyiqlərlə üz-üzəydik. Türkiyənin NATO ölkəsi olması Azərbaycana qarşı bu və ya digər bəhanə və yollarla hərbi təxribatlar həyata keçirən ölkələrə ciddi xəbərdarlıq idi. Türkiyə yeni hərbi müşavir göndərə bilərmi?

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında əslində bu təyinatın qardaş ölkənin Azərbaycana necə bir yüksək dəyər verdiyinin göstəricisi olduğunu vurğuladı: “Türkiyə Azərbaycanla qardaş dövlətdir. Strateji müttəfiq olan ölkələrdir, aralarında Şuşa Bəyannaməsi imzalanıb, hərbi əməkdaşlıq haqqında müqaviləmiz var. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Türkiyə modelinə keçir. Bu istiqamətdə xeyli addımlar atılıb. Bunun üçün hüquqi baza müəyyən edilib, Quru Qoşunları yaradılıb, komando hərbi hissələri təşkil olunub, Türkiyə ilə birlikdə hərbi təlimlər keçirilir. Gələcəkdə regionda və dünyada gedən istənilən prosesdə hər iki qardaş ölkə bir-birinin maraqlarını qorumaq üçün koordinasiyalı şəkildə ordu halında fəaliyyət göstərə bilərlər. Bu baxımdan hesab edirəm ki, Bəxtiyar Paşanın da yüksək vəzifəyə təyin olunması çox təqdirəlayiq haldır. Bilirsiniz ki, bundan sonra Quru Qoşunları komandanı və Baş Qərargah rəisi vəzifələri gəlir. Bu cür vəzifəyə təyinat almaq həm də onu göstərir ki, Türkiyə Azərbaycana böyük önəm verir. Bəxtiyar Paşanın Türkiyədə çox böyük nüfuzu var. Hesab edirəm ki, onun yerinə çox nüfuzlu bir şəxs təyin olunacaq”.

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov tarixi Şuşa Bəyannaməsini bir daha önə çəkdi: “Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında ön yerlərdədir. Ordumuz qarşıya qoyulan vəzifələrini qısa müddətdə yüksək peşakarlıqla icra etmək iqtidarındadır. Dünya bunu 44 günlük Vətən müharibəsində də, bir günlük separatçılara qarşı həyata keçirilən antiterror əməliyyatlarında da gördü. Azərbaycan Ordusunun tətbiq etdiyi yeni döyüş taktikası, tətbiq etdiyi texniki vasitələr, yüksək dəqiqlikli silahlar dünya döyüş sənətinə yeniliklər gətirdi, hətta bunu kökündən dəyişdi. Bu gerçəkliyi dünyanın ən güclü ordularına və döyüş təcrübəsinə sahib Böyük Britaniya kimi dövlətin yüksək rəsmi şəxsləri də etiraf etdilər. Azərbaycan Ordusunun bir qrup əsgər və zabiti BMT Sülhməramları qüvvələrinin tərkibində planetin müxtəlif qaynar nöqtələrində uğurlu xidmət aparıblar. Azərbaycanın 20 faizi erməni işğalı altında idi, eyni zamanda yeni ərazilərin işğalı barədə təhdidlər edilirdi. Həm torpaqları azad etmək, həm də yeni təhlükələrin qarşısını almaq üçün Azərbaycan müdafiə qüdrətini artırdı və bir saylı problemini özü öz gücü ilə həll etdi. Milli Ordunun NATO standarlarına uyğun təkmilləşdirilməsi çox vacib olduğundan bu istiqamətdə fəal iş aparılmaqdadır. Alyansın ən güclü ordularından birinə sahib qardaş Türkiyə Azərbaycan Ordusunun da NATO standartlarına inteqrasiyası yönündə aktiv rol oynamaqdadır. İstər müxtəlif sahələr üzrə kadrların yetişdirilməsində, istər döyüş qabiliyyətinin daha da artırılmasında, istərsə də təlimlərdə türkiyəli mütəxəssislər və zabitlər yaxından iştirak edirlər. 2021-ci ilin 15 iyununda prezidentlər - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin imzaladığı Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi hər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, hərbi və müdafiə sahəsində də geniş imkanlar yaratdı. Həmin bəyanatda göstərilir ki, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər. Eyni zamanda tərəflərin müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəkləri, milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəkləri də öz əksini tapıb”.

Politoloq Bəxtiyar Ersayın yerinə qısa zamanda təyinatın olmasını vacib sayır: “Ermənistanda Rusiyaya və digər xarici güclərə bağlı revanşistlər fəallaşmaqda və dayanıqlı sülhə və təhlükəsizliyə mane törətməyə çalışırlar. İranın təhdidləri eşidilməkdədir. Belə olan halda ordu daimi yüksək döyüş hazırlığında saxlanılmalı, təbii müttəfiqimiz olan Türkiyə ilə koordinasiya halında olunmalıdır. Ona görə də hesab edirəm ki, çevikiliyi və operativliyin təmin edilməsi baxımından da Müdafiə Nazirliyində müdafiə nazirinin müşaviri vəzifəsindən ayrılaraq Türkiyə Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin olunmuş ordu generalı Bəxtiyar Ersayın yeri boş qalmamalıdır. Həmin posta, məncə, yeni bir təcrübəli, peşəkar hərbçinin təyin olunacağı gözləniləndir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Bəxtiyar Ersay Azərbaycanda da öz vəzifəsinin öhdəsindən bacarıqla gəlmiş sərkərdədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Avqust 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri