Icma.az
close
up
RU
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə təşkil olunan anım tədbiri Xocalı qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut və faciəni əks etdirən qısa filmlə başlayıb.

TADİV-in sədri, Türkiyə Respublikası Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar çıxışında Türkiyə Böyük Millət Məclisinə (TBMM) hər il Xocalı şəhidlərini anma tədbirinə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib. A.Attar Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə diqqət çəkərək, Türkiyənin çətin günlərdə həmişə Azərbaycanın yanında olduğunu qeyd edib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Xocalı soyqırımını ermənilərdə türklərə qarşı formalaşmış nifrət ideologiyası ilə əlaqələndirib, XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Şərqi Anadoluda ermənilər tərəfindən törədilmiş qətliamları xatırladıb. Diplomat qeyd edib ki, qarşıda duran əsas vəzifələrdən biri millətimizə qarşı törədilmiş soyqırımları dünyaya obyektiv şəkildə çatdırmaqdır.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Xocalıda baş verən soyqırımına dünyanın göz yumduğunu təəssüflə qeyd edərək, soyqırımın heç vaxt unudulmayacağını ifadə edib. Azərbaycanın torpaqlarını işğaldan azad edərək şəhidlərin qanını yerdə qoymadığını ifadə edən millət vəkili Qafqaz bölgəsində davamlı sülhə nail olmaq üçün Ermənistanın öhdəliklərini yerinə yetirməli olduğunu bildirib.

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının həmsədri Həsən Həsənov Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Türkiyənin mətbuat nümayəndələrinin rolunu xüsusi qeyd edib, Azərbaycanın ağır günlərində Türkiyə tərəfindən göstərilən yardımlardan danışıb.

Daha sonra çıxış edən TBMM millət vəkilləri Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu, soyqırımın yalnız Azərbaycan türklərinə deyil, bütün türk dünyasına qarşı törədildiyini qeyd ediblər və soyqırımın beynəlxalq səviyyədə tanınması üçün çalışmağa davam edəcəklərini bildiriblər.

Anım tədbirinin davamında Xocalı soyqırımına həsr olunmuş panel təşkil olunub.

Paneldə Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Ombudsmanı Mehmet Akarca Xocalı soyqırımının hüquqi və insani yönlərinə diqqət çəkiblər.

S.Əliyeva Ermənistanın insan hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyaları pozaraq Xocalı soyqırımını törətdiyini bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsindən sonra faciəyə hüquqi qiymət verilib. Ombudsman, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış "Xocalıya ədalət" kampaniyası barədə məlumat verib.

M.Akarca Türkiyənin Ombudsman Aparatının Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə etdiyi səfərlərdən danışıb, bununla bağlı hesabatın hazırlanaraq beynəlxalq tərəfdaşlara təqdim edildiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Fevral 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri